Həyatda hər şey olur (film, 1998)

Nəsə baş verir (hind. कुछ कुछ होता ह) — rejissor Karan Coharın filmi.

Həyatda hər şey olur
Kuch Kuch Hota Hai
hind. कुछ कुछ होता ह
Janr Melodram
Komediya
Rejissor Karan Cohar
Prodüserlər Hiroo Cohar
Yaş Cohar
Ssenari müəllifi Karan Cohar
Baş rollarda Şahrux Xan
Kacol
Operator Santoş Tundyail
Bəstəkarlar Catin Pandit
Lalit Pandit
İstehsalçı Dharma Productions
Distribütor Netflix, iTunes[d]
İlk baxış tarixi 1998, 25 fevral 2005
Filmin növü bədii film
Müddət 177 dəqiqə
Ölkə Hindistan Hindistan
Dil Hind dili
İl 1998
Əvvəlki film Məhəbbət baş verməli idi (film, 1998)
Sonrakı film Aşiqlər
Rəng rəngli
IMDb ID0172684

Rahul və Anceli Sent-Havye kollecinin tələbələridirlər. Rahul məktəb müdirinin qızı Tinaya vurulur. Tina Ancelinin tam əksidir. Rahul get-gedə Tinanın qəlbini ələ alır. Elə həmin vaxt Anceli də Rahula aşiq olduğunu hiss edir. Bir gün Anceli bütün cəsarətini toplayaraq bu sevgisini Rahula etiraf edir. Lakin Anceli sözünü deməmişdən qabaq Rahul Tinaya aşiq olduğunu deyir. Bundan sonra Ancelinin bütün ümidləri qırılır. Ertəsi gün Anceli ani bir qərarla bu böyük "məğlubiyyətini" unutmaq üçün məktəbi tərk edir və ailəsinin yanına dönür.

Tina və Rahul evlənirlər və bir qızları olur. Adını Anceli qoyurlar. Tina bu doğumdan sonra vəfat edir. Ölümündən əvvəl Tina 8 məktub yazmışdı. Bu məktubları Rahulun anasına verib tapşırmışdı ki, Ancelinin hər ad günündə birini ona versin.

Səkkiz il keçir. Anceli 8-ci və sonuncu məktubu oxuyur. Bu məktubda anası Anceliyə onun adaşı Anceli Şarma haqqında danışır. Rahul Tinanın ölümündən sonra bir daha evlənməyib. Kiçik Ancelinin anaya olan ehtiyacını isə təkcə Anceli Şarma əvəz eləyə bilər. "Kiçik" Anceli inanır ki, nə vaxtsa "böyük" Anceli atasını xoşbəxt edə bilər. Buna görə də atasının əsl məhəbbətini – Anceli Şarmanı axtarmağa qərar verir. Bu işi həyata keçirmək üçün nənə və babasından kömək istəyir.

Bu üçlük Anceli Şarmanın ünvanını və telefon nömrəsini öyrənmək üçün Rüfət Binin evinə gedirlər. Ancaq Rüfət Bin onlara gecikdiklərini və Ancelinin başqa birisilə nişanlandığını deyir. Bunu eşidən kiçik Anceli məyus olur və elə orada Allaha dua edir. Ancelinin duaları qəbul olunur. Elə bu zaman telefon zəng çalır. Ancelinin toyunun vaxtı dəyişdirilmişdir.

Kiçik Anceli Anceli Şarmaya zəng edir və təsadüfən Simladakı yay düşərgəsində köməkçi kimi çalışdığını öyrənir. Kiçik Anceli atasından bu düşərgəyə getmək üçün icazə istəyir, fəqət bu icazəni ala bilmir. İş belə olduqda Anceli və nənəsi o düşərgəyə Rahuldan gizlin gedirlər. Onlar Anceli Şarmanı görürlər. Bir axşam böyük Anceli televizorda təsadüfən Rahulu görür. Həmin proqramda Rahulun qızı Ancelinin Simlada bir düşərgədə olduğunu söyləməsilə böyük Anceli adaşı kiçik Ancelinin Rahulun qızı olduğunu başa düşür.

Anceli və nənəsi Rahulla Ancelinin yenidən qovuşması üçün Rahula bir oyun hazırlayırlar. Rahul Anceliyə qarşı keçmiş duyğularının canlandığını hiss edir. Lakin hər şey Ancelinin nişanlısı Amanın həmin düşərgəyə gəlməsilə dəyişir.

Amma sonda Aman öz səadətindən geri çəkilir və bunun nəticəsində Anceli Rahulla qovuşur. Film Rahul və Ancelinin evlənməsi ilə sona çatır.

"Filmfare" mükafatları:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı film – Yaş Cohar
Ən yaxşı rejissor – Karan Cohar
Ən yaxşı kişi rolu – Şahrux Xan
Ən yaxşı qadın rolu – Kacol
Ən yaxşı ikinci dərəcəli kişi rolu – Salman Xan
Ən yaxşı ikinci dərəcəli qadın rolu – Rani Mukherci
Ən yaxşı ssenari – Karan Cohar

"Zee Cine" mükafatları:

[redaktə | mənbəni redaktə et]
Ən yaxşı kişi rolu – Şahrux Xan
Ən yaxşı qadın rolu – Kacol
Ən yaxşı ikinci dərəcəli qadın rolu – Rani Mukherci

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Ssenari müəllifi : Karan Cohar
Rejissor : Karan Cohar
Operatorlar : Santoş Tundyail
Bəstəkarlar : Catin Pandit, Lalit Pandit
Prodüserlər : Hiroo Cohar, Yaş Cohar
Aktyor Rol
Şahrux Xan Rahul Xanna
Kacol Anceli Şarma
Rani Mukherci Tina Malhotra
Salman Xan Aman Mehra
Anupam Kher Tinanın atası
Sana Səid Anceli Xanna (kiçik Anceli)
Fəridə Cəlal Rahulun anası
Himani Şivpuri Rüfət Bi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]