Həşəratda ağız orqanlarının quruluş tipləri— Qidanın müxtəlifliyindən asılı olaraq, həşratda ağız orqanları müxtəlifdəyişikliyə uğramışdır[1]. Bununla yanaşı onlar nə qədər dəyişsələr də və bir-birindən fərqlənsələr də ayrı-ayrı hissələrin quruluşuna və yerləşməsinə görə bir-birinə oxşardırlar. ağız orqanları üst dodaqdan, 3 cüt ağız ətraflarından və dilbənzər çıxıntıdan ibarətdir. Ağız ətraflarında bir cüt çənələr (mandibula) bir cüt alt çənələr (maksilla) və birdə buğumlu alt dodaq aiddir. Təkamül prosesində qidalanma xüsusiyyətindən asılı olaraq həşəratda bir neçə tip ağız orqanları inkişaf etmişdir:gəmrici, gəmirici-yalayıcı, sorucu, sancıcı-sorucu, kəsici-sorucu, yalayıcı.
Gəmirici tipli ağız orqanları bərk qida ilə qidalanmağa uyğunlaşan həşəratada inkişaf etmişdir. Bu tip ağız orqanları buğumlanmamış üst çənələrdən, bir cüt buğumlu alt çənələrdən, xaricdən cüt olmayan alt dodaqdan ibarətdir. Ağızın üst hissəsində isə üst dodaq yerləşmişdir. Gəmirici ağız orqanlarında üst çənələr buğumsuz olmaqla yanaşı möhkəmdir, qidanın qoparılmasına və xırdalanmasına xidmət edir. Bu tip ağızlarda üst çənələr yaxşı inkişaf etmişdir. Bəzi formalarda bu çənələr güclü inkişaf edərək, buynuz formasını almışdır. Maral böcəyinin erkək fərdlərində olduğu kimi. Bəzi formalarında, yırtıcı həyat tərzi keçirən qaçağan böcəyində üst çənələr daxildən diş-dişdir, bitki ilə qidalanan formalarda isə dişciklər kütdür. Alt çənələr mürəkkəb quruluşlu olub, əsas buğumdan, gövdəcikdən, bir cüt xarici çeynəyici pərlərdən və bir cüt daxili çeynəyici pərlərdən ibarətdir. Gövdəciyin 7-yə qədər buğumu olan alt bənə hiss orqanları vardır. Alt çənə toxuma və iy bilmə orqanalarına malik olub, qidanın tutulmasına və saxlanmasına xidmət edir. Alt dodaq alt çənənin iki cütünü təşkil edir, lakin orta hissədə ikiəsas buğumu və gövdəciyinin bir hissəsi birləşmiş formadadır. Ona görə alt dodaq cüt olmayan orqana çevrilmişdir. Alt dodağın daxilində, ağız boşluğunun içərisində hipofarinks adlanan diləbənzər çıxıntı vardır. Üst dodaq dəri büküşlüdür. Gəmrici tipli ağız orqanları düzqanadlılarda, tarakankimilərdə, dəvdələyilərdə, böcəklərdə, iynəcələrdə, bəzi pərdəqanadlılarda, kəpənək tırtılarında, bir çox həşərat sürfələrində və s. inkişaf etmişdir[1].
Bu tip ağız orqaları gəmirici tipli ağız oqranlarının təkamül proseində dəyişilmiş formasıdır. Bu tip ağız orqanları gəmrici tipli ağız orqanlarının təkamül prosesində dəyişilmiş formasıdır. Bu tip ağız orqanları bal arısında yaxşı inkişaf etmişdir. Üst çənələr gəmirici ağız tipində olduğu kimi və buğumlanmış formadadır. Arılar üst çənələrinin köməyi ilə çiçəklərdə olan toz kisəciyini gəmirərək tozcuqu yığır, mum hazırlayır və ondan şan düzəldir. Alt çənələr əsas buğumla baş kapsuluna birləşir. Gövdəcik adlanan buğumda uc hissəsi itiləşmiş uzun çeynəyici pər vardır. Alt dodaq mürəkkəb quruluşludur, arılarda güclü şəkildəyişməyə məruz qalmışdır. Alt dodaq uzundur və o alt çənələrlə birlikdə bükülərək xortum əmələ gətirir. Üst dodaq buğumlanmamış dəri büküşündən ibarət olub, başın ön hissəsində yerləşmişdir. Bir çox xüsusiyyətlərinə görə gəmirici tipli ağiz orqanlarına oxşarlığını saxlamışdır[1].
