Hümmət Hacıyev

Hümmət Hacıyev (Hümmət Ələkbər oğlu Hacıyev, 10 oktyabr 1935, Naxçıvan rayonu, Naxçıvan MSSR) — neftçi-geoloq, geologiya-mineralogiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu.

Hümmət Hacıyev
Hümmət Ələkbər oğlu Hacıyev
Doğum tarixi (89 yaş)
Doğum yeri Babək rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hümmət Hacıyev 10 oktyabr 1935-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Azərbaycan Müəllimlər İnsitutunun fizika-riyaziyyat fakultəsini (1952-ci il), Azərbaycan Sənaye İnsitutunun geoloji-kəşfiyyat fakultəsini (1958-ci il) bitirmişdir. 1970-1981-ci illərdə "Səlyanneft"in baş geoloqu olmuşdur. 1981-ci ildən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin Ə.Əmirov adına Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin baş geoloqudur. 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir. Azərbaycanda fəaliyyət göstərən bir sıra xarici neft şirkətlərinin ekspertidir. Beynəlxalq elmi simpoziumlarda məruzələr etmişdir. Hacıyevin təşəbbüsü ilə Naxçıvanda neft yataqlarının proqnozlaşdırılmasına başlanmışdır. "Hümmət Ələkbəroğlu" təxəllüsü ilə bədii yaradıcılıqla da məşğuldur. "Geoloqun poeziyası" kitabı nəşr olunmuşdur.

Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.