Bu məqalənin neytrallığı şübhə doğurur. |
Gilqameş, Bilqamıs (şumer. Bilqames) — Şumer mifologiyasında yarı-əfsanəvi hökmdar. Bilqameş olaraq da bilinir. Ölümsüzlüyü axtarmışdır. Tanrılara üsyan edərək sirli diyarlara səfərlər etmişdir. Öldüyü zaman bir çayın yatağı dəyişdirilərək dəfn edilir, daha sonra çay təkrarən əvvəlki yatağına qaytarılır. Çay yatağının dəyişdirilməsinə dair eyni söz-söhbət Attila xan üçün də deyilir. Gilqameşin bədəni tüklüdür.
Təxminən e.ə. 2600-cü ildə Şumeri idarə edən dastanın qəhrəmanı Gilqameş həqiqi tarixi şəxsiyyət olmuşdur. Onun qəhrəmanlıqları öz həməsrlərini riqqətə gətirmişdir və onlar Gilqameş haqqında ibarəli rəvayətlər qoşmağa başlamışdılar. Şumer dilində əsrlərlə təkrarlandığına görə, həmin rəvayətlər daha da fantastikləşərək sırf əfsanəyə çevrilmişdir. Rəvayətlər əyləncəli olduğuna görə, 3-cü minilliyin sonlarında Şumerin bir çox sami mənşəli hökmdarı həmin rəvayətləri öz dillərinə tərcümə etdirməyə başlamışdır.
Günümüzdə şumerlərin (öz dillərindəki adlarıyla kəngərlərin) türk bir qövm olduğu həm dil həm də mədəni baxımdan müzakirə edilməkdədir. Lakin dilçilik cəhətdən baxıldıqda, şumer dilində istifadə edilən bir çox sözün türkcə ilə bənzər, eyni kökdən birə-bir eyni olduğu ortaya qoyulmuşdur. Hər şeydən əvvəl tayfanın adı olan "kəngər" sözü türk dili ilə uyğunlaşır. Şumer dilinin bir çox sami (ərəb-ivrit) və fars mənşəli dillərlə qohumluğu olsa da, dilin quruluşu bunlara uyğun gəlmir. Bu vəziyyət sadəcə bu şəkildə izah edilə bilər. Köçəri bir qövm olaraq şərqdən Mesopotamiyaya gələn şumerler sivil mədəniyyətə aid bir çox anlayışı yerli xalqlardan öyrənmiş və mədəni qarşılıqlı təsir nəticəsində inkişaf etmiş bir sivilizasiya səviyyəsinə gəlib çatmışdır. Fars və ərəb mənşəli sözlərin sıxlığı, hətta öz sözlərindən daha çox olması, ya da bəzi xarici qrammatika qaydalarının alınıb tətbiq olunması şumer dilinin bu dillərlə qohum olunduğunu göstərmir.
Western Civilizations, Robert E. Lerner, Standish Meacham, Edward McNall Burns