Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 11 gün əvvəl Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Əlixanov Hüseynağa Ənvər oğlu (1 may 1953, Quba) — Ədliyyə General-mayoru (2012).
Hüseynağa Əlixanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 may 1953 (70 yaş) |
Doğum yeri | |
Hərbi xidmət | |
Rütbəsi | general |
Hüseynağa Əlixanov 1 may 1953-cü il tarixdə Quba rayonunun Yerfi kəndində anadan olmuşdur. 1980-ci ildə Azərbaycan Dövlət universitetinin hüquq fakültəsini bitirmişdir.
Hüquq-mühafizə orqanlarında əmək fəaliyyətinə 1981-ci ildən başlamışdır. Bakı şəhər prokurorluğunun baş müstəntiqi, Gəncə şəhər prokuroru, Bakı şəhər prokurorluğunun daxili işlər orqanlarında qanunların icrasına nəzarət şöbəsinin rəisi, Bakı şəhər prokurorunun birinci müavini vəzifələrində qulluq etmiş, Bakı şəhər prokuroru vəzifəsini icra etmiş, respublika Baş Prokurorluğunun Prokurorluq orqanlarında istintaqa nəzarət idarəsinin rəisi, Bakı şəhər Nizami rayon prokuroru vəzifələrində xidmət etmişdir.
2004-cü ildən Azərbaycan Respublikasının Ədliyyə orqanlarında xidmətə keçirilərək Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi (Baş məhkəmə məmuru) təyin edilmişdir. Həmin vəzifədə qulluq etdiyi müddət ərzində nazirliyin kollegiya üzvü olmuşdur.
2007-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini olub.
Prokurorluq və ədliyyə orqanlarında işlədiyi müddət ərzində dəfələrlə mükafatlandırılmış, o cümlədən müxtəlif dövlət mükafatlarına layiq görülmüşdür. Azərbaycan Respublikası prezidenti H. Əliyevin 26.12.1995-ci il tarixli fərmanı ilə "Azərbaycan Respublikasının Konstitusiyasının və dövlət quruluşunun möhkəmləndirilməsi və qorunmasında xüsusi xidmətlərinə görə" "Azərbaycan Bayrağı" ordeni ilə, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 21.11.2008-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə, eləcə də prokurorluq orqanlarında nümunəvi və layiqli xidmətinə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif edilmişdir. Ədliyyə general-mayorudur. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.
Ailəlidir, 2 övladı, 4 nəvəsi vardır.