Grapholita molesta

Şərq meyvəyeyəni (lat. Grapholita molesta) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yarpaqbükənlər fəsiləsinin meyvəyeyən cinsinə aid heyvan növü.

Şərq meyvəyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstəüstü:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Yarımfəsilə:
Növ:
Şərq meyvəyeyəni
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Şərq meyvəyeyəninin kəpənəyinin qanadlarının açılmış halda ölçüsü 12-14 mm olmaqla rəngi bozumtul-qonurdur. Ön qanadlarının qabaq kənarlarında dırnaq şəkilli 7 cüt ağ ləkə, arxa kənarlarında isə 7 cüt qara ləkə vardır. Arxa qanadları bozumtul qonur olmaqla, bürünc kimi parlaqdır, saçaqlı haşiyələrlə örtülüdür. Bığcıqları sapvaridir, üzərində nazik nəzərə çarpacaq dərəcədə halqalar vardır. Qarıncığın alt tərəfi ağ rəngdə, üst tərəfi isə boz-qonur rəngdədir. Yumurtaları oval şəkildə olub, uzunluğu 0,4-0,5 mm, eni isə 0,15 mm-dir. İlk əvvəl ağ rəngdə olan yumurtalar 2-3 gündən sonra çəhrayı-narıncı rəngə çalır. Tırtılı birinci yaşda ağımtıl-süd rəngində, 4-5-ci yaşda isə çəhrayı ağımtıl rəngdə olmaqla uzunluğu 11 mm-dir. Pupu oval formada, qonur rəngdə olub, uzunluğu 6-8 mm-dir.

Şərq meyvəyeyəni axırıncı yaş (4-5 yaş) tırtıl mərhələsində, ipək sapdan hazırlanmış barama içərisində, torpaqdan 30-40 sm hündürlükdə olan ağac gövdəsinin qabığı altında qışlayır. Bundan başqa yerə tökülmüş yarpaqlar və heyva meyvəsinin içərisində də qışlaması müşahidə edilmişdir. İsmayıllı, Qəbələ və Şəki rayonlarında aparılan tədqiqatlara əsasən, barama daxilində qışı keçirmiş tırtıllar, mart ayının axırı, aprel ayının əvvəli pup mərhələsinə keçirlər. Pupun inkişafı 10-12 gün çəkir. Aprel ayının ikinci yarısında puplardan kəpənəklər çıxmağa başlayır və uçuş may ayının axırınadək çəkir. Pupdan çıxan kəpənəklər elə həmin gündən cütləşməyə başlayırlar. Cütləşmədən 14-18 saat sonra yumurta qoyurlar. Yumurtalar tək-tək olmaqla, yarpağın üst və alt hissəsinə, tumurcuq yanlığına və meyvə saplağına qoyulur. Bir dişi kəpənək 50-250 ədəd yumurta qoya bilir. 8-10 gündən sonra yumurtalardan kiçik yaşlı tırtıllar çıxmağa başlayır. Onlar ağacların cavan zoğlarının içərisinə daxil olur, orada 10-25 gün qidalanaraq 4-5-ci yaş dövrünə çatır və puplaşırlar. 25-30 gündən sonra puplardan yeni nəslin kəpənəkləri çıxır. Şərq meyvəyeyəninin bir nəslinin inkişafı 30-45 gün çəkir. Aparılan hesablamalara əsasən, şərq meyvəyeyəninin tırtılları heyva və ərik ağaclarına 45-50%, tez yetişən şaftalı sortlarına 28-36%, gec yetişən şaftalı sortlarına 50-60%, bəzi illərdə heyva ağacına 80-90 % zərər verir.

Şərq meyvəyeyəninin vətəni Şərqi Asiya ölkələri- Koreya, ÇinYaponiyadır. Şərq meyvəyeyəni bu ölkələrdən Avropa ölkələrinə (Bolqarısrana, Macarıstana, Yunanıstana, İtaliyayaFransaya), Amerika ölkələrinə (Kanada, ABŞ, Argentina) və eləcə də Avstraliyaya yayılmışdır. Son illərə qədər keçmiş SSRİ-də xarici karantin obyekti sayılan şərq meyvəyeyəni ilk dəfə 1964-cü ilin sentyabr ayında Krasnodar diyarının Soçi şəhəri ətrafında, 1965-ci ildə isə Azərbaycanın Quba-Xaçmaz zonasında qeydə alınmışdır.