Həvva Məmmədova

Həvva İsa qızı Məmmədova (15 may 1958, Xanərəb, Bərdə rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, professor və tarix elmləri doktoru.

Havva Məmmədova
2005 – 2010
Seçki dairəsi2005 — 122 saylı Xankəndi
ƏvvəlkiSeçkilər keçirilməyib.
SonrakıFlora Qasımova
Şəxsi məlumatlar
Doğum adı Həvva İsa qızı Məmmədova
Doğum tarixi 15 may 1958(1958-05-15) (66 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti tarixçi, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi

1958-ci il mayın 15-də Bərdə rayonunun Xanərəb kəndində anadan olmuşdur. Xankəndi Pedaqoji İnstitutunun tarix fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir.

1980–1990-cı illərdə Xankəndi şəhərində orta məktəbdə müəllim işləmişdir. 1993-cü ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş laborant, baş müəllim, metodist vəzifələrində çalışmışdır. 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müəllimidir.

Tarix elmləri namizədidir. 6 kitabın və 40 elmi məqalənin müəllifidir.

Evlidir, 3 övladı var.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Dünya Azərbaycanlıları Konqresi Qadınlar Şurasının sədridir. Rus dilini bilir.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olmuşdur. Azərbaycan-Danimarka, Azərbaycan-İsveç, Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

  1. "Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…"[1]
  1. Fuad. Həvva Məmmədova Dağlıq Qarabağla bağlı film çəkib: 35 dəqiqəlik sənədli filmdə xarici ekspertlər Dağlıq Qarabağ və Azərbaycanla bağlı öz fikirlərini səsləndirib: ["Dağlıq Qarabağ: həqiqətlər, yalanlar…" adlı film haqqında] //Paritet.- 2010.- 2–3 sentyabr.- S. 5.