Anna İvanovna

Anna İvanovna (Rusca: А́нна Ива́новна) (28 yanvar (7 fevral) 1693[2][3][…], Moskva[3][1]17 (28) oktyabr 1740[2][3][…], Sankt-Peterburq[1]) — Rusiya imperatriçası.

Anna İvanovna
А́нна Ива́новна
30 yanvar 1730 – 28 oktyabr 1740
ƏvvəlkiII Pyotr
SonrakıVI İvan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Moskva, Çar Rusiyası
Vəfat tarixi (47 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti siyasətçi
Atası V İvan
Anası Praskovya Saltıkova
Həyat yoldaşı Fridrix Uilyam
Ailəsi Romanovlar sülaləsi
Dini şərqi ortodoks xristianlıq

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anna İvanovna 1693-cü ildə Moskvada çar V İvan və xanımı Praskovya Saltıkovanın qızı olaraq dünyaya gəldi. Atası V İvan ögey qardaşı Pyotrla birlikdə ölkənin ortaq çarı olsa da, əqli cəhətdən zəif idi və demək olar ki, ölkəin idarəsi kiçik qardaşının əlində cəmlənmişdi. Çar sarayında qapalı tutulan atasının 1696-cı ildə vəfat etməsiylə 3 yaşlı Anna əmisinin himayəsinə girdi.

Anna cütlüyün beş qızından dördüncüsü idi ancaq bunlardan yalnız üçü yetkinlik yaşına çatmışdı: Yekaterina, Anna və Praskovya. Hər 3 qız sərt bir qadın olan dul anaları tərəfindən ciddi nəzarət altında böyüdüldü. Nisbətən kasıb bir ailədən olan Praskovya Saltıkova əqli zəif bir kişiylə evli olmasına baxmayaraq, olduqca sadə bir həyat yaşamış, qızlarını da bu tərbiyədə və dini bütöv bir mühitdə böyütmüşdü. Fransızalman dilləriylə yanaşı, din, folklor, musiqi və rəqs dərsləri alan Anna böyüdükcə daha dikbaş və oğlansayağı hal almağa başladı. Bu səbəblə sarayda “Qorxunc İv-Anna” ləqəbi belə almışdı. Bir müddət sonra əmisi Böyük Pyotr ailənin Moskvadan Sankt-Peterburqa köçürülməsini əmr etdi. Bu sadəcə məkan olaraq deyil, həmçinin cəmiyyətin mədəni səviyyəsinin də dəyişməsi demək idi və bunun Anna üzərində önəmli təsiri oldu. Anasının onu böyütdüyü qənaətcil və sadə həyat tərzindən fərqli olaraq, buradakı saray həyatı daha möhtəşəm və təmtəraqlı idi.

Kurzeme naibliyi

[redaktə | mənbəni redaktə et]
Əri Fridrix Uilyam

1710-cu ildə əmisi Böyük Pyotr 17 yaşlı Annanı onunla eyni yaşlarda olan Kurzeme hersoqu Fridrix Uilyamla evləndirməyi planlaşdırdı. Toy mərasimi Annanın istəyilə möhtəşəm böyüklükdə keçirildi və ögey əmisi ona 200 min rubl cehiz verdi.

Yeni evli cütlük Kurzemeyə getməzdən öncə bir neçə həftə Rusiyada qaldı. Ancaq Sankt-Peterburqdan yalnız 20 mil uzaqlıqda olan Kurzemeyə gedərkən, Fridrix vəfat etdi. Səbəbi məlum olmasa da, ölümün soyuqdəymə və ya spirtli içki səbəbilə olduğu ehtimal olundu.

Ərinin ölümündən sonra, Kurzemenin paytaxtı Yelqavaya gələn Anna 20 il boyunca bölgəni idarə etdi. Bu müddət ərzində rus diplomat Pyotr Bestuzev onun məsləhətçisi oldu. 18 yaşında dul qalan Anna bir daha evlənmədi ancaq siyasi rəqiblərinin yaydığı şayələrə görə, məşhur saray məmurlarından hersoq Ernst İohan von Bironla uzun illər sevgili olmuşdu.

Səltənət illəri

[redaktə | mənbəni redaktə et]

1730-cu ildə Çar II Pyotr (əmisi Böyük Pyotrun nəvəsi) gənc yaşda övladı olmadan vəfat etdi. Bununla da 1613-cü ildən bu yana Rusiyanı idarə edən Romanovlar sülaləsinin kişi şəcərəsi sona çatdı. Ailədə isə taxta çıxa bilcəək yalnız 5 qadın qalmışdı: V İvanın qızları Yekaterina (d. 1691), Anna (1693), Praskovya (1694) və Böyük Pyotrun qızları Anna (1708) və Yelizaveta (1709).

