Hüseyn Məhəmmədzadə Sədiq

Hüseyn Məhəmmədzadə Sədiq (15 iyul 1945, Təbriz, Pəhləvilər İranı[d]21 avqust 2022, Tehran, Tehran ostanı, İran) — alim, dilçi, şair, türkoloq, professor.

Hüseyn Məhəmmədzadə Sədiq
az-əbcəd. حسین محمدزاده صدیق
Digər adı Hüseyn Düzgün
Doğum tarixi 15 iyul 1945(1945-07-15)
Doğum yeri
Vəfat tarixi 21 avqust 2022(2022-08-21) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Elm sahələri türkologiya, ədəbiyyatşünaslıq, dilçilik
Təhsili
Mühüm layihələri Şeyh Safiyüddin Erdebilinin Kara Mecmuasi, Ahmet Kesrevi’nin Azeri adli teorisinin iptalı, “Dədə Qorkord” risalesini kəşfi, yenidən oxunması, yenidən yazılması və tərcüməsi, Kitabda qeyd olunan səbəblərə görə professor Sediq bu risaləni “Təbriz Rəcəzləri” adlandırmışdır., Mirzə Mehdi Estrabadinin üç cilddə türkcə farsca lüğəti "Sanqlax"ın nəşri və tərcüməsi., "Mahmud Kaşqari"nin "Divan lüğəti t Türk"ünün fars dilinə tərcüməsi və İranda nəşri, İranda Məhəmməd Füzulinin bütün əsərlərinin redaktəsi, təftişi, nəşri və tərcüməsi.,
Mükafatları “Əmir Əlişir Nəvayi” mükafatı, Özbəkistan dövlətinin "Dostluq" ordeni
drsadigh.ir

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

1945-ci ildə Təbrizin Sürxab məhəlləsində anadan olmuşdur[1]. Tehrana gedib orada Tehran Universitetində fars ədəbiyyatı üzrə bakalavr dərəcəsi, daha sonra Türkiyənin İstanbul Universitetində türk dili və ədəbiyyatı üzrə bakalavr dərəcəsi almışdır. Təhsilini Türkiyədə davam etdirərək, 1983-cü ildə həmin universitetdə fars, ərəb və türk dillərinin müqayisəli ədəbiyyatı üzrə doktorluq dərəcəsi almışdır.

Tehranın Firuzgər xəstəxanasında avqustun 24-də beyin fəsadı xəstəliyindən dolayı vəfat edib. 25 avqust 25, 2022-ci ildə Təbriz şəhərinin "Vadi rəhmət" qəbiristanlığında dəfn edilmişdir.[2]

Müxtəlif dövrlərdə siyasi, ədəbi və ictimai fəaliyyətlə məşğul olub. 1979-cu il inqilabından sonra müxtəlif ədəbi nəşrlərin, o cümlədən türkcə buraxılan "Yoldaş" , "Yeni Yol", "Inqilab yolunda" ve "Bulleten" dərgisinin baş redaktoru olub.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İnqilabın ilk illərindən sonra ağır siyasi başqılar nəticəsində Hüseyn Düzgün siyasi fəaliyyətlərini dayandırıb və ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub.

Ədəbi-mədəni fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İnqilabdan sonra ədəbi-mədəni fəaliyyətlərlə məşğul olub. Tehranda türk dilinin öyrədilməsi üçün kurslar açıb, çox sayda gənc və yeniyetmənin ana dilini öyrənməsində böyük rolu olub. Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Molla Əli Pənah Vaqif, Əmir Əli Şirnəvai kimi şairlərin yaradıcılığı araşdırmalar apardığını və Azərbaycanın onlarla klassik şairinin əsərlərini işləyib nəşr edib. Ümumilikdə türk dili və ədəbiyyatı ilə bağlı müxtəlif mövzularda 300 kitab nəşr etdirib.[3]

2019 ilində Bakı səfəri və İmadəddin Nəsimi 650 illiyi simpoziomu

[redaktə | mənbəni redaktə et]

O, simpoziumda İrandan gələn nümayəndələr arasında idi. Simpoziumda onun məqaləsi oxundu. Həmçinin Bakıya səfəri zamanı digər fəaliyyətləri arasında Azərbaycan Milli Kitabxanasında olub, Azərbaycan Xalça Muzeyinin açılışında iştirak edib.

