HESA Saeqeh

HESA Saeqeh (fars. : صاعقazərb. : “ildırım”‎), həmçinin Sa'eqeh; Saegheh, və ya Saeqeh-80,[1] adı ilə də tanınır. ABŞ istehsalı olan təkoturacaqlı Northrop F-5 reaktiv qırıcı hərbi təyyarəsinin İran versiyasıdır.[2][3] Təyyarə İran İslam Respublikasının Hərbi Hava Qüvvələri və İran Müdafiə Nazirliyinin ortaq məhsulu olub, HESA Azarakhsh qırıcısının ikinci nəsilidir.[4] Saeqeh 20 sentyabr 2007-ci ildə İranda uğurla sınaqdan keçirilmişdir.

HESA Saeqeh
Saeqeh Tehrandakı təlimlər zamanı
Saeqeh Tehrandakı təlimlər zamanı
Tipi reaktiv qırıcı
İstehsalçı İran Təyyarə İstehsalı Zavodu (HESA)
İlk uçuş 2004 iyul ayı
İstismara verilmə tarixi 22 sentyabr 2007
İstimarının bitmə tarixi Hal-hazırda istifadə edilir
İstismarçılar İran Hərbi Hava Qüvvələri
Buraxılış sayı ən azı 9 ədəd
Baza modeli Northrop F-5, HESA Azarakhsh
Variantları Kövsər
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İran Hərbi Hava Qüvvələrinə məxsus olan Saeqeh tam silahlanma ilə

Reaktiv təyyarənin ilk prototipinin sınaq uçuşunun görüntüləri 2004-cü ilin iyul ayında nümayiş etdirilmişdir.[5] İran İslam Respublikasının Xəbərlər Şəbəkəsində verilmiş bir məlumatın mərkəzi Vaşinqton şəhərində yerləşən Yaxın Şərq üzrə Media Tədqiqatları Mərkəzinin etdiyi tərcüməyə görə, Saeqeh 6 sentyabr 2006-cı ildə İranda təşkil edilmiş olan “Zülfüqarın zərbəsi” adlı hərbi xarakterli oyunlarda iştirak edərkən fəaliyyətə başlamışdır.[6] 19 avqust 2006-cı ildə başlayan bu təlimdə, yeni qırıcı “virtual düşmən hədəflərini bombalama missiyası”[7] və “saxta bombalama missiyası”[8] olaraq xarakterizə edilən vəzifələri həyata keçirmişdir. Daha əvvəl nümayiş etdirilənlərdən fərqli görünən iki prototip 20 sentyabr 2007-ci ildə Tehranın Mehrabad hava limanında uçuş keçirmişdir.[9] Üç prototipi 22 sentyabr 2007-ci ildə təşkil edilmiş olan hərbi paradda iştirak etmişdir.[9]

İran, silah sistemində, aerodinamikada və əməliyyat diapazonunda baş vermiş olan böyük dəyişikliklərə görə, keçmiş təyyarələrdən fərqlənən Saeqeh qırıcısının digər variantlarını yaxın vaxtlarda sınayacağını açıqladı.[10]

2010-cu ilin sentyabr ayında İranın FARS Xəbər Agentliyinin verdiyi məlumata görə, İran, Müqəddəs Müdafiə Həftəsinin əvvəlində, hərbi paradlar əsnasında nümayiş olunan Saeqeh döyüş təyyarələrinin ilk eskadronunu nümayiş etdirmişdir.[11] 2012-ci ilin may ayında Müdafiə Naziri Əhməd Vahidi üç yeni nəsil Saeqeh döyüş təyyarəsinin istehsal edildiyini və Hərbi Hava Qüvvələrinə təhvil verildiyini bildirmişdir.[12]

26 avqust 2012-ci ildə Müdafiə Nazirinin müavini Məhəmməd Eslami, Saeqeh qırıcısının təkmilləşdirilmiş bir versiyasının 2013-cü ilin sonuna qədər İran Hərbi Hava Qüvvələrinə təqdim olunacağını bildirdi.[13]

Saeqeh qırıcısının üçölçülü qrafik təsviri

Saeqehin xüsusiyyətləri barədə az məlumat yayılmışdır. İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin komandanı, Briqada generalı Əhməd Mighani, Saeqeh qırıcısının aerodinamik tarazlıq baxımından, həmçinin raket və radar sistemlərinə sahib olması baxımından müasir olduğunu söyləmişdir.[14] Silahlı Qüvvələrin Müdafiə və Logistika Nazirliyinin Aviasiya Təşkilatının İdarəedici direktoru Məcid Hedayat, Saeqeh qırıcısını yüksək manevr qabiliyyətinə və yaxın hədəfləri bombalamağa qadir olan bir logistik və döyüş təyyarəsi olaraq xarakterizə etmişdir.[14] Qırıcının gövdəsi birinin əvəzinə iki şaquli stabilizatorla təchiz edilmiş Northrop F-5 qırıcısına bənzəyir .

