Həştərxan qoruğu

Həştərxan qoruğu — Bu qoruq Volqa çayı deltasında 1919-cu ildə salınmışdır.

Həştərxan qoruğu
Sahəsi
  • 67.917 ha
Yaradılma tarixi 11 aprel 1919
Yerləşməsi
45°45′00″ şm. e. 48°16′48″ ş. u.
Ölkə
astrakhanzapoved.ru
Həştərxan qoruğu xəritədə
Həştərxan qoruğu
Həştərxan qoruğu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məlumat[redaktə | mənbəni redaktə et]

Həştərxan qoruğu çayın deltasının nadir təbii kompleksinin mühafizəsi və ilk növbədə burada su quşlarının qışlaması və yuvalaması, onların tüləmə yerlərinin qorunması məqsədilə yaradılmışdır. Həştərxan qoruğu vətəkə balıqlarının təbii çoxalmasında böyük əhəmiyyət kəsb edir. Qoruğun ümumi sahəsi 63,4 min hektardır. Həştərxan qoruğunun su quşlarının qorunmasında beynəlxalq əhəmiyyəti vardır. 1968-ci ildə Həştərxan qoruğu nəzdində ornitoloji stansiya təşkil edilmişdir. Qoruqun iqlimi mülayim kontinentaldır: yayı isti, qışı isə soyuqdur. Qar örtüyü 60 gün, buz örtüyü isə 60–90 gün qalır. Qoruqda olan bütün hövzələrin suyu şirindir.

Flora və fauna[redaktə | mənbəni redaktə et]

Həştərxan qoruğu sularında 65 fəsiləyə daxil olan 290 növ bitki və onurğasız heyvanların 500 növü qeydə alınmışdır. Onlara misal olaraq ibtidailəri, rotatoriləri, şaxəbığcıqlı, kürək ayaqlı xərçəngləri və həşərat süfrələrini göstərmək olar. Qoruğun sularında 50 növ balıq yaşayır, Volqa çayının aşağı hissəsi balıqların çoxalmasında böyük rol oynayır. Bura aid olan 250 növ quş qeyd edilmişdir ki, bunların 100-dən çox növü burada yuvalayır, sürünənlərin isə yalnız 6 növünə rast gəlinir. Həştərxan qoruğu Xəzər dənizinin florafaunasının qorunmasında böyük rol oynayır.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.unesco.org/mabdb/br/brdir/directory/biores.asp?code=RUS+05&mode=all.
  2. . AMEA müxbir üzvü Qasımov Əbdül. H. "Xəzər Dənizi" 1999 cu il