  • Gözəllik və gerçəklik ozanı Vaqif, Təbriz: 1968 (farsca)
  • Əski yazılı mətn Dədə Qorqud, Təbriz, 1969 (farsca)
  • Çocuk masalları, Tehran: 1972 (farsca)
  • M. F. Axundzadə. Axundzadənin farsca məqalələri (tərcümə), Tehran: 1972 (farsca)
  • Aşıqlar, Tehran: 1973 (farsca)
  • Tülkü masalları, Tehran: 1973 (farsca)
  • Toplumun gəlişim fəlsəfəsi. 1974
  • Azərbaycan folkloru ilə ilgili yeddi məqalə, Tehran: 1974 (farsca)
  • Həbib Sahirin yeni şeirləri, Təbriz: 1974 (farsca)
  • Uçqun daxma, Tehran: 1980. (türkcə şeirlər)
  • Bakı lövhələri, Tehran, 1980. (türkcə şeirlər)
  • Türk dili və ədəbiyyatı, Tehran: 1993 (türkcə — dərslik)
  • Türkcə yazı qaydaları, Tehran, 1994. (türkcə — dərslik)
  • Güllər açacaq, Tehran: 2003 (türkcə şeirlər)
  • Türkcə — farsca sözlük, Təbriz, 2009.

Hüseyn Məhəmmədzadə Sədiq (Hüseyn Düzgün) Kaşğarlı Mahmudun "Divani Lüğat-it Türk" əsərini çevirib.[4]

Prof. Dr. Ali Kafkasyalı Hüseyn Düzgünun jurnalistika fəaliyyətini belə izah edir: "Hüseyin Düzgün, İran Türklerinin en aktif gazeteci ve yazarlarından biridir. O, daha İran İslam Devrimi’nin ilk günlerinde "Yoldaş" dergisini çıkararak İran Türklerinin dil ve edebiyatlarının hürriyeti için mücadeleye başlamıştır. Pehlevı yönetiminin iktidardan uzaklaşması için yapılan mücadelede pek çok dergide hararetli yazılar yayımlamıştır. "Ulduz". "Aydın", "Kardaşlık", "Dede Korkut", "Odlar Yurdu", "Şafak", "Azatlık", "Karger", "Settar Han Bayrağı", "Azerbaycan" gibi dergilerde çok etkili siyası yazılar yazarak geniş kitlelere hitap etmiştir. Bütün bu dergiler yayımlanmasına bir çeşit vesile olan Düzgün, onlarca şair ve yazarın gönül sözlerini söylemeye, düşüncelerini yazmaya da Zemin hazırlamıştır. Düzgün, "Yoldaş" dergisinin kapatılmasından sonra zaman kaybetmeden aynı kadro ile "İnkılap Yolunda" adlı gazeteyi yayın hayatına sokmuşlardır. Bu gazete de 4. Sayıdan sonra kapatılır. Düzgün yine gazeteciliğini devam ettirmek için "Yeni Yol" dergisini mevsimlik olarak çıkarmaya başlar. Bu defa 1979’da derginin bürosu yakılır ve derginin yayını yasaklanır. Hüseyin Düzgün doktorasını tamamlamak için Türkiye’ye gider. Daha sonra haftalık Turki Sahand'ı yayınladı ve İslami Birlik, Akhtar ve Yul Dergılerının yayınlanmasında kilit rol oynadı. Pek çok öğrenciyi Türkçe yazma konusunda yetiştirdi ve tek amacı İran'da Türk dilini ve edebiyatını yaymak idi."

