Hüseyn Namiq Orkun (d. 15 avqust 1902, İstanbul, Osmanlı imperiyası – 23 mart, 1956, Ankara, Türkiyə Respublikası) – türk tarixçi, dilçi. Türklük, türkçülük və türk dünyası haqqında əsərlər yazmışdır.[1]
Hüseyn Namiq Orkun | |
---|---|
Hüseyin Namık Orkun | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 23 mart, 1956 |
Vəfat yeri | Ankara, Türkiyə Respublikası |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | türk |
Fəaliyyəti | tarixçi, dilçi |
1902-ci ildə İstanbulda dünyaya gəlmişdir. Orta təhsilini Nişantaşı Sultanisində tamamlamışdır. İstanbul Universiteti Ədəbiyyat fakültəsinin tarix bölməsini bitirdikdən sonra Budapeşt Universitetinin fəlsəfə fakültəsində türkologiya təhsili almışdır. Gyula Nemethin tələbəsi olmuşdur. Türk soyunun 20-ci əsrdə yaşamaqda olan qolları haqqındakı “Türk dünyası” adlı əsərini Budapeştdə yazmışdır. Əsər 1932-ci ildə Türkiyədə nəşr edilmişdir.[2]
1930-cı ildə təhsilini tamamlamış və Qazi Təhsil İnistitutunda tarix müəllimliyinə təyin edilmişdir. İnistitutda, Polis Kollecində, Dövlət Konservatoriyasında və Tibb fakültəsində uzun illər türk tarixi və inqilab dərsləri vermişdir.
Müəllmiliklə yanaşı, türk dili və tarixi üzrə araşdırmalar etmişdir. Yayımları arasında türk əfsanələri və dastanları, türk boyları ilə əlaqəli araşdırmalar, türklük və türkçülük ilə əlaqəli düşüncə yazıları, yayım tənqidləri və tanıdmaları yer almışdır.
1944-cü ildə irqçilik-turançılıq məhkəməsində mühakimə edilmişdir. Bir il həbsdə qaldıqdan sonra bəraət almışdır. Həbsdən çıxdıqdan sonra səhhətində problemlər yaşayan Orkun 1956-cı ildə Ankarada həyatını itirmişdir.[3]