V İvan Böyük Pyotrun böyük qardaşı idi və onunla birlikdə ortaq çar olaraq hökm sürmüşdü. Bu səbəblə onun qızları taxta daha yaxın idi. Ancaq digər tərəfdən də ənənəyə görə, taxta çıxaırlacaq namizəd sonuncu çarın ən yaxın qohumu olmalı idi. Bu baxımdan da Pyotrun qızları taxta yaxın idilər. Çünki AnnaYelizaveta yenicə vəfat edən çarın bibiləri idi. Ancaq çaxnaşmalar davam edirdi. Belə ki, Böyük Pyotrun qızları nikahdan kənar doğulmuşdular və yalnız vaxtilə xidmətçi olan anaları ilə nikah bağlandıqdan sonra çarın övladları olaraq rəsmiyyət qazanmışdılar. V İvanın xanımı Praskovya Saltıkova isə rus zadəgan ailələrindən birinə mənsub, ərinə sadiq, nəvazişli və dini bütöv bir ana idi.

Nəhayət, Dmitri Qolitsinin rəhbərlik etdiyi Yüksək Dövlət şurası V İvanın ikinci qızı Annanı Rusiyanın yeni imperatriçası olaraq seçdi. Böyük bacısı Yekaterinanın Rusiyada yaşamasına baxmayaraq, ölkədən kənarda yaşayan Annanın taxta çıxarılmasında bir neçə səbəb var idi. Əvvəla Anna dul idi və Rusiyada əcnəbi bir kürəkənin soyu taxta çıxmayacaqdı. Yekaterina isə şimali Almaniya herqlarından Karl Leopoldla evliydi və bir qızı (Anna Leopoldovna) dünyaya gəlmişdi. Üstəlik cütlük boşanmışdı və boşanmış bir şahzaədnin taxta çıxaırlması həm rüsvayçılıq, həm də gələvəkdə ərinin taxtda haqq iddia etməsinə səbəb ola bilərdi. Digər yandan isə Anna 20 il boyunca vəfat edən ərinin torpaqlarını idarə edirdi və mükəmməl siyasi karyeraya malik idi.

İmperatriça Anna "Şərtlər" nizamnaməsini ləğv edir

Bütün bunları göz önünə alan Yüksək Dövlət şurası övladsız və dul olan Anna İvanovnanı dəstəklədi. Onlar ümid edirdilər ki, onu taxta çıxardıqları üçün imperatriça ömür boyu özünü zadəganlara borclu hiss edəcək və çariçanı oyuncaq kimi idarə edə biləcəklər. Hətta bundan əmin olmaq üçün Annaya “Şərtlər” nizamnaməsini imzalatdılar. Bu nizamnaməyə görə, Anna şuranın təyin etdiyi vəkillərlə birlikdə dövləti idarə edəcək; sülh və müharibə elan etmək, yeni vergilər təyin etmək və ya ləğv etmək, zadəganlara qarşı hər hansı bir qərar vermək, mülk hədiyyə etmək, yüksək saray məmurlarının vəzifəyə təyini və ya vəzifədən alınması kimi səlahiyyətlər isə şuraya veriləcəkdi.

Şura daxilindəki müzakirələr hələ II Pyotr ölüm döşəyində olarkən başlamışdı və “Şərtlər” nizamnaməsi hazırlanıb Annaya təqdim edilmişdi. Anna isə nizamnaməni 18 yanvar 1730-cu ildə imzalayaraq təsdiqlədi və paytaxtı Yelqavadakı şənliklərin ardından Moskvaya yola düşdü. Ancaq şəhərə çatdıqdan cəmi bir neçə gün sonra, 20 fevral 1730-cu ildə İmperatriça Anna yüksək imtiyazlarından istifadə edərək sələfinin qurmuş olduğu Dövlət şurasını ləğv etdi. Əsasən Dolqorukov və Qolitsin ailələrinin idarəsində olan Dövlət şurası önə sürdüyü bu nizamnaməylə Rusiyadakı monarxiya sisteminə güclü zərbə vurmağı planlaşdırırdılar. Bir neçə gün içində sarayda bu iki ailəyə qarşı ikinci bir ayaqlanma baş tutdu. 7 mart 1730 tarixində yüzlərlə insan saraya yürüdü və imperatriçadan “Şərtlər” nizamnaməsini ləğv edərək sələflərinin qazandığı monarx nüfuzunu bərpa etməyi tələb etdi. Ayaqlanmanı dəstəkləyənlər arasında imperatriçanın böyük bacısı Yekaterina da vardı. Nəticədə Anna nizamnaməni ləğv etdi və onun yaradıcılarının bir hissni cəzalandıraraq Sibirə sürgün etdi. Rəvayətə görə, o gecə səma qırmızıya boyanmış, bu sə dönəmin tarixçiləri tərəfindən Annanın mütləqiyyətinin fəlakətlə nəticələnəcəyinə yozulmuşdur.