YAYINLADIĞI DƏRGİLƏR:

1. Honer ve İctima’ Təbriz — İran(1968)

2. Yoldaş (1979) Tehran İran

3. Azadlıq (1979) Tehran İran

4. İnqilab Yolunda (1981) Tehran İran

5. Yeni yol (1982) Tehran İran

6. Türk Bülleteni (1986) Tehran İran

7. Səhənd (1992–2002) Tehran İran

"Honer ve İctima" Adinəsi Təbriz — İran(1968)

[redaktə | mənbəni redaktə et]

"Honer və İctima" Adinəsi Təbrizdə hər iki həftədə bir Hafte vare Mahde Azadi tərəfindən fars dilində nəşr olunurdu. Jurnalın baş redaktoru Səməd Behrəngi idi. Səməd Behrənginin ölümündən sonra Hüseyn Düzgün jurnalın daha 4 nömrəsini çap etdirməyə nail olub. 4-cü nömrədən sonra jurnal bağlandı.

Hüseyn Düzgündən əvvəl Səməd Behrəngi tərəfindən 9 nəşri nəşr edilmişdir.

Azərbaycan Mədəniyyət Ocağı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Mədəniyyət Ocağı 1979-cu ildə Hüseyn Düzgünün sayəsində Tehranda formalaşdı. Bu qurumun nəticəsi İranda Azərbaycan dilində 17 kitabın nəşri və 4 dövrü nəşrin nəşri olmuşdur. Bu 17 kitabdan bir çoxunun nəşrinə icazə verilməyib və məhv edilib. Amma daha çoxu çap olundu və çox yaxşı qarşılandı. Bu mərkəzin nəşr etdiyi nəşriyələr: "Yoldaş", "İnqilab Yolunda" və "Yeni Yol" idi.

Inqilab yolunda
[redaktə | mənbəni redaktə et]

Inqilab Yolundanin 1–6 saylarını Wiki Commons-dan aşağıdakı linkdən ala bilərsiniz.

Türk Bülleteni

[redaktə | mənbəni redaktə et]

"Səhənd" Həftəlik Dərgi

[redaktə | mənbəni redaktə et]
Inqilab yolunda
Inqilab yolunda
Inqilab yolunda
Inqilab yolunda
Inqilab yolunda
Inqilab yolunda

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hüseyn Düzgün 1958-ci ildə girdiyi Tebriz Müəllimlər İnstitutundan 1963-cü ildə məzun olur. 1972-ci ilə qədər Təbriz, Ərdəbil və Meşkinşehr’də ədəbiyyat müəllimi işləmişdir. Təhsil və tədris sahəsində məharətlə işləyən Düzgün bir tərəfdən də publisistika, tərcüməçilik, araşdırmaçılıq işlərini digər tərəfdən isə pedaqoji fəaliyyətini özəl dərslər verərək davam etdirirdi. O, İranda Türk gənclərinin Azərbaycan Türk dilinin öyrənməsi üçün bənzərsiz işlər görmüşdür. Tehran, Urmiyə, İsfahan və Həmədan universitetlərində açılan Türk Dili və Ədəbiyyatı kurslarında lektor vəzifəsində işləmişdir. Düzgün, minlərlə İran Türkünün Türkcə təhsil almasına imkan yaratdığı ilə yanaşı verdiyi seminarlar, mülahizələr, təqdim etdiyi bildirilər, və etdiyi söhbətlərlə minlərlə gəncin bilgilənməsini və milli şüur qazanmasını sağlamışdır.

