Qarayusifli

QarayusifliAzərbaycan Respublikasının Bərdə rayonunun Alpout kənd inzibati ərazi dairəsində kənd. [1]

Qarayusifli
40°18′52″ şm. e. 47°10′51″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 50 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qarayusifli xəritədə
Qarayusifli
Qarayusifli

Kəndi adı Qaraqoyunlu hökmdarı Qara Yusifin adı ilə bağlıdır.[2] Azərbaycan Respublikası Dövlət Tarixi Arxivində saxlanılan əhalinin 1863 ildə aparılmış siyahıya alınmasına əsasən Qarayusifli kəndi Yelizavetpol quberniyasının, Cavanşir qəzasının, 1873-cü il siyahıya alınmasına görə, Gəncə qəzasının kəndi kimi qeydə alınmışdır. Qarayusifli kəndi 1863-cü ildə 8 tüstüdən ibarət olmuşdur. Əhalisinin ümumi sayı 55 nəfərdən ibarət Qarayusiflidə 34 kişi, 21 qadın yaşamışdır. 1873-cü ildə aparılmış siyahıya alınmaya əsasən 12 tüstüdən ibarət Qarayusiflinin əhalisinin ümumi sayı 78 nəfər olmuşdur. Həmin ildə aparılmış siyahıya alınmaya istinadən Qarayusiflinin 43 kişi, 35 qadın sakini olmuşdur.[2]

XIX əsrin ortalarında Qarayusifli kəndinin yüzbaşısı Kərbəlayi Alməmməd Əhməd oğlu (1833-...) idi. Onun Gülməmməd (1825-...), Şahməmməd (1843-...) adlı qardaşları olmuşdur.[2] Hal hazırda kəndin əhalisi təxminən 1500 nəfərdir. Alpoud ərazi dairəsinin inzibati binasıda Qarayusifli kəndində yerləşir.

Qarayusifli Azərbaycan Respublikasının Bərdə rayonunun Alpout inzibati ərazi vahidində kənddir. Qarabağ düzündədir.

2020-ci il oktyabrın 27-də saat 16 radələrində Qarayusifli kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulub. 2 ədəd “Smerç”, 2 ədəd “Elbrus” ballistik raketi olmaqla[3] beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edilməklə endirilən zərbələr nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 5 dinc sakin vəfat edib, 14 mülki şəxs yaralanıb. Belə ki, kəndin müxtəlif istiqamətlərdən kasetli raketlərlə atəşə tutulması nəticəsində 1970-ci il təvəllüdlü Cəfərova Ofeliya Məcid qızı, 1959-cu il təvəllüdlü Əhmədova Aybəniz Əşrəf qızı, 1980-ci il təvəllüdlü İsmayılov Ehtiram Xəlil oğlu, 1960-cı il təvəllüdlü Əliyeva Almaz Salah qızı və 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı həlak olub.[4]

Kənddə tam orta məktəb, klub vardır.

Tanınmışları

[redaktə | mənbəni redaktə et]
  • 20 Yanvar abidəsi *Qarabağ müharibəsi Şəhidlərinin abidəsi
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. 1 2 3 Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015
  3. "Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından 4 il ötür". Apa.az (az.). İstifadə tarixi: 2024-10-28.
  4. "Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terror aktından dörd il ötür - FOTOLENT". Apa.az (az.). İstifadə tarixi: 2024-10-28.
  • Orxan Zakiroğlu (Baharlı).Qaraqoyunlular. I kitab. Bakı, 2015