Hədis (film)

Hədis ― 2023-cü ildə Azərbaycanda çəkilmiş animasiya filmi.

Hədis
ing. Hadis
Janr Animasiya
Əsas mövzu azlıqların hüquqları, İslamda qadın[d]
Rejissor Nəzrin Ağamalıyeva
Prodüser Rəşid Ağamalıyev
Ssenari müəllifləri İsmayıl İman
Nəzrin Ağamalıyeva
Əsaslanır Hədis Nəcəfinin həyatı
Bəstəkar Ondrej Zavadil
Studiya “ANİMAFİLM Studio”
İlk baxış tarixi 01.06.2023
Yayımlanma yeri YARAT Müasir İncəsənət Məkanı
Filmin növü qısametrajlı animasiya filmi
Ölkələr Azərbaycan Azərbaycan
ABŞ ABŞ
Çexiya Çexiya
Dillər azərbaycanca
farsca
İl 2023
Rəng rəngli
IMDb ID28153737

Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib və bu ölkədə gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub.

Haqqında[redaktə | mənbəni redaktə et]

Hədis animasiya filmi 2023-cü ildə çəkilib[1]. Film 2022-ci il sentyabrın 21-də İranda baş vermiş etiraz aksiyaları zamanı Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan türkü Hədis Nəcəfiyə həsr edilib[2]. Bununla yanaşı film həm də İranda gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub[3]. Müddəti 9 dəqiqədir.

Filmin rejissoru Nəzrin Ağamalıyeva[4] ssenarini İsmayıl İmanla birlikdə yazıb[5]. Filmin məsləhətçisi Məsud Pənahi, aparıcı animatoru Andrea Szelesova, montajçısı Xorxe Sançez Kalderon prodüseri isə Rəşid Ağamalıyevdir[6]. Filmə musiqini Ondrej Zavadil yazıb[7]. Filmin partiturasında Sevda Ələkbərzadənin musiqisi də səslənir[8]. Filmi Zöhrə Kərimi səsləndirib. “ANİMAFİLM Studio” studiyasının istehsal etdiyi filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin ideyası və maliyyə dəstəyilə çəkilib[9][10].

2023-cü il iyunun 1-də filmin Azərbaycanda YARAT Müasir İncəsənət Mərkəzində premyerası baş tutub[11][12].Film 2023-cü il 11-17 iyun tarixlərində Fransada keçirilən Annecy Beynəlxalq Animasiya Film Festivalında Azərbaycanı təmsil edib[13][14]. 112 ölkədən təqdim olunmuş 3250 film arasında qısametrajlı kateqoriya üzrə yarışa seçilmiş 71 filmdən biridir[15][16][17].

2023-cü ilin avqust ayında Cənubi Koreyanın 25-ci Buçeon Beynəlxalq Animasiya Festivalının əsas müsabiqə proqramına daxil edilib[18][19].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Hadis". filmcenter.cz (ingilis). 2023. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  2. Wood, Aaron. "Interview: Nazrin Aghamaliyeva & Rashid Aghamaliyev on Their Azerbaijan Short 'Hadis' - Skwigly Animation Magazine". web.archive.org. 2023-06-05. Archived from the original on 2023-06-05. İstifadə tarixi: 2023-08-17.
  3. "Azerbaijan's animated film "Hadis" at Annecy International Animation Film Festival". azertag.az. 2023-03-16. İstifadə tarixi: 2023-08-17.
  4. Elliot, Marke. "Hadis to Take to the Screen at Annecy". caspianpost.com (ingilis). 2023-05-22. 2023-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  5. "YARAT screens animated short film HADIS". azertag.az (ingilis). 2023-05-26. 2023-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-17.
  6. "Rashid Aghamaliyev – Anima.az" (ingilis). İstifadə tarixi: 2023-08-17.
  7. "Azərbaycan animasiya filmi Annecy festivalı müsabiqəsində". 1news.az (az.). İstifadə tarixi: 2023-08-17.
  8. "Azerbaijani animated film selected to Annecy Festival" (ingilis). 2023-03-16. İstifadə tarixi: 2023-08-17.
  9. ""Hədis" animasiya filminin premyerası baş tutdu". aki.az (az.). 2023-06-01. 2023-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-18.
  10. ""Hədis"animasiya filmi beynəlxalq festivalda". web.archive.org. 2023-03-22. Archived from the original on 2023-03-22. İstifadə tarixi: 2023-08-17.
  11. "YARAT-da "Hədis" animasiya filminin premyerası baş tutdu". MagaziNews.Az. İstifadə tarixi: 2023-08-17.
  12. "FILM CLUB: HADIS ANIMATION FILM - YARAT". www.yarat.az. İstifadə tarixi: 2023-08-17.
  13. "Le cinéma d'animation azerbaïdjanais à l'honneur au Festival d'Annecy". IFA (fransız). İstifadə tarixi: 2023-08-17.
  14. Lang, Jamie. "Annecy Reveals The 71 Short Films That Will Screen In This Year's Official Sections". Cartoon Brew (ingilis). 2023-03-15. İstifadə tarixi: 2023-08-17.
  15. CITIA, ©. "Annecy > The Festival > Official Selection > Short Films Perspectives in Competition". www.annecyfestival.com (ingilis). İstifadə tarixi: 2023-08-17.
  16. "Azərbaycan Annecy Festivalında təmsil olunur". Azərbaycan Annecy Festivalında təmsil olunur - scip.az (az.). İstifadə tarixi: 2023-08-17.
  17. Team, Z. F. "Annecy Festival: Selection Results for Short Films 2023 (Complete Lineup)". Zippy Frames (ingilis). 2023-03-15. İstifadə tarixi: 2023-08-17.
  18. ""Hədis" filmi Asiyanın nüfuzlu festival müsabiqəsində" (az.). 2023-08-01. İstifadə tarixi: 2023-08-17.
  19. "Azerbaijan's animated film "Hadis" at 25th Bucheon International Animation Festival". azertag.az. 2023-08-01. İstifadə tarixi: 2023-08-17.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]