  • "Şeyx Səfiəddin Ərdəbilinin şeirləri, sözləri, öyüdləri və mənqibələri" (Tehran, 2001)[5]
  • Sayalar qədim Azərbaycan melodiyaları, Təbriz, (Farsca), 1992
  • Gözəllik və gerçəklik şairi Vaqif. Təbriz , (Farsca), 1968
  • Köhnə Yazılı Mətn Dədə Qorqud, Təbriz, (Farsca), 1969
  • Aşıqlar, Tehran, (Farsca), 1973
  • Tülkü Nağılları, Tehran, (Farsca), 1973
  • Keçəlin Nağılları, Tehran, (Farsca), 1973
  • Fars dilinin dialektləri və Azərbaycan Türkcəsi, Tehran, (Farsca), 1972
  • Uşaq nağılları, Tehran, (Farsca), 1972
  • Çil Maydan nağılı, Tehran, (Farsca), 1974
  • M. F. Axundzadə. Axundzadənin Farsca Məqalələri. Tərcümə:Tehran, (Farsca), 1972
  • M. F. Axundzadə. Axundzadənin fəlsəfi məqalələri, Tərcümə: Tehran, (Farsca), 1972
  • M. Tərbiyət. Tərbiyət məqalələri, Ön söz və izahlar. Tehran, (Farsca), 1973
  • Ənzəlidən Tehrana, Tərcümə: Tehran, (Farsca), 1973
  • Çağdaş Azərbaycan Poeziyası, Tərcümə: Tehran, (Farsca), 1973
  • Türk Əkizləri, Tərcümə:Tehran, (Farsca), 1974
  • F. Aşurov. Nəsimi Dramı, Tərcümə: Tehran, (Farsca), 1974
  • M. Fuzuli Rind ü Zahid, Ön söz, bərpa və izahlar:Tehran, (Farsca), 1976
  • M. Tebrizi Mirzə Ağa Təbrizinin pyesləri. Ön söz, düzəliş və izah:Tehran, (Farsca), 1974
  • İngiltərədə Burjua İnqilabı (tərcümə)
  • Cəmiyyətin İnkişaf Fəlsəfəsi
  • Azərbaycan folkloruna dair yeddi məqalə. Tehran, (Farsca), 1974
  • Həbib Sahirin Yeni Şeirləri. Təbriz, (Farsca), 1974
  • Nizaminin həyat və yaradıcılığı, Tərcümə: Təbriz, (Farsca), 1971
  • Soltanov Xaqani Şirvani, Tərcümə. Tehran, (Farsca), 1975
  • İranın Qədim Ədəbi Sonları, Tərcümə: Tehran, (Farsca), 1975
  • İranın Yeni Ədəbi Sonları, Tərcümə: Tehran, (Farsca), 1975
  • Y. A. Bertles, Azərbaycanın Böyük Ozanı Nizami, Tərcümə:Tehran, (Farsca), 1975
  • Qövsi Təbrizi və Mirzə Baş Vəzih, Tərcümə: Tehran, (Farsca), 1977
  • İranın Dil Problemləri, Tərcümə:Tehran, (Farsca), 1975
  • H. Sahir Arzı və Camber, Tərcümə: Tehran, (Farscaca), 1974
  • Topal Teymur və Qafqaz, Tərcümə: Tehran, (Farscaca), 1976
  • Kiçik Şeirlər, Tehran, (Türkcə şeirlər), 1979
  • Səməd Behrəngi Mənzuməsi, Tehran, (Türkcə şeirlər), 1979
  • Məcmuə, Tehran, (Türkcə şeirlər), 1979
  • Uçqun Dəhmə, Tehran, (Türkcə şeirlər), 1980
  • Bakı lövhələri, Tehran, (Türkcə şeirlər), 1980
  • Günəşli Vətən Yadigarları, Tehran, (Türkcə), 1980
  • B. Kuşçuoğlunun Sözləri, Ön söz, düzəliş və izahlar: Tehran
  • Mövlananın Türkcə şeirləri, Tehran, (Türk-Farsca), 1990
  • Azərbaycanın Şəhid Alimləri, Tehran, (Türk dilində), 1992
  • Firdovsinin "Yusif və Züleyxa" poeması. Ön söz, bərpa və Tehranın izahı, (Farsca), 1995
  • Saibin Gəzəllərinin təsviri, Tehran, (Farsca), 1991
  • Quran Tərcüməsi, Tərcümə: Tehran, (Türkiyə), 1990
  • Q. Bəhlul. Kəşf və əsaslandırma. Ön söz, düzəliş və izahlar:Tehran, (Türk dilində), 1992
  • M. Füzulinin "Qırx hədisi", Ön söz, bərpa və izahlar:Tehran, (Türkcə), 1990
  • Türk dilinin qrammatikası (Türk dili—Tehran), 1990
