Həzəbani və ya həzbani (kürd. ھەزەبانی ,Hecbanî) —orta əsrlərdə sünni müsəlman kürd tayfası. Mərkəzi Ərbil, Üşnəviyyə və Urmiya olan bir neçə qrupa bölünmüşdü. Onların hökmranlığına şərqdə Marağa və Urmiyanın ətraf əraziləri, şimalda Salmas, qərbdə Ərbil və Mosulun bir hissəsi 906–1080-ci illər arasında hökm sürmüşdü.
Təxminən X əsrdə onlar tədricən şimala doğru, yay paytaxtı Üşnü olan, Urmiya gölünün ətrafındakı ərazilərə köçmüşdülər. Onlar bir müddət bu ərazidə hökmranlıq etmiş, lakin sonradan Azərbaycan və Qafqaza yayılan bir neçə qola ayrılmışdılar. Kürd müsəlman hökmdarı Səlahəddin həzəbani qollarından birinin nəslindən idi.[1][2]