Aşiqlər (film, 2000)

Aşiqlər (Mohabbatein-tərcümə: Sevgi hekayələri — Azərbaycanda Aşiqlər olaraq tanınır) — 2000-ci ildə Hindistanda istehsal olunan romantika janrında olan musiqili filmin rejissoru Aditya Çopradır. Bu film Cəsur ürək gəlini alar filmindən sonra Çopranın rejissorluq etdiyi ikinci layihədir. Filmin çəkilişləri Hindistan və İngiltərədə baş tutub. Altı gənc debütantın iştirak etdiyi filmin əsas rollarında Amitabh BaççanŞahrux Xan yer almışdır. Ayşvariya Ray filmdə Xanın sevgilisi olaraq rol aldı. Musiqilərin müəllifi Çətin-Lalittə məxsusdur, sözləri isə Anand Baxşi tərəfindən qələmə alınıb. Aşiqlər filmi Baççan və Xanın birlikdə rol aldığı ilk film olduğundan bu filmə çox önəm verilirdi.

Aşiqlər
Mohabbatein
Janr romantik film[3], dram filmi[3], musiqili film[3][4]
Rejissor Aditya Çopra
Prodüser Yaş Çopra
Ssenari müəllifi Aditya Çopra
Baş rollarda Amitabh Baççan
Şahrux Xan
Ayşvariya Ray
Uday Çopra
Cuqal Hansrac
Cimmi Şerqil
Şamita Şetti
Kim Şarma
Priti Canqiani
Operator
İstehsalçı Yash Raj Films
Distribütor Netflix
İlk baxış tarixi 27 oktyabr 2000
Müddət 216 dəqiqə
Büdcə 3.29 milyon $[1]
Gəlir 13.49 milyon $[2]
Ölkələr Hindistan Hindistan
Dil Hind dili
Rəng rəngli
Çəkiliş yeri İngiltərə
IMDb ID0213890

Film tənqidi və kommersiya tərəfdən kifayət qədər uğur qazandı. Film həmçinin ilin ən çox gəlir əldə edən ikinci filmi oldu və superhit elan olundu.[5] Bir neçə mükafat daxil olmaqla Filmfare Ən Yaxşı Aktyor üzrə Tənqidçilər MükafatıFilmfare Ən Yaxşı Köməkçi Aktyor mükafatları müvafiq olaraq Şahrux Xan və Amitabh Baççana verildi.

Qurukul Universitetini Narayan Şankar (Amitabh Baççan) adlı bir inadkar idarə edir. O, 25 il universitet idarə edib və romantikaya hər cür olaraq qadağa qoyub—kimsə aşiq olarsa dərhal xaric olunacaq. Filmin əsas diqqəti hər üçüdə aşiq olmuş tələbələrin üzərindədir: Samir (Cuqal Hansrac), Viki (Uday Çopra) və Karan (Cimmi Şerqil). Samir onun uşaqlıq dostu Sancananı (Kim Şarma) sevir. Viki universitet yaxınlığından olan İşika (Şamita Şetti) adlı bir qıza aşiq olur. Karan isə qatar stansiyasındakı gördüyü Kiran (Priti Canqiani) adlı bir qıza vurulur. Düzdü onlar sevirlər, ancaq onlar qovulmaqdan qorxduqları üçün sevgi etiraf etməyə cəhd etmək istəmirlər.

Rac Aryan (Şahrux Xan) musiqi müəllimi kimi Qurukula qoşulur. O sevginin gücünə inanır—bu üç tələbənin aşiq olduğunu öyrənincə, onlara ürəklərini dinləməyə sövq edir. Bu da Qurukuldakı bir çox qaydalara öz təsirini göstərir. Narayan isə heç bir dəyişikliyi sevmir. Ancaq bu üç gənc hər şeyi gözə alaraq məhz sevgilərinə nail olmaq üçün cəhd edir. Samir Sancananın oğlan dostunun olduğunu öyrənir. İşika onu əldə etmək istəyən Vikini sevmir. Karan isə Kiranın öldüyü bilinən bir pilotla evli olduğunu öyrənir. Rac onlara xəyal qırıqlığına uğramamağı deyər və onları şanslı hesab edər. Çünki Racın sevdiyi Meqha (Ayşvariya Ray) artıq dünyadan köçmüşdür. Rac tez-tez Meqhanın onun yanında olduğunu xəyal edər.

