Həmədan müqaviləsi — 1727-ci ildə əfqanlarla Osmanlı dövləti arasında bağlanan sülh müqaviləsi.
I Pyotrun ölümündən sonra onun varisləri I Yekaterina (1725–1727), II Pyotr (1727–1730) və Anna İvanovnanın (1730–1740) dövründə Səfəvi dövləti ilə münasibətdə müəyyən dəyişiklik baş verdi. Rusiya Səfəvi dövlətinin Osmanlı dövləti tərəfinə keçməsinə yol verməmək üçün bəzi güzəştlərə getməli oldu. XVIII yüzilin 20-ci illərində Səfəvi dövlətinin böhranı xeyli dərinləşmişdi. Bundan istifadə edən əfqanların Səfəvi dövlətinə qarşı işğalları başladı. Mirmahmudun yürüşləri İsfahanın tutulması və onun şah elan edilməsi ilə (1722–1725) nəticələndi. Antiəfqan qüvvələri Mazandaranda Təhmasib ətrafında mərkəzləşməyə başladı. Əfqanların öz daxilində də çəkişmələr genişləndi, 1725-ci ilin aprelində Mahmud öldürüldü.[1] Əşrəf şah elan olundu (1725–1729). Hakimiyyətə gələn Əşrəf 1726-cı ildə osmanlılara qarşı çıxdı, Əşrəf bu dəfə də düşüncəli hərəkət edərək, üz-üzə gəlməyə tələsmir. Əvəzində 2 oktyabrda (1727) öz elçisi İsmayıl bəyi sərəskər Əhməd paşanın yanına sülh təklifi ilə göndərir. "Əşrəf, uğuruna çox da alüdə olmayaraq Türkiyə ilə sülh bağlayır". L. Lokhart göstərir ki, bu zaman "Türkiyə hökuməti də müharibənin ölkə miqyasında getdikcə artan qeyri-populyarlığını və davam etdiriləcəyi təqdirdə böyük məsrəfə başa gələcəyini nəzərə alaraq, müharibəyə son qoymaq qərarına gəlir". Əfqan elçisi İsmayıl bəylə Əhməd paşa və Hələb hakimi Übeydulla Əfəndi arasında bağlanmış 12 bənddən ibarət sülhün şərtlərinə görə[2]