Hörümçək-adam (teleserial, 1978)

Hörümçək-adam (Yaponca: スパイダーマン, Hepburn: Supaidāman, həmçinin Yapon Hörümçək-adam kimi də tanınır) — Toei Company tərəfindən istehsal olunmuş canlı-ekşn janrında olan yapon tokusatsu teleserialı. Prodüser Cini Pal tərəfindən danışıqlar aparılmış və serial müqavilə yolu Marvel Comics-in Hörümçək-adam personajına əsaslanmışdır.[1][2][3] Serial 17 may 1978-ci il tarixindən Tokyo Channel 12 (TV Tokyo) kanalının JTS blokunda yayıma başlamış və hər həftənin çərşənbə günü 19:30-da yayımlanmışdır. 14 mart 1979-cu ildə isə yayımını başa çatdırmışdır. Serialın teatr tərzli seriyası 22 iyul 1978-ci ildə "Toei Manga Matsuri" film festivalında göstərilmişdir. Marvel öz vebsaytında 5 martdan 24 dekabr 2009-cu ilə qədər serialın bütün seriyalarının ingiliscə subtitrli versiyalarını yenidən yükləmişdir.[4]

Hörümçək-adam
yap. スパイダーマン
Müəllif
Rejissor Koiçi Takemoto
Səsləndirənlər

Şinji Todo
Mitsuo Ando

Yukie Kaqava
Bəstəkar Miçiaki Vatanabe
İstehsalçı ölkə Yaponiya Yaponiya
ABŞ ABŞ
Dil yapon dili
Buraxılış sayı 41 (+1 film)
İlk buraxılış 17 may 1978
Sonuncu buraxılış 14 mart 1979
İstehsal
Çəkiliş yeri Toei Company
Müddəti 24 dəqiqə
Veriliş
Kanal Tokyo Channel 12 (TV Tokyo)
Premyerası 17 may 1978 – 14 mart 1979
Xronologiyası
Əvvəlki verilişlər Heyrətamiz Hörümçək-adam (teleserial, 1977)
Növbəti verilişlər Hörümçək-adam (cizgi serialı, 1981)

Gənc motosiklet yarısçısı Takuya Yamaşiro yerə düşən bir NUO görür (bu obyektin adı "Marveller"-dir). Takuyanın atası Doktor Hiroşi Yamaşiro kosmos arxeoloqudur. O bu işi araşdırır, lakin kosmik gəmini taparkən həlak olur. Bu hadisə Bədheybət professor və Dəmir Xaç ordusunun (鉄十字団, Tetsu Jūji Dan) diqqətini cəlb edir.

Takuya atasının ardınca Marveller-ə gedir və Ceriyanı kəşf edir. Ceriya Bədheybət professor və onun Dəmir Xaç ordusunun məhv etmiş Hörümçək planetinin son döyüşçüsüdür. Ceriya izah edir ki, o Bədheybət professoru ovlamış lakin müharibəni davam etdirmək üçün kiməsə ehtiyac duymuş və öz qanının bir hissəsini Takuyanın bədəninə yeritdirmişdir. Bu qan Takuyaya yeni hörümçəkvari güclər qazandırmışdır. Ceriya Takuyaya qolbaq verir və o bu qolbaqla öz hörümçək qoruyucusunu, atıcı veb-xətlərini və Marveller gəmisini (bu gəmi "Liyopard" adlı div müharibə robotuna çevrilir) idarə etmək bacarığına malik olur. Güclərindən istifadə edərək, Takuya "Hörümçək-adam" adı altında Yer planetini Bədheybət professorun ordusundan və başqa təhlükələrdən qoruyur.

  • Takuya Yamaşiro / Hörümçək-adam: Sinzi Todo
  • Hitomi Sakuma: Rika Miura (1–12, 14, 15, 17, 18 və 20–41-ci seriyalar)
  • Şinko Yamaşiro: İzumi Oyama (1–39 və 41-ci seriyalar)
  • Takuji Yamaşiro: Yoşiharu Yabuki (1–16, 18–24, 26, 27, 29–33, 35–39 və 41-ci seriyalar)
  • Bədheybət professor: Mitsuo Ando (bütün seriyalar)
  • Amazonlar: Yukie Kaqava (bütün seriyalar)
  • Ceriya: Toşiaki Nişizava (1 və 2-ci seriyalar)
  • Doktor Hiroşi Yamaşiro: Fuyuki Murakami (1-ci seriya)
  • Jüzo Mamiya: Noboru Nakaya (11, 12 & 14-cü seriyalar və Filmdə)
  • Rita: Rie Rinehart (35–41 seriyalar)
  • Bella: Tina Marqo (35–38-ci seriyalar) Vanita Somaborudo (39–41-ci seriyalar)
  • Yazıçı: Toru Ohira
  • Hörümçək-adamın geyim aktyoru: Hirofumi Koqa (bütün seriyalar), Ryusuke Sakitsu (17 və 18-ci seriyalar)
  • Şozo İzuka (1–7, 13–21, 26, 28–38-ci seriyalar və Film)
  • BEMs Maşının müxtəlif səsləri: Hisako Kyoda (8 və 23-cü seriyalar)
  • BEMs Maşının müxtəlif səsləri: Şin Aomori (24 və 25-ci seriyalar)

Serialın film versiyası ilk dəfə 22 iyul 1978-ci ildə Toei Manga Matsuri film festivalında təqdim olunmuşdur. Filmin rejissoru Koiçi Takemoto və ssenaristi Susumu Takakudur. Film sonradan serialın üç hissəsində (11, 12 və 14-cü hissələr) meydana çıxan Juzo Mamiya obrazının ilk görünüşü idi. Bu səbəbdən film 10 və 11-ci seriyalar arasında baş verir.

Yaradıcı heyət

[redaktə | mənbəni redaktə et]

Tema mahnıları

[redaktə | mənbəni redaktə et]
Açılış tema musiqisi
  • "Kakero! Spider-Man"|駆けろ!スパイダーマン|Kakero! Supaidāman|Run! Spider-Man
Qapanış tema musiqisi
  • "Chikai no Ballade"|誓いのバラード|Chikai no Barādo|The Oath's Ballade
    • Sözlər: Saburo Yatsude
    • Bəstəkar: Miçiaki Vatanabe (Şumei Vatanabe kimi sadalanmışdır)
    • Rəssam: Yuki Hide
  1. "Arxivlənmiş surət". 2022-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  2. "Arxivlənmiş surət". 2022-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-16.
  3. "Spider-Man on TV". IGN. Archived from the original on 2010–10–24. Retrieved 2010–09–09
  4. "Japanese Spider-Man Movie Hub at Marvel.com". Archived from the original on 2010–12–17. Retrieved 2011–03–06.

Xarici Keçidlər

[redaktə | mənbəni redaktə et]