"İmperatriça Annanın buz sarayı", Valeri Yakobi (1878)

Getdikcə zalımlaşan Anna kobudluğu və qəddar yumor hissiylə tanınırdı. Vaxtilə şura üzvü olan Mixail Qolitsini sarayında təlxək olmağa məcbur edən Anna, 1740-cı ildə onu Avdotya adlı çirkin saray xidmətçilərindən biriylə evləndirdi. Nigahın şərəfinə cütlüyə tamamilə buzdan inşa edilmiş nəhəng saray inşa etdirən imperatriça cütlüyü fil üzərində quraşdırılan kəcavəyə oturdaraq bütün şəhəri gəzdirdi və buza sarayına gətirdi. Cütlüyə “Əgər donaraq ölmək istəmirsinizsə, bir-birinizi sevin və qucaqlayın” dedi. Sonunda gəlin inci boyunbağısını verərək gözətçilərdən birinin qoyun dərisindən geyimini aldı və cütlük ölümündən xilas oldu. Qəribə vərdişləri olan Anna yataq otağının pəncərəsi önündə daim tüfəng saxlayır, hər səhər mütləq bir quş ovlayırdı.

Daxili siyasət

[redaktə | mənbəni redaktə et]

İmperatriça Anna paytaxtı yenidən Sankt-Peterburqa köçürdü və şəhərdə dayanan memarlıq işlərini davam etdirdi. Əmisi Böyük Pyotrun zamanında başalayan və yarımçıq qalan su kanalının inşasını tamamladı və şəhərdəki su nəqliyyatına təkan verdi. Sevgilisi hersoq Ernst İohan von Biron alman əsilli idi və öz nüfuzundan istifadə edərək saraya çoxlu sayda almanlar gətirmişdi. Bu isə rus zadəgan sinifinin narazılığına səbəb oldu.

Taxta çıxdıqdan bir il sonra 1731-ci ildə Anna xüsusi hərbi birlik yaratdı. Bu birlik 7-8 yaşlarından alınaraq hərbi təlim keçən gənclərdən ibarət idi və bu gənclərə gələcəkdə orduda yüksəlmək üçün lazım olan bütün hərbi tərbiyə verilirdi. Sonrakı illərdə bu hərbi birlik daha da böyümüş, tələbələrə sadəcə hərbi biliklər deyil, eyni zamanda elm və incəsənətə dair bliklər də verilmişdir.

Böyük Pyotr tərəfindən yaradılan Rusiya Elmlər Akademiyası imperatriça Anna tərəfindən inkişaf etdirildi. Bu akademiya ölkənin elm baxımından inkişaf etdirilməsinə yönəlmişdi və əsasən, riyaziyyat, astronomiya və botanika üzrə ixtisaslaşmışdı. Bundan başqa akademiyanın nəznində bir çix səyahətlər də təşkil edilmiş, bunlardan ən önəmlisi isə Berinq dəniz səyahəti olmuşdur. Belə ki, bu səyahətlə Asiya və Amerika qitələri arasında quru yolu araşdırılmış, nəticədə Sibir və burada yaşayan əhali haqqında geniş məlumat toplanmışdır. Bu akademiyada elm adamları üçün də bəzi sıxıntılar vardı. Belə ki, şox vaxt hökumət və kilsə elmi təcrübələrə mane olur, ya da nəticləri dəyişdirirdi. Tələbə say çox az olsa da, bu akademiyanın yaradılması Rusiyada təhsil sahəsində atılan mühüm addımlardan biri oldu. Belə ki, bu dönəmdə akademiyada təhsil alan tələbələrin bir çoxu gələcəkdə Rusiya tarixində mühüm rol oynadılar. Annanın səltənətində incəsənətin fərqli sahələri də Elmlər akademiyasının nəznində öz yerini tapdı. Akdemiyanın proqramına teatr, memarlıq kimi sahələr daxil edildi. Bu gün dünyaca məşhur rus baletinin də əsası məhz bu dönəmdə qoyulmuşdur.

