Həşdi Şabi

Xalq Səfərbərlik Qüvvələri (bəzən Xalq Səfərbərlik KomitəsiXalq Səfərbərlik Bölmələri olaraq da adlandırılır) (ərəb. الحشد الشعبي‎‎ al-Ḥashd ash-Shaʿbī) – daha çox Həşdi Şabi adı ilə də tanınan İraq dövləti tərəfindən maliyyələşdirilən, əsasən şiə müsəlman qruplarından ibarət olan, eyni zamanda sünni müsəlman, xristianyezidi qruplarını da əhatə edən hərbi birləşmədir. Həşdi Şabi bölmələri bir qruplaşma kimi 2014-cü ildə yaradıldı və İŞİD-ə qarşı demək olar ki, hər bir böyük döyüşdə mübarizə apardı. 2018-ci ilin əvvəllərində İraqın o vaxtki Baş naziri olaraq Baş Komandan Heydər əl-Abadi tərəfindən tamamilə yenidən qurulandan sonra yeni İraq Respublika Qvardiyası adlandırıldı. Keçmiş Baş nazir "Xalq Səfərbərliyi döyüşçülərinin vəziyyətini uyğunlaşdırmaq üçün" qaydalar tərtib etdirdi və onlara İraq ordusunun digər birləşmələrində olduğu kimi maaş verdirirdi.

Xalq Səfərbərlik Qüvvələri və ya Həşd əş-Şabi
Növü Hökumət tərəfindən icazə verilən hərbi qrup — Xüsusi milis dəstəsi
Yaranma tarixi 15 iyun 2014hal-hazırda
Ölkə  İraq
Daxildir İraq Silahlı Qüvvələri
Tərkibi
Vəzifəsi Kontr partizan müharibəsi
Sayı 100.000 - 150.000
Qərargah İraq İraq ərazisində: Səlahəddin mühafəzəsi
Ənbar mühafəzəsi
Neynəvə mühafəzəsi
Suriya Suriya ərazisində: Hələb mühafəzəsi
Deyr əz-Zor mühafəzəsi
Himayədarı İran İran
Müharibələr

İraq vətəndaş müharibəsi (2014-indiyədək):


Suriyada vətəndaş müharibəsi:


İraq üsyanları (2017-indiyədək)
2019 İsrailin İraqa hava hücumları
Döyüşlər
Komandanlıq
Məşhur komandirləri Əbu Əzrayıl
Əbu Mehdi əl-Mühəndisi
Qeys Həzali
Müqtəda əs-Sədr
Fəlih əl-Fəyyaz
Hadi əl-Əmiri
Şibl əl-Zeydi
Əli əl-Yasiri
al-hashed.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Loqotip və bayraq

[redaktə | mənbəni redaktə et]

Birləşmə tərkibindəki qrupların hər birinin ayrılıqda öz bayraqları olsa da, Xalq Səfərbərlik Qüvvələri olaraq İraq bayrağı ilə birlikdə üzərində "Al-Hashd Al-Sha'bi" ibarəli yazı olan sarı vəya ağ bayraq da istifadə edilir.

Rəsmi yerli adla əlaqədar olaraq, ərəbcə الشعبي (ash-Shaʿbī) kəlməsi xalq arasında deyildiyi kimi "xalq" və ya "populyar" kimi tərcümə olunur. Ərəb dilində الحشد (al-Hashd), səfərbərlik prosesindən daha çox səfərbər olunan bir qrup insan anlamı kimi - "səfərbərlik" mənasını verir. Digər mənalarda isə əl-həşd "izdiham", "qoşun", "dəstə", "toplaşmaq" və ya "birləşmək" kimi də tərcümə edilə bilər.

Başlanğıc vaxtda yəni 2014-cü ildə Həşdi Şabi tərkibində Nuri əl-Malikinin dəstəyi ilə vuruşan yeddi milis qrupu var idi:

Karnegi Orta Şərq Beyin Mərkəzi təmsilçiləri Faleh Cabar və Renad Mansour'un sözlərinə görə, Baş nazir Nuri əl-Maliki bu qüvvələri İŞİD-in meydana çıxması ilə mübarizə aparmaq və özünün sünni bölgələrində təsirini qorumaq üçün istifadə etdi.