Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Həsən Məzarcı[1] və ya Həsən Məzarçı[2] (türk. Hasan Mezarcı; 11 may 1954) — Türkiyə siyasətçisi və kult lideri. Keçmişdə islamçı fundamentalist fikirləri ilə tanınır.
Həsən Məzarcı | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 may 1954 (70 yaş) |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
O, müfti olduğu İstanbulda Rifah Partiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinə öz namizədliyi göstərmiş və deputat seçilmişdir. Məzarcı yaxın tarixlə bağlı mübahisəli məsələləri məclisin gündəminə gətirməsi, konfranslarda Atatürkü təhqir etməsi və laisizm əleyhinə çıxışları ilə diqqət çəkmiş və bu səbəbdən partiyasından xaric edilmişdir. Daha sonra Atatürkü təhqir etdiyinə görə Ankara 5-ci Cəza Məhkəməsi ona 1 il həbs cəzası vermişdir. 3 ilə yaxın yaşadığı Almaniyadan Türkiyəyə qayıdan Məzarcı cəzasını çəkmək üçün göndərildiyi Ədirnədəki İpsala qapalı həbsxanasında təxminən 3 ay qalmışdır. Bundan sonra o, "Cəzaların icrası haqqında" qanunun müddəalarına uyğun olaraq cəzasını çəkmiş və 6 may 2002-ci ildə azadlığa çıxmışdır.[3]
Mezarcının həbsxana prosesindən başlayaraq özünə qapanma və təcrid dövrünə girdiyi müşahidə edilmişdir. O, 25 noyabr 2000-ci ildə verdiyi müsahibədə 3 il əvvəl həbsxanada İsa Məsih olduğunu Allah tərəfindən ona xəbər verildiyini bildirmiş və həvariləri ilə birlikdə vəzifəsini yerinə yetirəcəyini bildirmişdir.[4][5] Onun həbsdə olarkən psixoloji və biokimyəvi işgəncələrə məruz qalaraq psixi sağlamlığını itirdiyi iddia edilmişdir.[6] Məzarcı işgəncə ilə bağlı bütün iddiaları rədd etmişdir.[7]
Məzarcı 11 yanvar 2012-ci ildə Türkiyənin o zamankı prezidenti Abdullah Gülə və Konstantinopol Pravoslav Kilsəsinin yepiskopu I Varfolomeyə, 24 yanvar 2012-ci ildə Türkiyənin o zamankı baş naziri Rəcəb Tayyib Ərdoğana məktublar göndərmişdir.[8][9][10]
Məzarcı Düzcənin Aydınpınar kəndində yaşayır. O, həvariləri olduğunu iddia etdiyi insanlarla öz internet saytı və sosial media hesabları vasitəsilə fəaliyyətini davam etdirir.[11]