Həmidə xanım Cavanşirin ev-muzeyi

Həmidə xanım Cavanşirin ev-muzeyiAzərbaycanın ilk xeyriyyəçi və maarifçi qadınlarından olan Həmidə xanım Cavanşirin Ağcabədi rayonunun Kəhrizli kəndində fəaliyyət göstərən ev-muzeyi[1]

Muzeyin yaranması[redaktə | mənbəni redaktə et]

Şuşa qəzasının Ağcabədi kəndində doğulan Həmidə xanımın evi Sovet hakimiyyəti illərində əvvəlcə orta məktəb, sonra isə musiqi məktəbi kimi fəaliyyət göstərib. 1990-cı illərin əvvəllərində isə burada məcburi köçkünlər məskunlaşıb. 2005-ci ildə təmir edilən evdə muzey yaradılıb. Ev- muzeyin ümumi sahəsi 360 kvadratmetr, ekspozisiya sərgi sahəsi 120 kvadratmetrdir[2].

Muzeydəki materiallar[redaktə | mənbəni redaktə et]

2005-ci ildən fəaliyyət göstərən muzeyin 4 ekspozisiya salonu vardır. Bu otaqlardan biri Həmidə xanımın iş otağı, 2-ci və 3-cü salon qonaq otağı, 4-cü salon isə yemək otağıdır. Otaqların qarşısı dəhlizdən ibarətdir[3]. Muzeyin 4 ekspozisiya salonunda ümumilikdə 192 eksponat nümayiş etdirilir. Həmidə xanımın həyat və fəaliyyətini əks etdirən fotolar, plakatlar, əl işləri, məişət əşyaları (divar saatı, şamdan, kömür ütüsü, çıraq, güldan, qablar), əlyazmalar, Cəlil Məmmədquluzadənin seçilmiş əsərləri, qəzet və jurnallar, xatirə albomu, evin qarşısındakı daşdan yonulan qoç fiquru ziyarətə gələnlərin böyük marağına səbəb olur

Muzeyin fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2006-cı ildə muzeydə Azərbaycan tarixində, milli mədəniyyətin inkişafında, maarifçiliyin yayılması, cəhalətin aradan qaldırılmasında tarixi rol oynamış bir çox görkəmli ədəbi simaların geniş tanınmasında ədəbi məktəb olmuş "Molla Nəsrəddin" jurnalının 100 illik yubleyi keçirilmişdir. Həmidə xanımın doğum günü hər il qeyd edilir. Muzeyə Respublikanın bütün guşələrindən ekskursiyaya gəlirlər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "AzərTAc". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  2. "Həmidə xanım Cavanşirin ev-muzeyi ağcabədililərin həvəslə üz tutduqları məkanlardandır". 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.
  3. "Həmidə xanım Məmmədquluzadənin ev muzeyi". 2022-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-25.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Həmidə xanım Məmmədquluzadənin ev muzeyi MƏMMMƏDOVA, Ağcabədi rayonu