Hərbi Gürcüstan yolu (gürc. საქართველოს სამხედრო გზა, oset. Арвыкомы фæндаг, inquş Гуржи некъ) — XIX əsrin əvvəllərindən etibarən, Vladiqafqaz (Şimali Osetiya) və Tiflis (Gürcüstan) şəhərlərini birləşdirən, Baş Qafqaz silsiləsindən keçən yolun adı. Qədim dövrlərdən bəri Dəryal keçidi kimi tanınmışdır.
Avtomobil yolu | |
E119 Avropa marşrutu | |
---|---|
Ölkələr | |
Yol nömrəsi | А161 / |
Uzunluğu | 212 km |
Başlayır | |
Bitir | |
Vikianbarda əlaqəli mediafayllar |
Yolun uzunluğu 208 kilometrdir. Tədricən yüksələn yol, Terek çayı vadisi boyunca uzanır, Dəryal dərəsi boyunca Qayalıq silsiləsini keçir, sonra Baydarka çayının dərəsi boyunca Krestovıy keçidə yaxınlaşır (hündürlüyü 2379 metr), oradan Belaya Araqvi çayı vadisinə enir və Kür çayının sağ sahili boyunca Tiflisə enir. Rusiyada ümumilikdə federal əhəmiyyət kəsb edən avtomobil yolları siyahısında A161 magistral yolu kimi qeyd olunur: Vladiqafkaz - Aşağı Lars - Gürcüstanla sərhəd. 31 dekabr 2017-ci il tarixinədək P301 yolunun əvvəlki təyinatından istifadəyə icazə verilirdi.
Rusiya-Gürcüstan sərhədindəki nəzarət məntəqələri: Yuxarı Lars (Şimali Osetiya, Rusiya) və Dariali (2008-ci ilə qədər - Kazbeqi) (Gürcüstan).
Hərbi Gürcüstan yolu təkcə Gürcüstanı Rusiya ilə deyil, həm də Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Azərbaycanla sərhədləri bağlı olan Ermənistanı birləşdirən əsas nəqliyyat yollarından biridir. Gürcüstan və Rusiya arasında Qara dəniz sahili boyunca avtomobil rabitəsi Abxaziya münaqişəsi səbəbindən bağlıdır.
Ermənistan üçün xarici dünyaya başqa bir çıxış yolu yalnız Gürcüstanın Qara dəniz limanları olan Poti və Batumi və ya İran üzərindən mümkündür.
11 iyul 2006-cı ildə Hərbi Gürcüstan yolu Rusiya tərəfindən qeyri-müəyyən müddətə bağlanılır. Yolun bağlanmasının rəsmi səbəbi kimi sərhədin Rusiya hissəsindəki Yuxarı Lars keçid məntəqəsinin yenidən qurulması olaraq göstərilir. Əslində Rusiyadan Gürcüstana quru yolu lqal giriş mümkün deyildi[1][2][3].
Nəzarət məntəqəsi demək olar ki, dörd illik fasilədən sonra 1 mart 2010-cu ildə yenidən işinə başlayır. Rusiya-Gürcüstan sərhədinin açılması Ermənistan üçün xüsusi əhəmiyyət kəsb edir. Hərbi Gürcüstan yolu bağlanmazdan əvvəl Ermənistan yüklərinin təxminən üçdə biri bu yolla daşınırdı.