Həsənəli bəy Əsgərxanov

Həsənəli bəy Şıxəli bəy oğlu Əsgərxanov (1855, Yağlıvənd, Şuşa qəzası10 dekabr 1920, Yağlıvənd, Qaryagin qəzası) — şair, polis pristavı, "Georgi" xaçı kavaleri.

Həsənəli bəy Əsgərxanov
Həsənəli bəy Şıxəli bəy oğlu Əsgərxanov
Şəxsi məlumatlar
Doğum tarixi 1855
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1920(1920-12-10)
Vəfat yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
Həyat yoldaşı Asiya xanım Ələkbər bəy qızı Məlik-Aslanova
Uşaqları Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy, Səadət xanım, Nabat xanım, Tavat xanım, Şövkət xanım və Firuzə xanım
Təhsili Sankt-Peterburq Konstantin Yunkerlər məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya imperiyası
Qoşun növü süvari
Xidmət illəri 1873-1878
Rütbəsi praporşik
Döyüşlər
Təltifləri 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni (Rusiya imperiyası)I dərəcəli "Müqəddəs Anna" ordeni

Həsənəli bəy Şıxəli bəy oğlu 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağləvənd obasında anadan olmuşdu. Şuşa qəza məktəbini, sonra Sankt-Peterburqda Konstantin Yunkerlər məktəbini bitirmişdi. Orduda xidmət etmişdi. Rusiya-Osmanlı savaşı iştirakçısı idi. Georgi xaçı ilə təltif edilmişdi. Kremlin "Georgi" salonunda onun adı qeyd olunub. Ordudan tərxis olduqdan sonra qəza idarələrində işləmişdi. Öncə uryadnik, sonra polis pristavı vəzifələrində çalışmışdı. Qazax və Zəngəzur qəzalarında məmuriyyətdə olmuşdu.

Həsənəli bəy şair idi. Kovxa təxəllüsü ilə şeir yazırdı. Baxış bəy Səbur, Qazı Mirzə Əliİsfəndiyar bəy Vəzirov ilə deyişmələri qalıb.

Həsənəli bəy, Asiya xanım Ələkbər bəy qızı Məlik-Aslanova ilə həyat qurmuşdu. Əsgərxan bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy adlı oğulları, Səadət xanım, Nabat xanım, Tavat xanım, Şövkət xanım və Firuzə xanım adlı qızları vardı.

Şamil bəy Əsgərxanov

Oğlu Şamil bəy Əsgərxanov Rusiya çar ordusunun poruçiki, Azərbaycan Xalq Cümhuriyyəti Ordusunda zabiti olmuşdur.[1] Şamil bəy Əsgərxanov 1890-cı ildə Cəbrayıl qəzasının Yağləvənd оbasında anadan olmuşdur. Sonra Qarabulaq kənd məktəbini bitirmişdi. Təhsilini Tiflis hərbi məktəbində almiş. Subay idi.[1] Çar ordusunda zabit kimi xidmət etmişdi. Poruçik rütbəsində idi.[1] Çar ordusundan tərxis olunduqdan sonra Azərbaycan Xalq Cumhuriyyətinin hərbi hissələrində xidmət etmişdi. Azərbaycan ordusunda ştabs-kapitan rütbəsi almışdı. 9-cu və 106-cı Qafqaz alayları ilə Qarabağa yollandı. Azərbaycan ordusu yenidən təşkil olunandan sonra Şamil bəy Əsgərxanov 2-ci Qarabağ alayının tərkibində xidmət etməyə başladı. Şamil bəy Əsgərxanov 2-ci Qarabağ süvari alayının tərkibindən çıxarılıb, Cəbrayıl qəzasına ezam edilir. O, burada köçəri obalardan atlı hissə təkil etməli idi. 1920-ci ildə erməni-bolşevik qurumları tərəfindən tutulmuşdu.[2]

  • Ənvər Çingizoğlu. Həsənəli bəy Əsgərxanov. "Soy" dərgisi, 2(5) 2005;
  • Ənvər Çingizoğlu, Kovxalı tayfasının Ağakişibəylilər tirəsi, "Soy" tarixi-etnoqrafik dərgi, 2012, №9, səh.3–15;
  1. 1 2 3 Hacıyev Qasım Əhəd oğlu, Çingizoğlu Ənvər — Qarabağlı hərbçilər: çar və AXC ordusunun zabitləri (Bakı, 2011)
  2. "Arxivlənmiş surət". 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-26.