Əvvəlki ağız orqanlarından fərqli olaraq bu tip ağız orqanları təmamilə başqa quruluşa malikdir. Bu tip ağız orqanları kəpənəklər üçün çox səciyyəvidir. Dişli güvələr adlanan kəpənəklər müstəsna olmaqla, onlarda üst çənələr təmamilə inkişaf etməmişdir. Alt çənələrin daxili pəri itrildiyi halda, onun xarici pəri ağız orqanlarının əsas hissəsi olmaqla güclü uzanmış və boru şəklini almışdır. Bu boru xortum əmələ gətirir, sakit halda spiralvari burulur və qida borusunun daxilindən keçərək, ağız dəliyinə daxil olur. Alt dodaq cüt olmayan pər şəklindədir və ağız hissəsinin aşağı tərəfində yerləşmişdir. Üst dodaq ixtisar olunaraq, kiçik lövhə şəklində qalmışdır və qidanın qəbul edilməsində iştirak etmək xüsusiyyətini də itirmişdir[1].
Bu tip ağız orqanları bitkinin şirəsi və heyvanların qanı ilə qidalanmağa uyğunlaşmışdır. Sancıcı-sorucu ağız orqanları müxtəlif şəkildəyişməyə məruz qalaraq özünəməxsus quruluşa malikdir. Onlar taxtabitilərdə, bərabərqanadlılarda, bitlərdə, birələrdə və qansoran ikiqanadlılarda inkişaf etmişdir. Sancıcı-sorucu tipli ağız orqanlarının əsas hissəsini təşkil edən üst və alt çənələr 4 sancıcı qıla çevrilmişdir. Bu sancıcı qıllar nazik, çıxıntısız, buğumsuzdur və bir-birinə çox yaxın yerləşmişdir. Üst çənələr deşməyə xidmət edir və uc hissədən itiləşmişdir. Alt çənələr büküldükdə novça iki kanal əmələ gətirir. Alt dodaq güclü inkişaf ederək, enli, uzununa dartılmış və buğumludur[1].
Bu tipli ağız orqanları ikiqanadlılardan olan göyünlərdə daha yaxşı inkişaf etmişdir. Kəsici-sorucu tipli ağız orqanlarında üst çənələr bıçaq kimi itidir, üst dodaqın altında yerləşmişdir və qayçı kimi açilib qatlana bilir. Üst çənələr qatlanaraq alt hissədən üst dodağın novçasını örtür və üst dodaqla birlikdə sorucu kanal əmələ gətirir. Alt çənələr iki çox iti iynə şəklindədir və hiss çıxıntıları yaxşı inkişaf etmişdir. Alt dodaq buğumluluğunu itirmişdir, yumşaqdır və yaxşı inkişaf edərək mayeni sormağa uyğunlaşmışdır. Üst dodaq uzundur və uc hissədən itiləşərək iynə kimidir. Dodağın alt səthi boyu novça keçir. Kəsici-sorucu ağız orqanları özünəməxsus qurluşa məxsus quruluşa malikdir və heyvanların dərisini kəsməyə uyğunlaşmışdır[1].
Yalayıcı ağız orqanları bir çox ikiqanadlılarda, xüsusilə həqiqi milçəklər fəsiləsində daha yaxşı inkişaf etmişdir. Bu ağız orqanlarının konusşəkilli əsas hissəsi rosturum adlanır. Rosturumdan sonra novçaşəkilli qaustellum adlanan hissə uzanır ki, o da üst dodaqla örtülmüşdür. Yalayıcı ağız tipində üst çənələr yoxdur.Qaustellumun uc hissəsində labellum adlanan orqan yerləşmişdir. Labellum xortumun daha mürəkkəb hissəsi olub, onun səthində süzgəcşəkilli yalançı traxeya vardır. Qidalanma vaxtı maye şirə yalançı traxeya vasitəsilə sorulur[1].