Hüseyn Andruxayev

Hüseyn Borojeviç Andruxayev[1] (rus. Хусен Борежевич Андрухаев; 2 mart 1920, Xakurinoxabl, Şimali Qafqaz diyarı[d]8 noyabr 1941, Antrasit rayonu[d], Luqansk vilayəti) — adıgey-sovet jurnalisti, şairi, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı. Cənub Cəbhəsi 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasının siyasi komandiri, kiçik siyasi təlimatçı.

Hüseyn Andruxayev
Şəxsi məlumatlar
Doğum tarixi 2 mart 1920(1920-03-02)
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1941(1941-11-08) (21 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Qoşun növü piyada
Rütbəsi siyasi komissar
Döyüşlər
Təltifləri Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni

Hüseyn Borojeviç Andruxayev 2 mart 1920-ci ildə Xakurinohabl (indiki Adıgeya) kəndində kəndli ailəsində anadan olmuşdur. O, etnik olaraq adıgey (çərkəz) idi. Andruxayev 1935-ci ildə Adıgey Pedaqoji Texnikumuna daxil olmuşdur. Həmin il o, Rostov-na-Donuda gənc yazıçıların toplantısında iştirak etmiş, 1939-cu ildən yerli qəzetin redaksiyasında, həmin ilin iyun ayından "Sosialistiçeske Adıgey" vilayət qəzetinin müxbiri işləmişdir.

1940-cı ilin yanvarından Qızıl Ordu sıralarında xidmət etmiş Andruxayev 1941-ci ildən Stalinqrad hərbi-siyasi məktəbini bitirdikdən sonra kiçik siyasi təlimatçı olmuşdur. Bundan sonra o, 18-ci Ordunun 136-cı Piyada Diviziyasının 733-cü Piyada Alayının rotasına siyasi təlimatçı təyin edilmişdir.

  1. Адыҝе Мухтар Вилајәти. Мәдәнијјәт // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 121–122.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]