Həmişəyaşıl başınağacı (lat. Viburnum tinus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Həmişəyaşıl başınağacı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Həmişəyaşıl başınağacı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii halda Aralıq dənizyanı ölkələrində bitir.
Hündürlüyü 4 m-ə çatan həmişəyaşıl koldur. Cavan zoğları çılpaq və ya tükcüklü,illik zoğları qonurdur. Yarpaqları dərili, ellipsvari (12 x5,5 sm), kənarları bütöv, üstü parlaq yaşıl, alt tərərfi açıq rəngli, damarcıqları tükcüklüdür. Çiçəkləri çəhrayı-ağ, ətirlidir, çətirvari süpürgələrdə toplanmışdır, diametri 10 sm-dir. Yazın sonunda çiçəkləyir. Meyvəsi şirəli, bir çəyirdəklidir, qara-göy, şarşəkilli və ya yumurtavaridir. Meyvəsi payızda yetişir. Toxumla, əsasən payızda çoxalır. Adi başınağacı və məğrur başınağacına yaxşı calaq edilir.
Torpağa az tələbkar, quraqlığa davamlı, isti və işıqsevən bitkidir. Şəhərin tozlu və qazlı havasına dözümlüdür.
Azərbaycanın bir çox rayonlarında — Zaqatalada, Balakəndə, Şəkidə rast gəlinir.
Tək və qrup əkinlərində, canlı çəpərlərin tərtibatında istifadə edilir. Bir neçə dekorativ forması vardır.