Həsən İzzət Paşa

Həsən İzzət Paşa (türk. Hasan İzzet Paşa, Hasan İzzet Arolat) (d. 1871; İstanbul, – 3 mart, 1931[1]) — Osmanlı İmperiyasının generalı.

Həsən İzzət Paşa
türk. Hasan İzzet Paşa
Həsən İzzət Paşa
Həsən İzzət Paşa
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Aksaray, İstanbul, Osmanlı İmperiyası
Vəfat tarixi 31 mart, 1931.
Vəfat yeri Osmanlı İmperiyası
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1890 – 18 avqust, 1915
Rütbəsi Ferik
Döyüşlər Osmanlı-Yunan müharibəsi (1897), Balkan müharibələri , Birinci Dünya müharibəsi

Həsən İzzət 1871-ci ildə İstanbulun Aksaray məhəlləsində Əli Muhsin Paşanın və Sürəyyə xanımın ailəsində doğulmuşdu. 1890-cı ildə Türkiyə Quru Qoşunları məktəbini və 1893-cü il martında hərbui məktəbi qərargah zabiti rütbəsi ilə bitirdi.[2]

Hərbi karyerası

[redaktə | mənbəni redaktə et]

1894-cü il aprelin 14-də Sultan II Əbdülhəmidin əmri ilə Baş Qərargahın dördüncü şöbəsinə təyin edildi. 1895-ci il mayın 18-də Kapitan (Kolağası) rütbəsinə yüksəldi və 1895-ci il mayın 12-də hərbi heyətin tərkibində Üsküpə ekskursiya göndərildi (indiki Skopye). 29 oktyabr 1896-cı ildə Hərbi Akademiyaya təyin edildi.[2]

Osmanlı-Yunan müharibəsi (1897)

[redaktə | mənbəni redaktə et]

1897-ci il aprelin 21-də mayor rütbəsinə yüksəldilmiş və Alasonya ordusunda xidmətə göndərilmişdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsi dövründə II Neşet bəyin diviziyasına təyin edilmiş və Domokos döyüşündə (Domokos Müharibəsi) iştirak etmişdir. 1897-ci il iyulun 17-də İstanbula geri çağırılmış və Yunanıstan Sərhədi Komandanlığına təyin edilmişdir.[1]

Müharibəyə qədərki dövr

[redaktə | mənbəni redaktə et]

1897-ci il noyabrın 18-də Edirne Əmirlikdəki Hərbi Məktəbə (türk. Edirne Askerî İdadisi) müfəttiş təyin edilmiş və 1898-ci il martın 18-də Müharibə Akademiyasının artilleriya müəllimi vəzifəsini icra etmişdir. Dəməşq Hərbi Liseyinin (türk. Şam Askerî İdadisi) yoxlanılması və araşdırılması üçün Dəməşqə göndərilir. 2 oktyabr 1900-cü ildə polkovnik rütbəsinə, 1905-ci il aprelin 23-də leytenant-polkovnik rütbəsinə yüksəlir. 26 Mart 1906-cı ildə Baş qərargahın dördüncü bölməsinə təyin edilir.[1]

Hərbi təlim keçmək üçün Rumıniyaya göndərilir və 4 Avqust 1907-ci ildə Rumıniya hökuməti tərəfindən 2-ci sinif ordeni ilə təltif edilir. 1908-ci il iyunun 25-də bəzi vacib məsələlərin həll edilməsi üçün yaradılan hərbi tribunaya üzv olur. Sonra Sirozda (indiki adı: Sere, Serres) yerləşən 17-ci şöbənin komandiri təyin edilir.[1]

31 mart hadisəsi

[redaktə | mənbəni redaktə et]

31 mart hadisəsindən sonra 1909-cu ildə Fəaliyyət Ordusunun Müvəqqəti şöbəsinin komandiri vəzifəsinə təyin edilir. 1911-ci il iyulun 2-də I Korpus komandirliyində 1-ci şöbənin komandiri vəzifəsini təyin edilir.[1]

Balkan müharibələri

[redaktə | mənbəni redaktə et]

Birinci Balkan müharibəsi dövründə Babaeskiyə getdi və Şərq Ordusunun (türk. Şark Ordusu) əmri ilə 9-cu Bölmənin komandiri təyin edildi. 1912-ci ilin 9-10 oktyabrənda Petrada (bu gün: Kırklareli əyalətinin mərkəzi rayonunda Kayalı kəndi) Taştabya, Vize və Çatalca döyüşlərində iştirak etdi. 19 dekabr 1912-ci ildə mirliva rütbəsinə yüksəldi. 1913-cü il yanvarın 21-də Çatalca ordusunun sol cinahının I Korpus komandiri təyin edildi. 6 mart 1913-cü ildə 18-ci şöbənin komandiri təyin edildi.[1]

İkinci Balkan müharibəsi dövründə Çatalca Ordusunun nəzarəti altında II Korpusa təyin edildi və Adrianopldakı döyüşlərdə iştirak etmək üçün mübarizəyə göndərildi.[3] Atəşkəs imzalandıqdan sonra, 24 dekabr 1913-cü ildə III Korpusun komandirliyinə təyin edildi.[1]

Birinci Dünya Müharibəsi

[redaktə | mənbəni redaktə et]

1914-cü il Birinci Dünya müharibəsi illərində səfərbər olunduqdan sonra Sultan V Mehmed ondan Üçüncü Ordunun komandiri olmasını istədi. Körpüköy müharibəsi zamanı komandir idi. Sarıqamış döyüşünə hazırlıq zamanı Orduda mövcud olan xəstəliklərdən və qəfil dəyişikliklərdən qorxuya düşdü. Ənvər Paşanın Sarıqamış döyüşündə vaxtından əvvəl hücum etməsinə qarşı çıxdı. 18 dekabr 1914-cü ildə Üçüncü Ordunun komandiri vəzifəsini yüksəldi.

Hərbi rütbələri

[redaktə | mənbəni redaktə et]
  • Kapitan (Yüzbaşı), 24 mart, 1893
  • Baş kapitan (Kolağası), 7 may 1895
  • Mayor (Binbaşı), 21 aprel, 1897
  • Leytenant-polkovnik (Kaymakam), 2 oktyabr, 1900
  • Polkovik (Miralay), 23 aprel, 1905
  • Mirliva, 19 dekabr, 1912
  • Ferik, 1 oktyabr, 1915
  1. 1 2 3 4 5 6 7 "Hasan İzzet Paşa". Archived from the original on 2 yanvar 2008. İstifadə tarixi: 2 yanvar 2008., ailemiz. net, information from the Archive of the Personnel Department of Turkish Army  (türk.)
  2. 1 2 Harp Akademileri Komutanlığı, Harp Akademilerinin 120 Yılı, İstanbul, 1968, p. 20.  (türk.)
  3. Edward J. Erickson, Defeat in Detail, The Ottoman Army in the Balkans, 1912–1913, Westport, Praeger, 2003, p. 323.
  • The Encyclopædia Britannica: Vol XXXII, 1922, by Hugh Chisholm, page 803.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]