Gizli eşq (hind dilində: Humko Deewana Kar Gaye; Azərbaycan dilinə tərcüməsi: Eşqin məni dəli etdi) — 2006-cı ildə Rac Kanvarın rejissorluğu ilə çəkilmiş, Rac Kanvar, Bhushan Kumar və Krişan Kumar tərəfindən çəkilmiş və baş rollarında Anil Kapur, Akshay Kumar, Katrina Kaif və Bipasha Basunun olduğu hind romantik dram filmidir. Bhagyashree, Vivek Shauq, Shernaz Patel və Manoj Joshi də filmdə ikinci planda çəkilmişdirlər. Film Hindistan musiqi şirkəti T-Series və Inderjit Films Combine tərəfindən istehsal olunmuşdur. Filmin partitura və saundtrekini Anu Malik bəstələmişdir, Himesh Reshammiya isə yalnız bir mahnı bəstələmək üçün qonaq bəstəkar kimi filmə dəvət olunmuşdur. Filmin musiqisinin sözləri Sameer tərəfindən yazılmışdır. Film 14 aprel 2006-cı ildə buraxılmışdır. Filmin musiqisi isə 2 fevral 2006-cı ildə buraxılmışdır.
Gizli eşq | |
---|---|
hind. हमको दीवाना कर गये | |
Janr | romantik film, dram filmi |
Baş rollarda | |
Distribütor | T-Series, Netflix |
İlk baxış tarixi | 2006 |
Müddət | 146 dəq. |
Ölkə | |
Dil | Hind dili |
Rəng | rəngli |
IMDb | ID0444840 |
Avtomobil mühəndisi olan Aditya avtomobillərə həvəslidir. O, təkcə mühəndis deyil, həm də şirkətin sınaq sürücüsüdür. O, karyerasına yeni başlayan modelyer Sonia ilə nişanlanır. Aditya və Sonia eyni tipdə insanlar deyildirlər; Aditya bir mühafizəkar, Sonia isə karyerasının həyatında hər şeydən birinci yerdə olduğunu fikirləşən ultra-modern bir qadındır. Aditya bu faktları görməzdən gəlir və bu faktların onların münasibətlərinə mane olmamasına çalışır. Buna baxmayaraq, onların toy tarixi müəyyənləşdirilmişdir və ailələr toy tədbirinə hazırlaşırlar.
Bu vaxt, Aditya işəgötürənü tərəfindən Hindistanda satışa çıxarılacaq yeni avtomobil modeli haqqında öyrənmək üçün Kanadaya göndərilir. Eyni vaxtda Sonia da moda nümayişi ilə əlaqədar olaraq Parisə yola düşür. Aditya Kanadaya gəlir və Kanadada yaşayan bacısı Simran, bacısının əri Robbi və onların oğulları tərəfindən qarşılanır. Tale Adityanı davamlı olaraq biznes maqnatı Yaşvardhan Birlanın qızı və biznes maqnatı Karan Oberoinin nişanlısı Cia ilə toqquşdurur. O, toyu üçün alış-veriş etmək üçün təkbaşına Kanadaya gəlmişdir. Ailəsinin böyük sərvətinə baxmayaraq, o, əsl sevgiyə susayan sadə bir qızdır. O, uşaqlığından bəei istəyə biləcəyi hər şeyə sahib idi, amma həmişə çox məşğul olan atasından bir dəfə də olsun özünə qarşı diqqət, qayğı, nəvaziş görməmişdi. İndi atasının onun üçün seçdiyi adamın da ona ayırmağa vaxtı yoxdur. Buna görə də Cia Adityanı özünə dost seçir və ikisi birlikdə vaxt keçirdikcə dostluqları daha da böyüyür.
Aditya şirkətdən avtomobil rallisində iştirak etmək şansı əldə edir. O, Cianı onunla iştirak etməyə inandırır və onlar rallidə qalib gəlirlər. Rallidən geriyə qayıdarkən onların maşını qarda ilişib qalır və onlar gecəni maşında birlikdə keçirməli olurlar. Onlar maşında intim anlar yaşayırlar və bu da onlara başqa insanlarla nişanlandıqlarını unutdurur. Tezliklə onlar bir-birlərinə aşiq olduqlarını başa düşürlər. Cia Adityaya atasının anasının ölümündə günahkar olduğuna inandığını söyləyəndə Aditya bunu ən yaxşı dostu və otaq yoldaşı Navaba deyir. Navab sərxoş olduğu bir gecədə müxbir olan digər dostuna bu haqda deyir. Daha sonra müxbir də bunu qəzetində dərc etdirir. Cia bu hadisədən çox sarsılır, bu işi Adityanın etdiyini düşünür və Karanla evlənmək üçün Hindistana qayıdır. Aditya da Sonia ilə evlənmək üçün Hindistana qayıdır və Cia ilə görüşməyə bir daha cəhd etmir.
Sonia Cianın toyunun dizayneri olur. Cənab Oberoi Sonia (toy dizayneri kimi) və Adityanı (Sonianın nişanlısı kimi) öz toyunda iştirak etməyə dəvət edir və Sonia istəksiz Adityanı bu toyda iştirak etməyə razı salır. Cianın dostu və Karanın katibi Cenni, Navab ilə qarşılaşır və o, Cianın gizli şübhəsinin qəzetlərdə dərc etdirilməsinin onun günahı olduğunu bildirir. Ancaq artıq çox gecdir - toy mərasimi bitmiş və Cia və Karan evlənmişdirlər. Cia daha sonra üzr istəmək üçün Aditya ilə görüşməyə gedir. Onlar bir-birlərinə olan sevgilərini bir-birlərinə etiraf edirlər, lakin eyni zamanda bir daha görüşməməyə də razılaşırlar. Bununla belə, Karan onları danışarkən yaxalayır və Cianı sorğu suala tutur. O, Karanı həqiqətən sevdiyini və Adityanın sadəcə olaraq onun yaxşı dostu olduğunu iddia etməyə başlayır
Aditya toydan çıxanda yolda tərsinə çevrilmiş olan bir maşın görür və məlum olur ki, Cia qəza keçirmiş və maşının altında qalmışdır. Maşın benzin sızdığı üçün Aditya Ciaya kömək etmək üçün tərsinə çevrilmiş olan maşına minir. Aditya onu azad etməyə müvəffəq olduqdan sonra maşın alovlanır. Mətbuat və ictimaiyyət onların ətrafına toplaşarkən o, Ciaya maşından düşməyə kömək edir. O, Cianın yalnız Karana aid olduğunu söyləyərək Karan və Cianı birləşdirməyə çalışır. Bununla belə, Karan fikrini dəyişir və Cianın manqalsutrasını çıxarır və ona Aditya ilə evlənməsini söyləyir. Adityanın Sonia ilə olan nişanı da pozulur və o, Cia ilə qucaqlaşır və onlar nəhayət birləşirlər.