Xanərəb — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd.
Xanərəb | |
---|---|
40°13′50″ şm. e. 47°10′51″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Bərdə rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 68 m |
Saat qurşağı | |
Xanərəb Bərdə r-nunun eyniadlı i.ə.v.-də kənd. Qarabağ düzündədir. Yaşayış məntəqəsi ərəb mənşəli tayfaların məskunlaşması nəticəsində yaranmış, Qarabağ xanlarına məxsus mülk olmuşdur. Bir müddət Bəylik də adlanmışdır. Oykonim xan (titul) və Ərəb (etnotoponim) komponentlərindən düzəlib, "xana məxsus Ərəb kəndi" mənasındadır.[1]
Xanərəb sovet dövründə kənd təsərrüfatı məhsullarının istehsalı üzrə nəinki rayonun, hətta regionun məşhur yaşayış məntəqələrindən sayılıb. Lakin sonrakı illərdə regionun digər yaşayış məntəqələri kimi, Xanərəbdə də iqtisadi çətinliklər üzündən təsərrüfatı dağılıb.
Bərdə rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |