Məsud Pənahi (10 yanvar 1943[1], Zəncan[1]) — Azərbaycan və Almaniya animasiya rejissoru, kino rəssamı, animatoru və ssenari müəllifi.
Məsud Pənahi 10 yanvar 1943-cü ildə doğulub. 1966-cı ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1972-ci ildə isə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rəssamlıq fakültəsini və ÜDKİ-nin nəzdindəki animasiya üzrə quruluşçu-rejissor kurslarını bitirib.
1973-cü ildən 1979-cu ilə kimi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında animasiya filmlərinin rejissoru və rəssamı kimi çalışmışdır. Həmin illər ərzində bir neçə animasiya kursları təşkil etmiş, onlarla animasiya mütəxəssisi yetişdirmişdir.
Məsud Pənahi "Tıq-tıq xanım" ("Pıspısa xanım və Siçan bəy") animasiya filminin müəllifidir.
1979-cu ildən Almaniyada yaşayır. Berlin Mərkəzi Telestudiyasında və müxtəlif animasiya studiyaları nəzdində 60-dan çox animasiya filmlərinin çəkilişlərində iştirak edib.
M. Pənahinin son işlərindən biri Berlindəki Azərbaycan diasporasının dəstəyi ilə 2012-ci ildə çəkilmiş və Xocalı şəhərində baş vermiş faciədən bəhs edən "Sükutun pozulması" ("Zerstörter Friede") animasiya filmidir.
2020-ci ildə Almaniyanın Berlin şəhərində Məsud Pənahinin "Rezin xoruz" adlı avtobioqrafik kitabı nəşr olunub.[2][3]
- Bulud niyə ağlayır? (film, 1973) – rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- Yunanlar (film, 1973)
- Pıspısa xanım və Siçan bəy (film, 1974) — rejissor, quruluşçu rəssam
- Günlərin bir günündə... (film, 1975) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- Pəncə... Qulaq... Palaz... Tikan... (film, 1976) — rejissor, quruluşçu rəssam
- Dınqıl sazım, dınqıl (film, 1976) — rejissor, quruluşçu rəssam
- Şah və xidmətçi (film, 1976) — quruluşçu rəssam
- Xoruz (film, 1977) — rejissor, quruluşçu rəssam, ssenari müəllifi
- İşgüzar adamlar (film, 1977) — rəssam, animator
- Qız qalası əfsanəsi (film, 1978) — rejissor
- Ev (1980, qısametrajlı animasiya filmi) — rejissor, quruluşçu rəssam, animator
- Mətbəx əşyalarının bəhsi (1981–1982, animasiya serialı) – 6 seriyanın rejissoru, animatoru
- Ayaqqabı oğrusu (1982, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam, animator
- Zooparkda heyvanların mübahisəsi (1982–1983, animasiya serialı) – 7 seriyanın rejissoru, animatoru
- Maks və Moris (1983, animasiya serialı) – 7 seriyanın rejissoru, quruluşçu rəssamı, animatoru
- Xoruz döyüşü (1984, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssamı, animator
- Buludlu, mavi (1984, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam, animator
- Şərq nağılları (1985, animasiya serialı) — 3 seriyanın rejissoru və quruluşçu rəssamı
- Görünməz papaq (1987–1989, animasiya serialı) – 26 seriyanın rejissoru, quruluşçu rəssamı
- Sonuncu alma (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- Şaxta babanın nəvəsi (1989, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- Donky (1993, animasiya serialı) — 1 seriyanın rejissoru, quruluşçu rəssam və animator
- Üç muşketyor (1994, qısametrajlı animasiya filmi) – rejissor
- Tobias and His Lion (1999, tammetrajlı animasiya filmi) – animator
- The Little Polar Bear (2001, tammetrajlı animasiya filmi) – animator
- The Little Polar Bear: Lars and the Little Tiger (2002, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- The Little Polar Bear: The Dream of Flying (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- The Little Polar Bear – Nanouk’s Rescue (2003, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- The Little Polar Bear: A Visitor from the South Pole (2004, tammetrajlı animasiya filmi) – animator, visual effektlər
- Laura’s Star (2005, tammetrajlı animasiya filmi) – animator, fon üzrə rəssam
- Pozulmuş sülh (2012, qısametrajlı animasiya filmi) – rejissor, quruluşçu rəssam
- 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Bulud niyə ağlayır" animasiya filminə görə 1-ci mükafata layiq görülüb..
- 1979-cu ildə isə Aşqabadda keçirilən XII Ümumittifaq kino festivalında "Qız qalası əfsanəsi" animasiya filminə görə iştirak diplomu ilə təltif edilib.
- 1985-ci ildə Çexiyanın Praqa şəhərində keçirilən festivalda onun "Qatil canavar" filmi "Ən yaxşı televiziya animasiya filmi" diplomu ilə təltif olunub.
- 1989 – Almaniyanın Gera şəhərində keçirilən festivalda onun "Aslan və siçan" filmi "Televiziya animasiyasında ən yaxşı rejissor və rəssam işi" diplomu ilə təltif olunub.
- 2018-ci ildə Məsud Pənahi 1-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının Azərbaycan animasiyasına verdiyi töhfəyə görə "Qızıl qayıq" mükafatı ilə təltif olunub. 2019-cu ildə həmin festivalın beynəlxalq münsiflər heyətinin sədri olub.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 258–263.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.
- Azərbaycan animasiyası. Rəşid Ağamalıyev və müəllif kollektivi. Bakı: "PERİ FİLM", 2018.- səh. 172–187.