Gertrud Elion(23 yanvar 1918[3][4][…], Nyu-York ştatı – 21 fevral 1999[3][4][…]) — Amerikalı biokimyaçı və farmakoloq. 1988-ci ildə Fiziologiya və ya tibb üzrə "Nobel" mükafatını alıb. Bir çox yeni dərmanlar hazrlayıb. İstifadə etdiyi innovativ tədqiqat üsulları sonradan QİÇS'ə qarşı mübarizə aparan zidovudinin hazırlanmasına səbəb olub.
Gertrud Elion | |
---|---|
Gertrude Belle Elion | |
Doğum adı | Gertrude Elion |
Doğum tarixi | |
Doğum yeri | Nyu-York |
Vəfat tarixi | (81 yaşında) |
Vəfat yeri | Şimali Karolina |
Elm sahələri | farmakologiya, biokimya |
İş yeri | |
Təhsili |
|
Elmi rəhbəri | George Hitchings |
Üzvlüyü | |
Mükafatları |
|
nobelprize.org/prizes/me… | |
Vikianbarda əlaqəli mediafayllar |
Nyu-Yorkda immiqrant valideynlər üçün anadan olmuş Gertrud Elion ilk gəncliyini atasının diş həkimi olduğu Manhettendə keçirib. Qardaşı dünyaya gələndə ailə Bronksa köçüb. 15 yaşında Nyu-York şəhərindəki Hunter Kollecinə daxil olub və 19 yaşında kimya fakültəsini əla qiymətlərlə bitirib. O, məzun olduqdan sonra iş tapmaqda çətinlik çəkib. Laborator kimi iş tapıb və Nyu-York Universitetinə qayıdıb. Elion 1941-ci ildə magistr dərəcəsi üzrə işi bitirərkən bir neçə il liseydə əvəzedici müəllim kimi çalışıb. O, heç vaxt doktorluq dərəcəsi almasada, sonradan fəxri Fəlsəfə doktoru adına layiq görülüb. Nyu-York Politexnik Universitetində və Harvard Universitetinin fəxri Elmlər doktoru dərəcəsi var.[5]
İkinci Dünya Müharibəsinin başlaması sənayedə qadınlar üçün daha çox imkanlar yaradıb. Elion 1944-cü ildə Burroughs-Wellcome-da (indiki GlaxoSmithKline) işə götürülməzdən əvvəl qida və istehlak məhsulları şirkətlərində keyfiyyətə nəzarət üzrə bir neçə iş əldə edə bilib. Burada Dr. Corc Hitçinqs ilə 40 illik əməkdaşlığa başlayıb.[6]