Rac tezliklə Qurukulda bir parti qurur və yaxınlıqdakı qızlar məktəbindən bir çox qız dəvət edir—Qurukulun hər tərəfinə sevgi yaymaq onun planının əsas hissəsidir. Bu dəyişiklik Narayan Şankarı qəzəbləndirir və dərhal Racın işdən qovulmasına qərar verir. Elə bu an Rac ona tam adının Rac Aryan Malhotra olduğunu söyləyir. Rac illər öncə bu universitetdə oxuduğunu və Meqhanı sevdiyi üçün burdan qovulduğunu deyir. O Meqha ki, Narayanın tək övladı idi. Rac xaric olunduğu üçün Meqha intihar edir. Rac bu hadisənin Narayan Şankarda dəyişiklik yaradacağına inanırdı, ancaq bu hadisə Narayanı daha da inadkar bir insana çevirdi. Rac ona bu Qurukula hətta Narayanın özünün belə uzaqlaşdıra bilməyəcəyi bir sevgi gətirəcəyini vəd edir. Bundan sonra sevgi (Rac) və qorxu (Narayan) arasında mübarizə başlayır. Ona görə də Narayan Racın Qurukulda qalmasına icazə verir.

Samir, Viki və Karan tezliklə sevdikləri qızların könlünü almağı bacarır—Rac bu an üçün döyüşün qalibi olur. Narayan isə asanlıqla təslim olmur, kimlərinsə Qurukul qaydalarını pozduğunu görsə həmin şəxsləri sıxışdırır. Üç tələbə qaydaları pozmağa davam edir və hətta digər tələbələrə də bunu təşviq edir. Narayan həmin üç tələbəni qovmağa qərar verir. Ancaq Rac Narayanı razı salmağa çalışır, məhz özünə görə bu şəxslərin qovulmasını istəmir. Rac həmçinin Narayana onun döyüşü uduzduğunu deyir. Çünki onu əvvəl qızı tərk etmişdi, indi isə onu Rac (Narayanı bir böyük olaraq hesab edərək) tərk edir. Narayan məhz Racın bu sözlərilə səhv etdiyini anlayır. Və o hər kəsin qarşısında üzr istəyir və Raca hər şeyi yenidən ələ almağa icazə verir. Elə Racın sayəsində Qurukul içərisi sevgiylə dolan bir universitetə çevrilir. Sonunda Rac, Narayan və Meqha xoşbəxt şəkildə Qurukulun qapılarına doğru irəliləyir.

Filmin istehsalı

[redaktə | mənbəni redaktə et]

Filmin istehsalından əvvəl Amitabh Baççan karyerasında dirçəlişə cəhd etdi, ancaq bu az uğur idi. Həmçinin filmin istehsal şirkəti maliyyə tərəfdən iflasa uğramışdı. Bu vəziyyət onu pis vəziyyətə salmışdı ki, ortaya onun dostu rejissor/prodüser Yaş Çopra girir.[6] Nəhayət Mohabbatein ilə o "qəhrəman" görüntü və yaşlı oyunçu olaraq daha gözəl rollar oynamağı bacarır.[6] Bu Amitabh BaççanŞahrux Xanın birlikdə rol aldığı ilk film olur. Birlikdə müxtəlif nəsillərdən iki boyük ulduz gətirdiyi kimi bu film üçün də böyük təsir yaratdı.

Filmin çəkilişi Hindistan və İngiltərədə baş tutub.[7] Lonqlit Qurukul Universiteti üçün çəkiliş yeri olaraq seçilmişdir. OksfordKembric universitetləri də çəkiliş üçün istifadə olunmuşdur. Narayan Şankarın Rac Aryanla görüşməmişdən əvvəl gəzdiyi səhnəsi Kraliçanın Kolleci, Oksford yerləşən bölgədə çəkilmişdir. Dəmir yol səhnələri Hindistanda Panvel Maharaştrada olan Apta Dəmiryol Stansiyasında çəkilib. Karanın Kirandan dostluq xahişi etdiyi səhnənin çəkilişi Hindistanın Maharaştra bölgəsindəki Birla Mandir, Revdanda, Alibaq adlı yerlərində baş tutub. "Aankhein Khuli" musiqisinin çəkilişləri zamanı Cuqal Hansracın ayağı sınır və o bu səhnənin çəkilişlərinin qalan hissəsini tökmə bir geyimlə keçirməyə məcbur olur. Ayşvariya Ray qonaq oyunçu olaraq iştirak etməsinə baxmayaraq onun iştirakı kifayət qədər maraq yaradır və o öz rolu ilə müntəzəm xarakter canlandıraraq tərif qazanır.[8]

