Hüseyn Nadim Naxçıvani

Hüseyn Nadim Naxçıvani (Hüseyn Abdulla oğlu Mehdiyevin təxəllüsü; 1871, Naxçıvan rayonu1927, Naxçıvan rayonu, Naxçıvan MSSR)şair.[1]

Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani
Hüseyn Nadim Naxçıvani
Doğum tarixi
Doğum yeri Babək rayonu, Nehrəm kəndi
Vəfat tarixi
Vəfat yeri Babək rayonu, Nehrəm kəndi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti şair
Üzvlüyü

İlk təhsilini mollaxanada almış, sonra Cəlil Məmmədquluzadənin müəllim olduğu məktəbdə oxumuşdur. Atasını erkən itirdiyindən təhsilini davam etdirə bilməmiş, şəxsi mütaliə yolu ilə ərəb və fars dillərini, İslam tarixini və Şərq klassiklərinin əsərlərini öyrənmişdir. 1918–20-ci illərdə Azərbaycanda milli azadlıq hərəkatında iştirak etmiş, partizan dəstəsində daşnaklara qarşı vuruşmuş, Ələngəz dağı ətrafında ağır yaralanmış və sonralar həmin yaradan da vəfat etmişdir.[1]

Nadim Naxçıvani ədəbi irsinin xeyli hissəsi itsə də, qalan şerləri onun 19-cu əsrin sonu – 20-ci əsrin əvvəllərində Azərbaycan şeirinin inkişafına töhfə vermiş sənətkarlardan olduğunu göstərir. Əsərlərinin böyük bir qismi klassik üslubda yazılmış dini məzmunlu şeirlərdən (mərsiyə, növhə, sinəzən, qəsidə) ibarətdir. Aşiqanə qəzəlqoşmaları, ictimai məzmunlu didaktik və satirik şeirləri də var. Bəzi qəzəllərində tərənnüm olunan mücərrəd eşqdən fərqli olaraq, əsasən, real, həyati gözəllikləri vəsf etmişdir. bu cəhət onu Molla Pənah VaqifQasım bəy Zakir realist üslubuna yaxınlaşdırır. İctimai məzmunlu şeirlərində xalq, vətən məhəbbəti başlıca yer tutur. "Yox bircə kəs xilas edə bu naridan bizi" misrası ilə başlayan qəzəli bu baxımdan xüsusilə diqqətəlayiqdir.[1]

Seçmə şeirlər (tərtib edəni və "Yaddaşlarda yaşayan şair" adlı müqəddimənin müəllifi Ə. Qədimov), Bakı, 1993.[1]

XIX əsrin sonları XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində özünəməxsus yeri olmuş, "Əncümənüş-şüara" ədəbi məclisinin fəal üzvlərindən biri Hüseyn Nadim Naxçıvaninin şerlər toplusu nəşr etdirilmişdir.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çap etdirdiyi kitaba şairin Əlyazmalar İnstitutunda saxlanılan qəzəlləri, ictimai məzmunlu şerləri, növhə və sinəzənləri daxil olunmuşdur.

Yeni nəşrin tərtibçisi, ön sözün və izahların müəllifi institutun elmi işçisi Hacı Mustafa Mailoğludur.

Filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova "Hüseyn Nadim Naxçıvaninin həyatı, mühiti, yaradıcılığı" (2018) monoqrafiyasını yazıb.[2]

  1. 1 2 3 4 Nadim Naxçıvani// Naxçıvan Ensiklopediyası / V. Y. Talıbov. — Təkminləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr. — Naxçıvan, 2005. — 2 cilddə. — II cild. — Səhifələrin sayı: 380. — Səh.: 59. — ISBN 5-8066-1468-9.
  2. "AVTOREFERAT" (PDF). 2023-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-04-23.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]