  • Füzuli Qəzəllərinin təsviri (Türkcə—Tehran).
  • Türk şeir və nəsr nümunələri, Tehran, (Türkcə), 1991
  • Köhnə Türk Mətnləri, Tehran, (Farsca-Dershane), 1999
  • Musiqili risalələr, Tehran, (Farsca- sinif otağı), 1999
  • Türk Dili və Ədəbiyyatı, Tehran, (Türk-Ders otaqları), 1993
  • Türkcə Yazı Qaydaları, Tehran, (Türkçe — Derslikler), 1994
  • Yurd Qəzəlləri, Tehran, ikinci nəşr, (Türkcə şeirlər), 1977
  • Anama hədiyyə, Tehran, (Türkcə şeirlər), 2001
  • Təbriz yollarında, Tehran, (Türkcə şeirlər), 2001
  • Zəngan lövhələri, Tehran, (Türkcə şeirlər), 2001
  • Qaşğayi lövhələri, Tehran, (Türkcə şeirlər), 1998
  • Ərdəbil lövhələri, Tehran, (Türk şeirləri), 2001
  • Həkim Abdullah Zuzuninin fəlsəfəsi, Tehran, 2001
  • Baş Yüce Qaşğayi Oğlu Felsefesi, Tehran, 1999
  • Şeyx Məhəmməd Xiyabani. Mənzumə, Tehran, (Türk dilində şeirlər), 1999
  • Qədim Türk Yazıları.
  • S. Ərdəbili (Şeyx Səfi Ərdəbili)Qara jurnal. Ön söz, düzəliş və izahlar: Tehran, 2000
  • M. Kaşkari Divan Lüğət-it Türk, Tərcümə: Təbriz, (türk-Farsca), 2005
  • M. Füzulinin Türkcə divanı. Ön söz, düzəliş və izahlar: Təbriz, 2001
  • M. Füzulinin Farsca divanı. Ön söz, düzəliş və izahlar: Təbriz, 2007
  • Nəbatinin Türk Divanı, Ön söz, düzəliş və izahlar: Təbriz, -ci nəşri, . 1-ci nəşr
  • Nəbatinin Farsca Divanı, Ön söz, düzəliş və izahlar: Təbriz, 1993
  • Universitet tələbələri üçün klassik Türk şeirləri.
  • İslam Etikası, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • Usul-i Akaid, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • Allahı tanıyan, Tərcümə: Tehran, (Türkiyə), 1992
  • Peyğəmbərin tanınması, Tərcümə: Tehran, (Türkiyə), 1992
  • Maad tanma, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • İlahi Ədalət, Tərcümə: Tehran, (Türkiyə), 1992
  • İmamın tanınması, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • Həzrət Əli Həyat, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • İmam Hüseyn Həyatı, Tərcümə: Tehran, (türkcə), 1992
  • İnstinkt Hadisləri, Tərcümə:Tehran, (Türkiyə), 1992
  • Mövlananın Farsca qəzəllərindən seçmələr, Tehran, (Farsca), 2007
  • Zərdüştün qoşmaları, Tehran, (Farsca), 2008
  • İnsan oğlunun ixtirası, (Farsca tərcüməsi)
  • İmam Xomeyni Tevhidə Çağrı, Tərcümə: Tehran, (Türkcə), 1993
  • M. Axundzadə. Müsyö Jordan, Tərcümə: M. J. Qaracedaği, Ön söz, bərpa və izahlar. Tehran, (Farsca), 2003
  • M. Axundzadə. Quldur Basan Ayı, Tərcümə: M. J. Qaracedağı, Ön söz, bərpa və izahlar. Tehran, (Farsca), 2003
  • Əmək Hüququ, Tehran, (Farsca-Dərs otağı), 1975
  • CCeferofArt and Beautician, Tərcümə: M. J. Qaracedaği, Ön söz, düzəliş və izahlar Tehran, (Farsca), 1975
  • Bir Bölük Durna, Tehran, (Türk dilində şeirlər), 2003
  • Güllər açacaq, Tehran, (Türk dilində şeirlər), 2003
  • Qopuzçular, Tehran, (Farsca), 200 Məstərabadi Senglah, Ön söz, düzəliş və izahlar: Təbriz, (Farsca)
  • Üç Daşyazıt, Tehran, birinci nəşr, (Fars-Türk), 2000
  • Türk-Fars Sözlüyü, Təbriz, 2009

