Germi

Germiİranın Ərdəbil ostanında şəhər, Germi şəhristanının inzibati mərkəzi.

Germi
39°01′17″ şm. e. 48°04′48″ ş. u.HGYO
Ölkə
Əhalisi
Əhalisi
  • 28.967 nəf. (2016)[1]
Xəritəni göstər/gizlə
Germi xəritədə
Germi
Germi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Germi şəhəri Ərdəbil şəhərinin şimalında, Parsabad şəhərinin cənubunda yerləşir. Şəhər Ərdəbildən 90 km, Parsabaddan isə 150 km. aralıdır. Əhalisi 32 000 nəfərdir, əsasən maldarlıq və əkinçiliklə məşğuldur. Şəhərin əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.

Şəhərin adı çox güman ki farsca "isti, ilıq" mənalarını daşıyan "gərm" sözündən gəlir.

Burada yay isti, qış mülayim keçir. Şəhər dörd dağın arasındadır. Qədim tarixə malik Germinin qərbində, Lələ dağında islamaqədər dövrə aid edilən qəbirlər aşkarlanmışdır.

  1. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).