Həştərxan tatarları (tatar. Әстерхан татарлары, Әsterhan tatarlari, Әşterhan tatarlari) — müasir Həştərxan vilayəti ərazisində yayılmış tatar xalqına aid qrup. Vilayətin sayına görə üçüncü ən böyük etnik qrupudur. Ümumi əhalinin 7 % təşkil edir. 2010-cu il diyahıya alınmasına görə Həştərxan vilayətində 60 min tatar yaşayır.
XV—XVII əsrlərdə həştərxan tatarları Həştərxan xanlığının və Noqay knyazlıqlarının ərzilərdə cəmləşmişdilər. Onlar noqayların güçlü təsirinə məruz qalmışdılar[1]. XVII əsrdən etibarən Volqa-Ural tatarları ilə əlaqə güçlənmişdir[2].
1917-ci ildə Həştərxan tatarların iri mədəni və ictimai mərkəzlərinfən biri olmuşdur. 1892-ci ildə burada "Nizamiyə" mədrəsəsi fəaliyyət göstərirdi. Burada "Azad xalq" (1917–1919), "İrek" (1917), "İslah" (1907), "Tartış" (1917–1919), "İdel]]" (1907–1914; yenidən 1991) qəzetləri buracılırdı. Üstəlik vilayət ərazisində "Azad xanım" (1917–1918), "Maarif" (1909), "Tup" (1907) və s. jurnallar fəaliyyət gödtərmişdir. 1907-ci ildən Tatar Xalq teatrı fəaliyyət göstərir. 1919-cu ildə idə Həştərxan Tatar teatr studiyası təşkil edilmişdir.
Hazırda Həştərxanda tatar milli cəmiyyəti olan "Dostluq" və tatar gənclər mərkəzi olan "Ümid" fəaliyyət göstərir. Paralel olaraq "Tatar mədəniyyətinin qorunması və inkişafı cəmiyyəti" fəaliyyət göstərir (Tatar iş mərkəzi).
Tatarlar Həştərxan vilayətinin ümumi əhalisinin 7% təşkil edir. Həştərxan xanlığı işğal edildikdən sonra tatarların bir qismi Yuxarı Volqa istiqamətinə yayılmışdır.
Həştərxan vilayətinin etnik xəritəsinə görə[3] tatarlar vilayətin 20 kəndində yaşayırlar: (ən əsası Privoljski və Nərimanov rayonları) iri kəndlər — Starokuçerqanovka, Solyanka, Osıpnoy Buqor, Qaraqalı, Tri Protoka, Tatar Başmağı, Kilinçi, Biştyobinka.