Meşkinşəhr

Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav)Iran Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi.[3] Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar.

Meşkinşəhr
38°23′56″ şm. e. 47°40′55″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 12 km²
Mərkəzin hündürlüyü 1.421 m[1]
Əhalisi
Əhalisi
  • 74.109 nəf. (2016)[2]
Digər
meshkincity.org
Xəritəni göstər/gizlə
Meşkinşəhr xəritədə
Meşkinşəhr
Meşkinşəhr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur.

Şəhərin görməli yerləri

[redaktə | mənbəni redaktə et]

Ən mühüm turizm obyektləri bunlardır:

  • Seyid Süleyman Fəxrəbad
  • İmamzadə Seyid Süleyman məqbərəsi
  • Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları
  • Qarasu çayının sahili
  • Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası
  • Sasani dövrünün 2000 illik epiqrafik abidələri
  • Unar kəndində qədim qəbiristanlıq
  • Şeyx Heydər türbəsi
  • Arşaq qalası
  • Qışlaqzaxir qalası
  • Qənbər təpəsi
  • Anar qədim məzarlığı
  • Cənnət Sara məscidi
  • Həsəndaş müqəddəs yeri
  • Meşəlik parkı
  • Şirvan dərəsi
  • Qarasu
  • Huşəng meydanı
  • Savalan dağının ətəkləri

Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur. Meşkinşəhr həm də özünün balı, qurudulmuş meyvələri, alması və üzümü ilə də məşhurdur.

  1. GeoNames (ing.). 2005.
  2. جمعیت به تفکیک تقسیمات کشوری (fars.).
  3. ""Census of the Islamic Republic of Iran, 1385 (2006)"". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://meshkin.org/farsi/archives/292 Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine