Rani Mukherci (ing. Rani Mukerji və ya Rani Mukherjee) — əslən Hindistanlı film aktrisası. Mukherci-Samart ailəsində anadan olan Rani aktyorluq sahəsində hələ məktəbdə oxuyarkən Biyer Phool (1996) filmi ilə debüt etmişdir. Bollivudda əsas karyerasına 1997-ci ildə çəkildiyi Mənim kralım gələcək filmi ilə başlayıb. Növbəti il isə Karan Coharın rekordlar qıran və romantika janrında olan Nəsə baş verir filmində rol alıb. Bu filmdəki performansına görə Filmfare Ən Yaxşı Köməkçi Aktrisa Mükafatına layiq görülüb.
Rani Mukerci | |
---|---|
benq. রাণী মুখার্জী | |
Doğum tarixi | |
Doğum yeri | Kəlkütə, Hindistan |
Milliyyəti | benqal |
Həyat yoldaşı | Aditya Çopra (2014) |
Uşağı | 1 |
Fəaliyyəti | Aktrisa |
Fəaliyyət illəri | 1996-cı ildən |
Boyu | 1,6 m |
Çəkisi | 58 kq[1] |
IMDb | ID0611552 |
Vikianbarda əlaqəli mediafayllar |
21 Aprel 2014 Rani və Aditya Çopra ilə evlənib.
Rani Mukherci 21 mart 1978-ci ildə Qərbi Benqaliyanın Kəlkütə şəhərində anadan olmuşdur. Mukherci ailəsi özünə görə çox tanınmış ailə sayılır. Raninin atası Ram Mukherci tanınmış rejissor, anası isə müğənnidir.
Rani, Maneckjee Cooper orta məktəbini bitirmişdir. Tezliklə o, Mumbayın kino istehsalçılarından təkliflər almağa başlayır. O, Bollivuda gedir və nəticədə dünya kino sənayesinin ən yaxşı aktrisalarından birinə çevrilir.
Onun 1996-cı ildə çəkildiyi ilk film olan "Raja Ki Aayegi Baraat" o qədər uğur qazana bilmir. Rani Mukhercinin çəkildiyi "Həyatda hər şey olur" (1998) ekran əsəri onun böyük müvəffəqiyyət qazanmasına səbəb olur. O, bu filmdə Hindistan kinosunun əfsanəsi, aktyor Şahrux Xanla tərəf-müqabil olmuşdu.
Bu filmdən sonra Raniyə gələn kino təklifləri daha da artır. O, 2002-ci ildə "Sevgi anatomiyası" filminə çəkilir. 2004-cü il Rani üçün daha uğurlu gəlir. Hindistanın nəhəng kinokompaniyalarından olan "Yash Raj Films" Rani ilə əməkdaşlıq edir. Möhtəşəm kino nümunəsi olan "Vir və Zara" filmində (rejissor: Yaş Çopra) ifa etdiyi rol geniş tamaşaçı auditoriyasının rəğbətinə səbəb olur.
Aktrisa eyni zamanda estrada səhnəsində beynəlxalq turneydə də özünü sınamışdır. "Temptations-2004" turu Rani üçün ən uğurlu konsertlərdən biri olur. Rani həmin turneydə Şahrux Xan, Səif Əli Xan, Priti Zinta, Arcun Rampal, Priyanka Çopra kimi nüfuzlu aktyorlarla birgə iştirak etmişdir.
Rani Mukherci 3 dəfə (2005-ci ildən 2007-ci ilə qədər) "Bollivudun ən yaxşı aktrisaları" siyahısına başçılıq etmişdir.
2006-cı ilin fevralında "Filmfare" jurnalı "Bollivudun 10 böyük ismi" siyahısında onu səkkizinci, 2007-ci ildə isə 5-ci yerə layiq görmüşdür.
İl | Film | Filmin orijinal adı | Rolu | Qeydlər |
---|---|---|---|---|
1996 | Güllər (film, 1996) | Biyer Phool | Rimi | |
1997 | Mənim kralım gələcəkdir (film, 1997) | Raja Ki Aayegi Baraat | Mala | |
1998 | Əsir (film, 1998) | Ghulam | Alişa | |
1998 | Nə isə baş verir | Kuch Kuch Hota Hai | Tina Malhotra | Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa |
1998 | Xına (film, 1998) | Mehndi | Puca | |
1999 | Dəyər (film, 1998) | Mann | "Kaali Naagin Ke" musiqisi üçündəvət olunub | |
1999 | Salam qardaş (film, 1999) | Hello Brother | Rani | |
2000 | Duman (film, 2000) | Badal | Rani | |
2000 | Oh Tanrım (film, 2000) | Hey Ram | Aparna Ram | |
2000 | Hadh Kar Di Aapne | Anceli Xanna | ||
2000 | Əqrəb (film, 2000) | Bichhoo | Kiran Bali | |
2000 | Hər bir sevən ürək (film, 2000) | Har Dil Jo Pyar Karega | Puca Oberoy | Nominasiya - Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa |
2000 | Bu sevgi deyil umiddir (film, 2000) | Kahin Pyaar Na Ho Jaaye | Priya Şarma | |
2001 | Yad uşaq (film, 2001) | Chori Chori Chupke Chupke | Priya Malhotra | |
2001 | Bas Itna Sa Khwaab Hai | Pooja Shrivastav | ||
2001 | Nayak: The Real Hero | Manjari | ||
2001 | Kabhi Khushi Kabhie Gham... | Naina Kapoor | Cameo | |
2002 | Pyaar Diwana Hota Hai | Payal Khuranna | ||
2002 | Mujhse Dosti Karoge! | Pooja Sahani | ||
2002 | Saathiya | Dr. Suhani Sharma/Sehgal | Filmfare Critics Award for Best Actress Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa | |
2002 | Chalo Ishq Ladaaye | Sapna | ||
2003 | Məhəbbət yolları ilə (film, 2003) | Chalte Chalte | Priya Chopra | Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa |
2003 | Chori Chori | Khushi Malhotra | ||
2003 | Calcutta Mail | Reema/Bulbul | ||
2003 | Sabah açılacaq, yoxsa yox? | Kal Ho Naa Ho | "Mahi Ve" musiqisi üçün dəvət olunub | |
2003 | LOC Kargil | Hema | ||
2004 | Yuva | Sashi Biswas | Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa | |
2004 | Hum Tum | Rhea Prakash | Filmfare Ən Yaxşı Aktrisa | |
2004 | Vir və Zara: Məhəbbət əhvalatı | Veer-Zaara | Səmiyə Siddiqu | Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa |
2005 | Black | Michelle McNally | Filmfare Award for Best Actress Filmfare Critics Award for Best Actress | |
2005 | Bunty Aur Babli | Vimmi Saluja (Babli) | Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa | |
2005 | Paheli | Lachchi | ||
2005 | Mangal Pandey: The Rising | Heera | ||
2006 | Kabhi Alvida Naa Kehna | Maya Talwar | Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa | |
2006 | Baabul | Malvika "Milli" Talwar/Kapoor | ||
2007 | Ta Ra Rum Pum | Radhika Shekar Rai Banerjee (Shona) |
||
2007 | Laaga Chunari Mein Daag | Vibhavari Sahay (Badki)/ Natasha |
Nominasiya — Filmfare Ən Yaxşı Aktrisa | |
2007 | Saawariya | Gulabji | Nominasiya — Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa | |
2007 | Om Şanti Om | Om Shanti Om | Özü | "Deewangi Deewangi" musiqisi üçün dəvət olunub |
2008 | Thoda Pyaar Thoda Magic | Geeta | ||
2008 | Bu cütlüyü Tanrı yaradıb (film, 2008) | Rab Ne Bana Di Jodi | "Phir Milenge Chalte Chalte" musiqisi üçün dəvət olunub | |
2009 | Luck by Chance | Herself | ||
2009 | Dil Bole Hadippa! | Veera Kaur/Veer Pratap Singh | ||
2011 | No One Killed Jessica | Meera Gaity | Filmfare Ən Yaxşı İkinci Dərəcəli Aktrisa | |
2012 | Aiyyaa | Meenakshi Deshpande | ||
2012 | Talaash | Roshni Shekhawat | ||
2013 | Bombay Talkies | Gayatari | ||
2014 | Mardaani | Shivani Shivaji Roy |