Həsən Kərimov (çoban)

Həsən Kərimov və ya Çoban Həsən (tam adı: Həsən Rza oğlu Kərimov; 5 may 1925, Qarayusifli1983, SSRİ) — Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatı[1].

Həsən Kərimov
SSRİ Ali Sovetinin deputatı[d]
12 iyun 1966 – 16 iyun 1974
Şəxsi məlumatlar
Doğum tarixi 5 may 1925(1925-05-05)
Doğum yeri
Vəfat tarixi 1983
Vəfat yeri
Vəfat səbəbi İnfarkt
Partiya

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsən Kərimov SSRİ Ali Sovetinin 22 mart 1966-cı il tarixli fərmanı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Lenin Ordeni" (№ 378938) və "Oraq və Çəkic" (№ 12827) medalı ilə təltif edilmişdir[2].

O, iki çağırış SSRİ Ali Sovetinin deputatı da seçilmişdir.

1970-ci illərdə fermada külli miqdarda yeyintiyə yol verməsi bəhanəsi ilə ona 1983-cü ildə güllələmə hökmü verilmişdir. SSRİ Ali Sovet-nin qərarı ilə üzərindən ölüm hökmü götürülmüş, məhbusluqdan azad edilməsinə bir gün qalmış saxlandığı təcridxanada infarktdan vəfat etmişdir. Onun güllələnmə cəzası almasının əsas səbəbkarı kimi Bərdənin o zamanlardakı birinci katibi Rüstəm Səfərəliyevin adı çəkilir[3].

Heydər Əliyev onun haqqında belə demişdir:

Yadımdadır, bir çoban var idi. Bərdədən idi, onu sonra qəhrəman etmişdilər. Mən işləməmişdən əvvəl olan bir adam idi. Adı Həsən, ya nə idi…

…Çoban Həsən, o, məlumat verirdi ki, guya hər yüz qoyundan 140–150 bala alır. Buna da inanırdılar. O birilərindən də tələb edirdilər. Amma onlar bunu edə bilmirdilər.[4]

Xatirəsi[redaktə | mənbəni redaktə et]

  • Bulud Qərəçorlu Səhənd yazdığı "Dədəmin kitabı" poemasını Çoban Həsənə həsr etmişdir[5].
  • Zahid Xəlil yazdığı "Çoban Həsən" şeirini ona həsr etmişdir[6].
  • Əli Mehdi, Qarabağın qara günü (şeirlər), Elimin obamın a tərlan oğlu, Bakı, "Azərnəşr", 2001. səh. 118.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Sovet Ensiklopediyası. V cild, Bakı, 1981. səh.355
  2. "Керимов Гасан Рза оглы". 2021-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
  3. Əfqan MUXTARLI.İCRA BAŞÇISINI TOYDA DÖYDÜLƏR. "Deyerler" AİN[ölü keçid]
  4. "Naxçıvan MR Ali Məclisində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi — 18 iyun 2002-ci il". 2020-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-19.
  5. Bulud Qərəçorlu Səhənd. "Dədəmin kitabı" poeması. Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine Səh. 79.  (az.)
  6. Zahid Xəlil. Əsərləri. Uşaqlar üçün şeirlər. Arxivləşdirilib 2018-10-24 at the Wayback Machine Bakı, 2008, səh. 121.  (az.)