Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 5 gün əvvəl CommonsDelinker (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Məlikova Həyat Laçın qızı — Azərbaycanın ilk qadın stendapçısı, aktrisa.
Həyat Məlikova | |
---|---|
Məlikova Həyat Laçın qızı | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan, Bakı |
Vətəndaşlığı | Azərbaycan |
Təhsili | Azərbaycan Film Akademiyası |
Həyat Məlikova 1993-cü ildə Bakının Buzovna kəndində anadan olub. Orta təhsilini Buzovna qəsəbəsində 125 saylı orta məktəbdə alıb. 9-cu sinfə qədər təhsil aldıqdan sonra saç və dırnaq ustası kimi fəaliyyət göstərib. 2020-ci ildə Azərbaycan Film Akademiyası aktyor sənəti fakültəsinə (Postmodern Aktyorluq Məktəbi) qəbul olduqdan sonra həyatı fərqli istiqamətdə tamamilə dəyişib. Həyat Məlikovanın aktyor sənəti müəllimi Zaur Tahirsoy ondakı istedadı kəşf edərək tanınmasına səbəb olmuş və stendapçı kimi formalaşması yolunda təlimlər keçərək tam dəstək olmuşdur. Zaur Tahirsoyun quruluşçu rejissoru və ssenari müəllifi olduğu Həyat nə qəribəsən (film, 2022) layihəsini hazırlamış və öncə qısa videolar halında tibbi mövzularla "Həyat Həkimin" gündəmə gəlməsini təmin etmişdir. Həyat Məlikova xüsusi hazırcavablıq bacarıqları ilə Azərbaycanın ilk qadın stendapçısıdır.