Hüsnü Əmir Ərkilət

Hüsnü Əmir ƏrkilətTürkiyəAlmaniya ordusunun azərbaycanlı generalı

Hüsnü Əmir Ərkilət
türk. Hüseyin Hüsnü Emir Erkilet
Doğum tarixi
Doğum yeri Türkiyə, Kayseri, Ərkilət
Vəfat tarixi
Vəfat yeri Ankara
Dəfn yeri
Atası Xəlil
Anası Şəfiqə
Milliyyəti azərbaycanlı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Fəaliyyəti müəllif
Fəaliyyət illəri 1904-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu.

Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır. 1910–1912-ci illərdə təhsilini Almaniyada davam etdirən Hüsnü bəy Türkiyəyə mayor rütbəsində qayıdır.

26 dekabr 1913-cü ildə Hüsnü Əmir Ərkilət 5-ci Ordu Korpusunun komandanı təyin edilir.

Onun komandanlığı altında bu korpus bir çox ağır döyüşlərin iştirakçısı olur.

2 avqust 1919-cu ildə 36 yaşlı Hüsnü Əmir Ərkilət general rütbəsi ilə təltif edilir və Baş Qərargahın rəisi təyin edilir.

İstiqlal Savaşında iştiraka görə təhsil üçün göndərildiyi Almaniyadan geri dönən Hüsnü bəy Sakarya döyüşünə qatılır.

1932-ci ildə 49 yaşında ordudan tərxis edilir. Lakin 1939-cu ildə o gizli olaraq Almaniyaya dəvət edilir. Almaniya səfiri Franz von Papenlə Almaniyaya gedən Hüsnü bəy burada alman ordusun yüksək rütbəli zabitləri ilə görüşür.

Hüsnü Əmir Ərkilət 1941-ci ildən başlayaraq alman ordusunun beyin mərkəzi olan baş qərargahda çalışmağa başlayır . Alman ordusunun Şərq Cəphəsi üzrə komandanı Marşal Fedor von Bocklun təqdimatı ilə Hüsnü bəy Adolf Hitlerlə görüşür. Bu görüşdən sonra general Hüsnü Əmir Ərkilət əməliyyatların icra qərargahında çalışmağa başlayır.O Alman ordusun ürəyini idarə edən bir general idi. Onun verdiyi məsləhətlər dərhal icra edilirdi. O, cəbhədə baş hadisələr barədə informasiyanı şəxsən Adolf Hitlerə verirdi. Onun alman ordusundakı fəaliyyəti haqqında məlumat 1943-cü ildə Faris Erkmanın "Ən böyük təhlükə" kitabında yer alırdı. Müəllif generalı alman ordusunun agenti adlandırırdı.

Amma etiraf edək ki, məhz Hüsnü Əmir Ərkilətin təkidi nəticəsində yüz minə yaxın müsəlman hərbi əsir ölümün caynağından xilas edildi. Türk-tatar əsirlərindən milli legionlar yaratmaq fikri məhz Hüsnü bəyə məxsus idi. 1941-ci ilin oktyabrında bu planın müsbət həyata keçirilməsində cəhdlər göstərildi. Hüsnü bəylə bərabər Nuru Paşanın da milli legionların yaradılmasında böyük əməyi var idi.

Hüsnü Ərkilət müharibə qurtarandan sonra "Hitlerin qərargahında 45 gün" adlı xatirələrini çap etdirdi. General xatirələrində bəzən müsəlmanları xilas etmək üçün bütün vasitələrdən istifadə etdiyini yazırdı. "Hitlerin qərargahında 45 gün" adlı xatirələrində Hüsnü bəy yazırdı:"Olduqca ağır idi. Hərbi əsirlər sorğu-sualsız güllələnirdi. Məhz baş qərargahda apardığımız danışıqlardan sonra milli legionların yaradılması razılığını aldıq. Bilirdim ki, mənim sözüm keçərlidir. Məhz bu amildən istifadə edərək, milli legionların yaradılmasına nail olduq."

Ömrünün son illərini yalnız xatirələr yazmaqla keçirən Hüsnü bəy bu yazıları " Yeni Bozkurt" jurnalında çap etdirirdi. Peşəkar hərbçi general

Hüsnü Əmir Ərkilət 1958-ci ildə Ankarada dünyasını dəyişdi. Hüsnü bəy Ankara Asri qəbiristanlığında dəfn edilib.

  • "Yıldırım", İstanbul, 1921.
  • "Böyük hərbdə tank döyüşü"
  • "Kampaniya Baş qərargahında Qərargahda işçi heyəti", İstanbul, 1921.
  • "Erkan-i Hərbiyyə peşəsi, Cəza və təşkilatı, Tarixi və Elmi İstintaq", İstanbul, 1924.
  • "Dağdakı müharibə hərəkətlərinə dair bir araşdırma", İstanbul 1926. (Maurice Abadie)
  • "Hüseyin Hüsnü Əmr Erkilet Paşanın Avropada yoxlama səfərləri", Ankara, 1927.
  • "Hərb Album", İstanbul Respublika Mətbuat Evi.
  • "Şərq Cəfəri" ndə gördüm. Hilmi Kitabevi, İstanbul, 1943.
  • "II Dünya müharibəsi və Türkiyə, Giriş: Müharibənin Avropada doğurduğu nahamar məsələlər", İnqilab Kitabevi, İstanbul, 1945.