Şeir kolleksiyası

[redaktə | mənbəni redaktə et]
  1. Ərdəbil Lövhələri
  2. Anama Hədiyyə
  3. Uçgun Daxma
  4. Bakı Lövhələri
  5. Təbriz Yollarında
  6. Zəngan Lövhələri
  7. Lövhədən lövhəyə
  8. Şeyx Məhəmməd Xiyabani dastanı
  9. Səməd Behrəngi (şeir)
  10. Qaşğayi Lövhələri
  11. Kiçik şeirlər
  12. Yurd Qazaları
  13. Verzegan

Haqqında yazılmış kitablar

[redaktə | mənbəni redaktə et]
  1. M. Kərimi. Xalqımızın Acıyan Yarası, Zengan, 1997
  2. Omid Niyayiş. Dr. Sadiq və Azərbaycan kimliyi, Tehran, 1998
  3. Amir Çehre Guşa. El Qayğısı, Tehran, 2000
  4. Eldar M. Sadiq. Babamın Bilimsəl Müsahibələri, Tehran, 1997
  5. M. Kərimi, Düzgün ve Qaranquş, Tehran 2009
  6. Məhəmməd Daveryar Ərdəbili, Bir Umman Bir Dəniz, Tehran 2010
  7. Məhəmməd Daveryar Ərdəbili, Tekrim-i Üstad, Tehran 2010
  8. Sadyar Vezife-Seyyid İhsan Şükrhudayi, Ceşn-name-i Doktor Sedig, 2009.
  • Özbəkistan dövləti türkologiya sahəsindəki araşdırmalarına görə, "Əmir Əlişir Nəvayi" mükafatı verib.[6]
  • Əmir Əli Şir Nəvainin əsərlərinin İranda təshihinə və nəşrinə görə apardığı səylərə görə, Özbəkistan Prezidentinin sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdir.[7]
  1. Cənubi Azərbaycan Ədəbiyyati Antologiyası. IV. Bakı: Elm nəşriyyatı. 1994. səh. 252. 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  2. "Təbrizli alim Hüseyn Məhəmmədzadə Sədiq dəfn edilib". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  3. "Tanınmış Türk dili və ədəbiyyatı tədqiqatçısı Hüseyn Məhəmmədzadə Sədiq həyatını itirib". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  4. "Tanınmış güneyli türkoloq alim Hüseyn Məhəmmədzadə vəfat edib". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  5. "Gecikmiş yazıya cavab". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  6. "Təbrizdə tanınmış türkoloq Hüseyn Düzgünün dəfn mərasimi keçirilib". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.
  7. "Güneyli alim Hüseyn Məhəmmədzadə Sədiq vəfat edib". 2022-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-28.