Bundan başqa imperatriça Anna Gizli Tədqiqat komitəsini yenidən qurdu. Əslində qurulma məqsədi siyasi məhbusların cəzalandırılması olsa da,  komitə bəzi hallarda fərqli məsələlərdə də fəaliyyətini davam etdirirdi.  Komitə tərəfindən mühakimə edilənlər adətən dəhşətli şəkildə cəzalandırılırdı. Məsələn, dövlətə qarşı bir siyasi  fəaliyyətdə olan şəxslər öncə qamçılanır, ardından burunları kəsilirdi. Ümumilikdə 20 minə yaxın rus bu komitədə mühakimə edilrəək cəzalandırıldı.

Xarici siyasət

[redaktə | mənbəni redaktə et]
Sevgilisi hersoq Ernst İohan von Biron

İmperatriça Annanın səltənətində Rusiya 2 böyük müharibəyə sürükləndi: Reç-Pospolita taxt müharibəsi (1733-1735) və Osmanlı-Rusiya müharibəsi (1735-1739). Reç-Pospolita taxtı uğrunda başlayan müharibədə Rusiya ilk öncə II Avqustun oğlunu dəstəkləyirdi. Çünki digər taxt namizədi Stanislav Fransanın tabeliyində idi və Osmanlı və İsveçlilərin dəstəyini almaqda idi. Ancaq çox keçmədən Rusiya bu müharibədən çəkildi. Belə ki, Osmanlılarla başlayan yeni müharibə Rusiya üçün daha önəmli hal almışdı.

1732-ci ildə cənubi Qafqazda iqtidarı ələ keçirən Nadir şah Əfşarın apardığı siyasətlə rus ordusu bölgədə idarəni əldən çıxarmış, 1732-ci ildə bağlanan Rəşt müqaviləsi ilə Xəzər sahili bölgələr itirilmişdi. 3 il sonra 1735-ci ildə bağlanan Gəncə müqaviləsiylə isə rus ordusu cənubi Qafqazda qazandığı bütün torpaqları itirdi.

Osmanlılarla aparılan müharibə isə 4 il davam etdi və milyonlarla insan və külli miqdarda pul itkisinə səbəb oldu. Müharibə nəticəsində ruslar sadəcə Azov qalasını qazana bildi. Bunun qarşılığında isə müharibənin gətirdiyi gərginlik və iqtisadi çətinlik əhalinin narazılığına səbəb oldu.

Səhhəti getdikcə pisləşən Anna bacısı Yekaterinanın nəvəsi İvanı taxtının yeganə varisi, sevgilisi hersoq Ernst İohan von Bironu isə taxt naibi olaraq elan etdi. Bunda əsas məqsəd isə atası V İvanın şəcərəsini davam etdirmək və ögey əmisi Böyük Pyotrun qızlarını taxtdan uzaqlaşdırmaq idi.

Böyrək çatışmazlığı olan imperatriça Anna 28 oktyabr 1740-cı ildə uzun xəstəlikdən sonra vəfat etdi. Son nəfəsində sevgilisi hersoq Bironun adını sayıqladı. Ardından hələ 2 aylıq bir körpə olan VI İvan Rusiya imperatoru, anası Anna Leopoldovna isə taxt naibəsi təyin olundu. Uzun müddət sarayda saxlanılan cənazəsi 3 ay sonra 15 yanvar 1741-ci ildə Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralına dəfn olundu.

  • Romanovs. The fourth film. Anna Ioannovna
  • Миних Б. К. Диспозиция и церемониал торжественного въезда императрицы Анны Ивановны в С.-Петербург 16 генваря 1732 года / Сообщ. М. Д. Хмыров // Русский архив, 1867. — Вып. 3. — Стб. 332—341.
  • Павленко Н. И. Герцогиня Курляндская на пути к российскому трону
  • Павленко Н. И. «Страсти у трона». История дворцовых переворотов. — М.: Журнал «Родина», 1996. — 320 с. — ISBN 5-7330-0255-7.
  • Сиповский В. В. Итальянский театр в С.-Петербурге при Анне Иоанновне (1733—1735 гг.) // Русская старина, 1900. — Т. 102. — № 6. — С. 593—611.
  • Соловьёв С. М. История России с древнейших времён. Т. 19. Гл.
  • Томилин-Бразоль А. Н. Жизнь и смерть Фёдора Соймонова, доблестнаго флота служителя, до наук охотника, сочинённые через труд и рачение Автором во Граде Святаго Петра в 1984—1989 годах. Роман-эссе. — Л.: Советский писатель, 1991. — 544 с.