Həqiqət Əsgərzadə

Həqiqət Eyvaz qızı Əsgərzadə (4 fevral 1944, Bakı) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016).

Həqiqət Əsgərzadə
Doğum tarixi 4 fevral 1944(1944-02-04) (79 yaş)
Doğum yeri
Fəaliyyəti diktor
Fəaliyyət illəri 1966-cı ildən
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2016 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1998

Həyatı[redaktə | mənbəni redaktə et]

Xarici şəkil
Xalq artisti Həqiqət Əsgərzadə

Həqiqət Eyvaz qızı Əsgərzadə 4 fevral 1944-cü ildə Bakıda anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Dillər İnstitutunun ingilis dili fakültəsini bitirmişdir.[1]

Həqiqət Əsgərzadə 1966-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində fəaliyyətə başlamışdır. Müxtəlif illər ərzində o, bir sıra uşaq verilişlərinin (məktəblilərin "Yelkən", "Rəqs salonu", "Səyahət"), "Gəlin birlikdə gülək", "Gəzdim Azərbaycanı", "Xəbərlər" (axşam buraxılışı), "Qanlı yanvar", eləcə də 1992–1993-cü illərdə cəbhə bölgələrindən hazırlanmış verilişlərin, "Komediyalar aləminə səyahət", "Mavi işıq", "Səhər görüşləri" (1975–1985), "Gəl, səhərim" (1997–2000) kimi proqramların aparıcısı olmuşdur.[1]

Həqiqət Əsgərzadə 1970–1980-ci illərdə "İnterviziya" sistemi ilə MoskvaKiyevdə Azərbaycan televiziyasını təmsil etmişdir. 2016-cı ildən "Yada düşər xatirələr" verilişinin daimi aparıcısıdır.[1]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Əsgərzadə Həqiqət Eyvaz qızı // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.