Həsən İsrailov (çeç. Исраил КIант Хьасан; rus. Хасан Исраилов; 1910, 1903 və ya 1907, Rusiya imperiyası – 25 dekabr 1944, Çeçen-İnquş MSSR) — çeçen millətçisi, partizan döyüşçüsü, jurnalist və Sovet İttifaqına qarşı 1940-cı ildən 1944-cü ildə vəfatına qədər çeçen-inquş üsyanına rəhbərlik edən bir şair idi.[1]II Dünya Müharibəsi illərində ən təsirli çeçen müqavimət liderlərindən biri olaraq qəbul edilir və bir çox çeçen tərəfindən milli qəhrəman olaraq sayılır. Almanların Qafqazı işğal etməyə çalışdığı bir dönəmdə üsyan qaldırdığı üçün ruslar tərəfindən pis ad qazanmışdı.
Həsən İsrailov | |
---|---|
Doğum tarixi | 1910, 1903 və ya 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 25 dekabr 1944 |
Vəfat yeri | |
Təhsili |
|
Fəaliyyəti | şair, siyasətçi |
İsrailov 1910-cu ildə Çeçenistanın Qalançoy kəndində altı qardaşın ən balacası kimi anadan olub. Orta məktəbi 1929-cu ildə Rostovda əla qiymətlərlə bitirdi.[2] 1919-cu ildə Sovet İttifaqı Kommunist Partiyasının gənclər qanadı olan komsomola qoşuldu. 1929-cu ildə Rostov-on-Dondakı bir kommunist orta məktəbini bitirən İsrailov Kommunist Partiyasının sıralarına daxil oldu və 1933-cü ildə Moskvaya Şərq Zəhmətkeşləri Kommunist Unversitetinə göndərildi.
Tələbə olduğu müddətdə pyes və şeir yazdı və Moskvada Krestianskaia Gazeta (Fermer qəzeti) müxbiri oldu. Bir neçə məqaləsində Çeçenistan-İnquşetiyadakı sovet siyasətini sərt bir şəkildə tənqid etti. Dərhal həmyaşıdları arasında populyarlaşsa da, Sovet rəhbərliyi onu dərhal 19 yaşında "əks-inqilabi böhtan" ittihamı ilə həbs etdi və bəzi Partiya məmurlarını "talan etməkdə və korrupsiya" ittiham edən bir yazı yazdıqdan sonra on il həbs cəzasına məhkum edildi. Lakin iki ildən sonra İsrailov sərbəst buraxıldı və bir neçə partiya üzvünün korrupsiyada ittiham edilməsindən sonra universitetinə qayıtmasına icazə verildi.
Moskvaya qayıdan İsrailov digər çeçen və inquş tələbələri, o cümlədən Abdurahman Avtorxanov və böyük qardaşı Hüseyin ilə görüşdü və Çeçen və İnquş Muxtar Vilayətlərində Sovet siyasətinin bu istiqamətdə davam etməsinin istər-istəməz xalq üsyanlarına səbəb olacağı qənaətinə gəldilər. 1935-ci ildə İsrailov Şimali Qafqazda sovet siyasətini tənqid edən tələbə ərizə siyahısında imzası tapıldıqda növbəti dəfə həbs edilərək, Sibirdə 5 illik məcburi əməyə məhkum edildi.[3] İsrailov 1939-cu ilin əvvəlində sərbəst buraxıldı və Çeçenistana qayıtdı, Şatoyda vəkil kimi çalışdı.
1940-cı ildə Finlandiyanın Sovet təcavüzünə qarşı müqavimətini eşitdikdən sonra İsrailov və qardaşı Hüseyn Çeçenistanda 1940–1944-cü illərdə Çeçenistan-İnquşetiya Müvəqqəti Xalq İnqilabı Hökumətinin yaranmasına səbəb olan üsyanı təşkil etdilər və rəhbərlik etdilər.[4]
1944-cü ilin fevralında bütün ailəsi ya deportasiya edildi, ya da açıq şəkildə edam edildi və İsrailov özü isə Sovetlərin çeçen-inquş deprtasiyasından yayınmağı bacardı. Digər üsyançıların etirafları nəticəsində NKVD Həsən İsrailov və digər üsyançıların hərbi sursatını ələ keçirsə də, o qaçaq kimi mağaradan mağaraya gizlənərək növbəti on ay ərzində tutulmadan gizlənməyi bacardı.
Sovet zabitləri arasındakı gizli xəbərləşmələrdə İsrailovun öldürüldüyü, cəsədinin fotoşəkil çəkildiyi və 29 dekabr 1944-cü ildə təsbit edildiyi bildirildi. Sovet təhlükəsizlik qüvvələri 1953-cü ilə qədər Şimali Qafqazdakı çeçen partizan hərəkatının qalan digər üzvlərini həbs etməyə və öldürməyə dəvam edəcəklərdi.