Həbib xan Şəkinski

Həbib xan Süleyman xan oğlu Şəkinski — Çar Rusiyasında polis pristavı, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzasının rəisi.[1]

Həbib xan Şəkinski
Həbib xan Süleyman xan oğlu Şəkinski
Həbib xan Şəkinski
Həbib xan Şəkinski
Şəxsi məlumatlar
Doğum tarixi 1880
Doğum yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1956
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Atası Süleyman xan Həsən ağa oğlu Şəkinski
Anası Hürcahan bəyim Yusif xan qızı Şəmsəddinli
Həyat yoldaşı Həcər xanım Mirzə Kərim bəy qızı Hacıyeva
Uşağı
Dini Şiə İslam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Həbib xan at belində

Həbib xan Şəkinski 1880-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini molla yanında almış, sonra Şuşa real məktəbini bitirmişdi.[1]

Çar Rusiyası dövründə Zəngəzur qəzasının Dığ nahiyəsində polis pristavı işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəza rəisini əvəz etmişdir. Zəngəzurun Akara, Muradxanlı, Novruzlar kəndləri Həbib xan Şəkinskiyə məxsus olmuşdur.[1]

O, 1956-cı ildə Bakıda vəfat edib.

Şəki xanı Səlim xanın və Qarabağ xanı İbrahimxəlil xanın nəvəsinin nəvəsidir. Süleyman xan Şəkinskinin oğlu Həsən ağanın oğlu Süleyman xanın oğludur.[mənbə göstərin]

Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı Ağca (Həcər) xanım Mirzə Kərim bəy qızı Hacıyeva ilə ailə həyatı qurmuşdu. Süleyman adlı oğlu, Barat xanım və Səriyyə xanım adlı qızları var idi.

Barat Şəkinskayanın atasıdır.[1]

  1. 1 2 3 4 İltifat Şahsevən (Əliyarlı), İltifat Musa oğlu. İstiqlal fədailəri - Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları: 1918-1920 Bakı – Mütərcim – 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]