Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — XIX əsrin ikinci yarısı, XX əsrin birinci yarısında fəaliyyət göstərmiş şair, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi məclisinin üzvü. Baxış bəy Qarabağın məşhur bəy ailələrindən olan Vəzirovlar nəslinin nümayəndəsi idi.[1][2]
Baxış bəy Səbur | |
---|---|
Baxış bəy Əsəd bəy oğlu Vəzirov | |
Doğum tarixi | 27 avqust 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 1931 |
Vəfat yeri | |
Atası | Əsəd bəy Vəzir |
Anası | Tutu xanım |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur".[3]
Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib.
Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır:[4]
Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farsca və rusca savadı var. Şeirdə təzədir. Aşağıdakı şeirlər onundur. Təxəllüsü Səburdur.
Atası Əsəd bəy Vəzirov Mirzə Camal Cavanşir Qarabağinin qardaşı oğlu olmuşdur. Baxış bəyin Bəhram bəy Fədai, İsgəndiyar bəy Gülçin adlı qardaşları olmuşdur. Baxış bəyin dayısı Abdulla bəy Asi də şair idi. Baxış bəy Qasım bəy Zakirin nəvəsi idi. Adı keçən bütün şəxslər həm də şairliklə məşğul olmuşdurlar.