Hədiyyə Məmmədzadə

Hədiyyə Məmmədzadə (1892 Gürcüstanın Asxuri k.-1951Bakı) — Azərbaycan jurnalisti, maarifçi, pedaqоq, xeyriyyəçi.

Hədiyyə Məmmədzadə
Məmmədzadə Hədiyyə Xəlil qızı
Doğum tarixi
Vəfat tarixi

Həyatı[redaktə | mənbəni redaktə et]

Hədiyyə Xəlil qızı Bakıda 2-ci rus-müsəlman qız məktəbində oxumuşdur[1]. 1909-cu ildə "Səadət" cəmiyyətinin Ağdaşda açdığı ilk qız məktəbində müdir işləmişdir. "Məktəb", "İşıq" jurnallarında çıxış etmiş, xalqı maarifə çağırmışdır. 1914-18 illərdə Tiflisdə Qafqaz müsəlman qadınları "Xeyriyyə cəmiyyətinin" təşkil etdiyi uşaq himayədarlığı evində tərbiyəçi işləmişdir. Ali təhsil aldıqdan sonra Bakıda, Zaqatalada və s. yerlərdə müəllimlik etmişdir.

Gürcüstanın Asxuri kəndində maarifçi ailəsində dоğulmuş, təhsilini kəndində və Bakıdakı rus-müsəlman məktəbində almış, əmək fəaliyyətinə müəllimlikdən başlamışdır. Bir müddət Ağdaşda ilk qız məktəbinin müdiri, Tiflisdə, Bakıda, Zaqatalada və b. yerlərdə məktəbdarlıq etmişdir. Hədiyyə Məmmədzadə mətbuata tələbəlik illərindən sоnra gəlmiş, "Məktəb" və "İşıq" jurnallarının təsisində iştirak etmiş, həmin jurnalların əməkdaşı və maarif işləri üzrə məsul vəzifədə çalışmışdır. Haqqında əldə ətraflı məlumat yоxdur.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Şahverdiyev A.B., Azərbaycan mətbuatı tarixi, "Təhsil" nəşriyyatı, 2006

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "MƏMMƏDZADƏ Hədiyyə Xəlil qızı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-01.