Bədr Təşkilatı


Bədr Təşkilatı (ərəb. منظمة بدر‎) — qeyri-rəsmi olaraq Bədr Briqadası və ya Bədr Korpusu da adlandırılan, İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş bir siyasi partiyadır. Bədr Təşkilatı İran mərkəzli fəaliyyət göstərən Şiə İslam Partiyası tərəfindən idarə olunan İraq İslam Ali Şurasının hərbi qanadı idi. 2003-cü ildə ABŞ və müttəfiqlərinin İraqa müdaxilə etməsindən sonra Bədr döyüşçülərinin əksəriyyəti yenidən qurulan İraq ordusuna və polis qüvvələrinə qatıldılar. Siyasi cəhətdən, Bədr Briqadası və İraq İslam Ali Şurası 2003-cü ildən bəri bir tərəfdə sayılırdı, lakin hal-hazırda hər iki partiya qeyri-rəsmi olaraq ayrılmışdır. Bədr Briqadası qüvvələri və onların İranlı komandirləri 2014-cü ildən etibarən İraqda İraq Şam İslam Dövləti - İŞİD-ə qarşı vuruşmağa başladılar. Hal-hazırda Xalq Səfərbərlik Qüvvələrinin bir hissəsi olan partiyanın lideri İraqın keçmiş nəqliyyat naziri olmuş Hadi əl-Əmiridir.

Bədr Təşkilatı

ərəb. منظمة بدرMunaẓẓama Badr
Qurucu Məhəmməd Baqir əl-Həkim
Lideri Hadi əl-Əmiri
Quruluş tarixi 1982–2003-cü illərdə İraq İslam Ali Şurasının milisi olaraq;
2003-cü ildən siyasi hərəkat
Baş qərargah Nəcəf, İraq
İdeologiya Şiəlik
Müttəfiqlər Milli İraq İttifaqı
Hüquq Koalisiyası
Fəth İttifaqı
Parlamentdə
22 / 329
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İraq İslam Ali Şurası

[redaktə | mənbəni redaktə et]

Təşkilat 1982-ci ildə İraqdakı İslam İnqilabı Ali Şurasının hərbi qanadı olaraq İranda yaradılıb. Səddam Hüseynnin hakimiyyəti dövründə 20 il ərzində İraq ərazisində fəaliyyət göstərdi və İran zabitləri tərəfindən idarə edildi. Əsası İran-İraq müharibəsində İran qoşunları ilə birlikdə vuruşan bir neçə min iraqlı sürgün və qaçqınlardan ibarət idi. Qruplaşma əsasən İran tərəfindən silahlandırılıb və idarə olunurdu.

1991-ci ildə İraqdakı vətəndaş müharibəsi zamanı Səddam Hüseynin şiələrin müqəddəs məkan olaraq qəbul etdikləri NəcəfKərbəla şəhərlərinə yönəlməsinə cavab olaraq ona qarşı vuruşmağa başladılar. Üsyan yatırıldıqdan sonra onlar İrana geri qayıtdılar.

1995-ci ildə Kürd Vətəndaş müharibəsi zamanı İran 5 min Bədr döyüşçüsünü İraq Kürdüstanına yerləşdirdi.

İşğaldan sonrakı İraq

[redaktə | mənbəni redaktə et]

2003-cü ildə ABŞ və müttəfiqlərindən ibarət koalisiya qüvvələrinin İraqa müdaxilə etməsindən sonra İraqa qayıdan qrup Müvəqqəti Koalisiya Hakimiyyəti tərəfindən İraq milislərinin könüllü tərksilah edilməsinə cavab olaraq adını briqadadan təşkilata dəyişdi. Bununla yanaşı, təşkilatın təhlükəsizlik qüvvələri içərisində bir milis olaraq fəaliyyət göstərdiyi və İraqdakı məzhəb zorakılığı (2006-2008) əsnasında gizli həbsxana və məzhəb qətlləri etməkdə ittiham olunduğuna inanılır.

Səddam Hüseyinə qarşı olduqları üçün Bədr Briqadası, BƏƏS partizanlarına qarşı mübarizədə ABŞ-nin tərəfdarı olaraq görüldü.