Mərənd sülh müqaviləsi —26 sentyabr 1618-ci il tarixində Osmanlı Sultanı II Osman ilə Səfəvi Şahı I Abbas arasında imzalanmış müqavilə.
I Mustafa (1617–1618; 1622–1623) hakimiyyətə gəldikdən sonra sülh danışıqları təşəbbüsü, onun devrilməsilə baş tutmadı. Xəlil paşa müharibəni davam etdirdi. Təbrizi tutdu. Şah Abbas baş döyüşdən yaxa qurtara bilmədi. O, Sərab yaxınlığındakı döyüşdə Osmanlı və Krım tatarlarının birləşmiş qüvvələri üzərində qələbə çaldı. Bu qələbə müharibənin taleyini həll etdi. Ə. Rəhmani yazır ki, Xəlil paşa Osmanlıların və tatarların Sərab yaxınlığındakı döyüşdə məğlub olduğunu bilib, öz təkliflərini Abbasa göndərərək sülh danışıqlarına başladı. II Osman və Şah I Abbas arasında bağlanan, tarix elmində səhvən Sərab sülhü adlanan sülh müqaviləsi Mərənddə tərtib edildi və imzalandı (hicri zülqədə 1027-ci il-1618-ci il sentyabr). Bu müqavilə ilə 1612-ci il müqaviləsinin şərtləri bir daha tanınırdı. Türkiyə hökuməti müqaviləni qəti olaraq 1619-cu ildə təsdiq etdi. Artıq sentyabr gəldiyində Osmanlı ordusunun komandanı Xəlil paşa yürüşünün uğursuzluğunu qəbul etmiş halda idi və yeni sülh şərtləri təklif etdi. Sülh şərtlərinə görə Abbas bu və əvvəlki müharibədə ələ keçirmiş olduğu bütün torpaqların ona məxsusluğunu yenidən Osmanlı imperiyasına qəbul etdirdi. Bunun qarşılığında o, illik 100 tay ipəyi qarşı tərəfə verməyə razı oldu. Əvvəlki müharibəni bitirən müqavilədə bu 200 tay idi. Həmçinin qarşılıqlı olaraq əsirlərinin dəyişdirilməsi də nəzərdə tutulmuşdu. Həmçinin Səfəvi tərəfi Şimali Qafqazdakı Osmanlı subyektlərinə hücum etməyəcəyini də bildirdi.[1][2]
Bundan sonra şah I Abbas Gürcüstana hücum edib, onun şərqini talan edir, 30 min nəfər dinc sakini isə əsir götürür.[3] Bunun cavabında 100 minlik Osmanlı ordusu Qafqaza yollanır. Özünün ənənəvi taktikasına uyğun olaraq, Şah I Abbas Qarabağ bəylərbəyisi Məhəmməd xan Ziyadoğlu Qacara əmr göndərir ki, Gəncə qalası dağıdılsın və onun iqamətkahı Tiflis qalasına köçürülsün. Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa və baş alıb gedən epidemiyaya dözə bilməyən osmanlılar 1616–1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər. O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir. Şah Abbas əhalisini irəlicədən köçürdüyü hər iki şəhəri döyüşsüz tərk edir.[4]
İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan Şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə (Sınıq körpü döyüşü) düşmənlə üzləşmək qərarına gəlir. Uzun müddətli yerdəyişmələrdən yorulmuş osmanlılar və Krım tatarları darmadağın olurlar.[5] Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə öldürülür. İsgəndər bəy Münşi yazır:
Xülasə [qızılbaşlarla] sülh sazişi bağlayan, əhd-peymanın möhkəmlənməsindən sonra onu pozan rumilər(osmanlılar) əcəm diyarına ləşkər çəkərək məqsədə çatmadan İrəvandan geri qayıtdılar. Onlar bununla kifayətlənməyib Qara Qrım tatar qəbiləsinin padşahı Canı bəy Gəray xanı özlərinə köməyə çağırdılar və min iyirmi yeddinci ildə (miladi 1618/19) yenidən Rum, Misir, Şam məmləkətlərindən və sərhəd kürdlərindən topladıqları böyük ordunu, baş vəzir Xəlil paşanın sərdarlığı altında iyirmi min tatar döyüşçülərı və adı çəkilən Canı bəy Gəray ilə birlikdə qızılbaşlar üzərinə hücuma göndərdilər. Əzəmətli hümayun Xosrovun (Şah Abbasın) məiyyəti də İraqdan çıxıb qarşılaşmaq üçün Ərdəbil darülirşadında dayandılar, əlahəzrət qüvvətli döyüşçü dəstələrini Səfəvi sipəhsaları Qərçiqay xanın sərdarlığı altında onların qarşısına göndərdi. Məğlubedilməz [qızılbaş] əskərləri həmçinin Ərzurum bəylərbəyi Həsənpaşa və Canı bəy Tatarın əlli min nəfərdən ibarət birləşmiş rum və tatar qoşunları Sərab vilayətinə gəlib çıxdılar, əqbə Şeblinin bu tərəfində döyüş səfləri bəzədilər. Böyük hərb başlandı, qeybdən gələn döyüşçülərin köməyi nəticəsində müxaliflər məğlub edildilər. Həsən paşa Sərdar mötəbər paşalarla birlikdə öldürüldü, həmçinin çoxlu tatar mirzadələri və kürd döyüşçüləri qətlə yetirildi, Canı bəy Gəray isə yaralanıb aradan çıxdı.[6] |
Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar.[7] Bu sülh şərtlərinin maddələri bundan əvvəlki ilə demək olar ki, eynmi olaraq qalmaqda idi. Yalnız bir neçə kiçik fərqlər var idi. Sülhün şərtləri belə idi:[8][9][2][10][11]
1618-ci il sazişinə əsasən, mövcud sərhədlər tanınır. Faktiki olaraq, osmanlılar şah Abbasın tutduğu torpaqlardan bir daha əl çəkirlər.[10]