Parsabad və ya Parsa Abad (farslaşdırılmazdan öncəki tarixi adı Qoçkəndi, bəzi qaynaqlarda həmçinin Muğanşəhr kimi də qeyd olunub) — İranın Ərdəbil ostanında şəhər, Parsabad şəhristanının inzibati mərkəzi.
Şəhər | |
Parsabad | |
---|---|
fars. پارسآباد | |
39°38′54″ şm. e. 47°55′03″ ş. u. | |
Ölkə | İran |
Region | Ərdəbil ostanı |
Rayon | Parsabad şəhristanı |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Qoçkəndi, Muğanşəhər |
Mərkəzin hündürlüyü | 46 metr |
Saat qurşağı |
|
Əhalisi | |
Əhalisi |
93 387 nəfər (2016 ərazisi = 814 kv.km) |
Milli tərkibi | Azərbaycan türkləri |
Dini tərkibi | Şiə müsəlmanlar |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +98045 |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhər İran İslam Respublikasının Azərbaycan Respublikası ilə sərhədində yerləşir, Azərbaycanın Biləsuvar, İmişli, Beyləqan və Füzuli rayonlarına yaxın məsafədə yerləşir.
2016-cı ilin məlumatına görə şəhərdə 93,387 nəfər[1] yaşayır (26,505 ailə).
Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Texniki problemlərə görə qrafiklər müvəqqəti olaraq söndürülüb. |
|
Araz çayı bu şəhərin yaxınlığından axır.