Hüseyn Aslan oğlu Rzayev (14 may 1994, Novosaratovka, Gədəbəy rayonu – 26 oktyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Hüseyn Rzayev | |
---|---|
Hüseyn Aslan oğlu Rzayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 may 1994 |
Doğum yeri | |
Vəfat tarixi | 26 oktyabr 2020 (26 yaşında) |
Dəfn yeri | |
Dəfn tarixi | 23 noyabr 2020 |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Silahlı Qüvvələri |
Rütbəsi | əsgər |
Təltifləri |
Rzayev Hüseyn Aslan oğlu 1996-cı il may ayının 14 də Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olub. 2002-ci ildə həmin kənddə orta məktəbə gedib, 2013-cü ildə bitirib.[1]
2014-cü ildə hərbi xidmətə yollanıb. 2016-cı ildən müddətdən artıq hərbi xidmətdə olub, üç il Gədəbəy ərazisində xidmət edib. 2020-ci ilin aprel ayında hərbidən tərxis olunub.[2]
21 sentyabr 2020-ci ildə könüllü olaraq yenidən hərbiyə yola düşüb. Başkənd, Füzuli bölgələrində qəhrəmanlıqlarıyla seçilib.
27 sentyabr 2020-ci il tarixində "Motoatıcı manqa komandiri” vəzifəsi üzrə sertifikata yiyələnib.
26 oktyabr 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. 23 noyabr 2020-ci ildə doğulduğu kənddə dəfn edilib.[3]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Rzayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Rzayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]