Aşiqlər
Çətin Lalit tərəfindən ifa olunmuş sinql
Yayımlanma tarixi 2000
Format Saundtrek
Janr Film saundtreki
Müddət 49:48
Prodüser Yaş Çopra
Studiya YRF Music
Çətin Lalit sinqllarının xronologiyası
"Sevgi haqqında bir neçə söz"
(2000)
"Aşiqlər"
(1983)
"Amma ürəyim hələ də Hindistanlıdır"
(2000)
 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
Planet Bollywood 9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz9.5 10 dən ulduz[9]

Aşiqlər filminin musiqiləri Çətin Lalit tərəfindən bəstələnib. Sözləri isə Anand Baxşiyə məxsusdur. Albom tamaşaçılar tərəfindən müsbət qarşılandı. Bu həmçinin 2000-ci illərin ən çox satılan Bollivud film musiqisi oldu.[10]

Planet Bollywood-dan Avinaş Ramçandani albomun reytinqini 9.5 olaraq qiymətləndirdi, əlavə olaraq: "Aşiqlər bir neçə yeni müğənni ilə gözəl debüt edən, həbelə Çətin-Lalitin təqdirəlayiq işi və Anand Baxşinin parlaq sözləri ilə qurulmuş inanılmaz bir albomdur".[9]

# Musiqi Müğənni(lər) Uzunluq
1 "Humko Humise Chura Lo" Lata Mangeşkar & Udit Narayan 07:52
2 "Chalte Chalte" Şveta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty & Ishaan 07:38
3 "Pairon Mein Bandhan Hai" Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty & Ishaan 07:01
4 "Aankhein Khuli" Lata Mangeshkar, Udit Narayan, Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav,

Manohar Shetty, Şahrux Xan & Ishaan

07:02
5 "Soni Soni" Udit Narayan, Caspinder Narula, Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav,

Manohar Shetty & Ishaan

09:07
6 "Chalte Chalte 2" Shweta Pandit, Sonali Bhatawdekar, Pritha Mazumdar, Udhbav, Manohar Shetty 02:49
7 "Zinda Rehti Hain Unki Mohabbatein" Lata Mangeshkar & Udit Narayan 02:03
8 "Mohabbatein Love Themes" Instrumental 02:20
9 "Rhythms of Mohabbatein" İnstrumental 03:56

Filmfare Mükafatları

[redaktə | mənbəni redaktə et]

Digər Mükafatlar

[redaktə | mənbəni redaktə et]
  • IIFA Mükafatları — Ən Yaxşı Geyim Dizaynı (Karan Cohar)
  • IIFA Mükafatları — Ən Yaxşı Hekayə (Aditya Çopra)
  • Screen Mükafatı — Ən Yaxşı Musiqi Sözləri (Anand Baxşi)
  • Sansui Viewer Choice Movie Mükafatları — Ən Yaxşı Aktyor (Şahrux Xan)

Aşiqlər filminin kassa gəliri kifayət qədər uğurlu oldu. Filmin dünya üzrə kassa gəliri 74.11 kror (US$13.49 milyon) təşkil edir.[12] Film həmçinin yerli kassalardan ən çox gəlir əldə edən ilin ikinci ən yüksək Hind filmi oldu və "Super Hit" elan olundu.[5]

  1. "Mohabbatein". 1 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 December 2010.
  2. ""Top Lifetime Grossers"". Boxofficeindia.com. 2012-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-26.
  3. 1 2 3 http://www.imdb.com/title/tt0213890/.
  4. http://stopklatka.pl/film/milosc-zyje-wiecznie.
  5. 1 2 "Box Office 2000". BoxOfficeIndia.Com. 2012-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-14.
  6. 1 2 "The Sunday Tribune — Spectrum — Lead Article". Tribuneindia.com. 2001-03-04. 2009-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
  7. May 19, 2006. "Asia Times Online :: South Asia news, business and economy from India and Pakistan". Atimes.com. 2006-05-19. 2011-06-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
  8. "Transcript of the Jugal Hansraj Chat". rediff.com. 2000-11-29. 2010-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-13.
  9. 1 2 "Mohabbatein Music Review". 26 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2011.
  10. "Internet Archive Wayback Machine". Web.archive.org. 2009-01-22. Archived from the original on 2009-01-22. İstifadə tarixi: 2011-08-17.
  11. 1 2 "Arxivlənmiş surət". 2018-12-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  12. "Top Lifetime Grossers Worldwide". Boxofficeindia.com. 25 May 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]