Rusiya-Gürcüstan sərhədi

Rusiya-Gürcüstan sərhədi — Rusiya ilə Gürcüstan arasında quru dövlət sərhədi.

Rusiya–Gürcüstan sərhədi
Xüsusiyyətləri
Dövlətlər
Uzunluğu
  • 723 km
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rusiya İmperiyası və Gürcüstan çarlıqlarının (Kartli, Kartli-Kaxeti) sərhədləri 18-ci əsrdə, Şimali Osetiyanın Rusiyaya birləşdirilməsindən sonra formalaşmağa başladı. 1801-ci ildə Kartli-Kaxetiya krallığı və 1818-ci ildə isə İmeretiya Rusiyanın tərkibinə keçir.

26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikası elan edilir. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə Gürcüstan arasında Qafqaz silsiləsi boyunca sərhəd yenidən formalaşır (7 may 1920-ci ildə dövlətlər bir-birlərini rəsmi olaraq tanıyır). Gürcüstanın Sovetləşməsindən sonra, 1921–1991-ci illərdə RSFSR ilə Gürcüstan SSR arasında sərhəd cuzi dəyişiliklərlə yenidən formalaşır (1922-ci ilin dekabrından bu sərhəd SSRİ daxilində idi, 1936-cı ilədək Gürcüstan ZSFSR-nin tərkibində idi). 1944–1958-ci illərdə RSFSR və Gürcüstan SSR sərhədləri sonuncunun xeyrinə dəyişilir. Beləki qaraçaylılarçeçenlərin deportasiya edildiyi ərazilərin bir hissəsi Gürcüstana verilir. Bu dövrdə Gürcüstan müasir Qaraçay-Çərkəzin bir hissəsini (TeberdaQaraçayevsk şəhərləri arasındakı ətrrazi o zaman Klukhori adlandırıldı) və müasir Çeçenistanın yüksək dağ bölgələrini əhatə edirdi. Bu dövrdən əvvəl və sonra iki respublikanın sərhədi əsasən Qafqazın Baş silsiləsindən keçirdi.

Birinci Çeçenistan müharibəsinə son qoyan 1996-cı il Xasavyurt anlaşmasının imzalanmasından sonra, faktiki olaraq müstəqil bir dövlətə çevrilən Çeçen İçkeriya Respublikası Rusiyadan faktiki yarı blokada şəraitində strateji əhəmiyyət qazanan İtum-Kali-Şatili avtomobil yolunu tamamlamağa çalışdı. Gürcüstan sərhədinə qədər yolun inşası respublikanın iqtisadi blokadasının qarşısını almalı idi. Bu yolun tikintisi üçün respublika əlindən gələni edirdi. Yol Arqun çayı boyunca çəkilirdi.

Sərhədlərin qismən dəyişdirilməsinin tanınması

[redaktə | mənbəni redaktə et]

2008-ci ildə baş verən silahlı qarşıdurmadan sonra, Cənubi Osetiya və Abxaziya Respublikaları Rusiya tərəfdən rəsmi olaraq müstəqil dövlət kimi tanındı. Bu baxımından Rusiya ilə sərhəd ciddi dəyişikliklərə uğradı. Bir tərəfdən sərhəddin uzunluğu azalmış, digər tərəfdən iki hissəyə bölünmüşdür. Faktiki olaraq, bu sərhəd 1990-cı illərin əvvəllərindən, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini elan etdikdən və Gürcüstanın əraziləri üzərində nəzarəti itirməsindən bəri formalaşmışdır. Gürcüstan nöqteyi-nəzərindən Rusiya-Gürcüstan sərhədi SSRİ-nin dağılmasından bəri dəyişməyib. Müvafiq olaraq, bu baxışlar bölünür: Rusiya tərəfinin versiyasını Cənubi Osetiyanın (Rusiya xaricində Venesuela, Nikaraqua, Suriya, NauruTuvalu) və Abxaziyanın (Venesuela, Nikaraqua, Suriya, Nauru, Tuvalu və Vanuatu) müstəqilliyini tanıyan BMT üzvü olan dövlətlər, Gürcüstanın isə digər bütün BMT-yə üzv dövlətlər dəstəkləyir.

Keçid-buraxılış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Sərhəddə bir nəzarət məntəqəsi var:

Yuxarı Lars — Stepantsminda[1]. Keçid məntəqəsi Hərbi Gürcüstan yolunda yerləşir. Bu Rusiya-Gürcüstan sərhədindəki yeganə qanuni nəzarət məntəqəsidir[2][3]. Nəzarət məntəqəsinin gücü yeddi min nəfərə qədər, gündə 50 avtobus və avtomobildir[4].

  1. "КПП "Верхний Ларс" на российско-грузинской границе открыт". 2019-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  2. "Движение через КПП "Верхний Ларс" восстановлено". 2011-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
  3. КПП "Верхний Ларс" начал пропускать большегрузные машины
  4. "Попасть в Грузию стало проще". 2011-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.