2008-ci ildə İran təyyarənin 3000 km-lik (1.864 mil) mənzilə malik olduğunu açıqlamışdır.[15] Qırıcı-bombardmançı düşmənin təyyarələrini izləmək, döyüşlərə qatılmaq, yerdəki hədəfləri nişan almaq və çeşidli silah və sursat daşımaq qabiliyyətinə malikdir.[16]

Saeqeh və orijinal Northrop F-5 E arasındakı vizual fərqlər bir dənə əlavə qanad qolu və dəyişdirilmiş reaktiv girişlər yerinə iki şaquli quyruq stabilizatoru ilə məhdudlaşır. Füzelaj (Gövdə), eniş qurğuları, mühərriklər, silah və pilot kabinəsi alətləri F-5E ilə eynidir, bu Saeqeh qırıcısının yeni qurulmuş reaktiv qırıcı olmadığını, mövcud Northrop F-5 qırıcılarının modifikasiyası olduğunu göstərir. Həmçinin Saeqeh qırıcısının təyyarə skeletinin (təyyarə qəfəsləri) əslində İran Hərbi Hava Qüvvələrinin arsenalındakı köhnə F-5-lərin uçuşa yaramayan vəziyyətdə olan böyük inventarlarından götürülməsi də mümkündür. Bu, indiyə qədər yalnız doqquz təyyarənin seriyalı istehsalının niyə müşahidə olunduğunu izah edəcəkdir.[17]

2015-ci ildə 2 oturacaqlı, daha inkişaf etdirilmiş silah sistemləri, elektronika və avionika ilə təchiz edilmiş olan yeni bir versiya təqdim edildi.[18] Bu model təlim məqsədləri üçün də istifadə edilə bilər. Bir İran hərbi mənbəyinə görə:

" “... (İran) (Tezliklə) Saeqeh platformasında dördüncü nəsil (və daha da yüksək) avionika ilə təchiz ediləcək bir təyyarə istehsal edəcək ...”
-

Hərbi Hava Qüvvələrinin Owj Kompleksi komandiri polkovnik Houshang Monfaredzadeh, 2015

"

IRIAF-ın arsenalında Saeqeh-2 konfiqurasiyasına çevirməyə uyğun ola biləcək 17 ədəd Northrop F-5 F təyyarəsinin qaldığı güman edilir.[19]

İstifadəçilər

[redaktə | mənbəni redaktə et]
İran İran

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Ümumi xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Uzunluğu: 15.89 m (52 ​​ft 2 in)
  • Qanadlar: 8.3 m (27 ft 3 in)
  • Boş çəkisi: 4,400 kq (9,700 lb)
  • Ümumi çəkisi: 9000 kq (19,842 funt)
  • Mühərrik: 2 ədəd Ivchenko ai-322f afterburnerli turbojet mühərrikləri, 24 kN (5.500 lbf) afterburnersiz itələmə gücü, 44 kN (9.900 lbf) afterburnerlər yanandan sonra
  • Maksimum sürət: 1700 km (1100 mil, 920 kn)
  • Maksimum sürət: Mach 1.4+
  • Mənzili: 3000 km (1,900 mil, 1600 nmi)
  • Xidmət tavanı: 16,000 m (52,000 fut)
  • Qalxma sürəti: 175 m/s (34,400 fut/dəq)
  • Silahlar: 2 ədəd 20 mm-lik (0.787 in) M39A2 Burundakı revolver topları, 280 mərmi/silah
  • Sərt nöqtələr: cəmi 7 ədəd: 2 ədəd qanadlı AAM buraxılış relsləri, 4 ədəd qanad altında və 1 ədəd 7000 funt (3200 kq ) tutumlu füzelajlı pilon stansiyası (gövdə altı pilon stansiyası)
  1. Saeqeh-80 / Owj Arxiv surəti 29 sentyabr 2006 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2006-09-29 at the Wayback Machine globalsecurity.org
  2. John Pike. "Azarakhsh". 22 September 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2014.
  3. Iran-Defense-Miqani. Islamic Republic News Agency (IRNA). "Commander says air defense equipment provided domestically"
  4. "Iranian Air Force takes delivery of 3 Saeqeh fighters." Arxiv surəti 18 may 2012 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2012-05-18 at the Wayback Machine Tehran Times, 14 May 2012.
  5. "Saeqeh Fighter". YouTube. 2006-09-30. 2013-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  6. MEMRITV.org Arxiv surəti 17 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-17 at the Wayback Machine MEMRI Transcript
  7. Saeqeh Fighter Plane Test-Flown In `Blow of Zolfaqar' Wargames, Islamic Republic News Agency, 2007-03-12 tarixində orijinalından arxivləşdirilib
  8. Iran Upgrades Aging US-Made Jet, Payvands.com, 2007-01-10 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2006-09-21
  9. 1 2 President Inspects Home-Made Fighter Jets, Fars News Agency, 2007-11-10 tarixində orijinalından arxivləşdirilib
  10. Iran to Display 3rd Generation of Home-Made Fighter Jet, farsnews.ir, 2007-11-10 tarixində orijinalından arxivləşdirilib
  11. "First Squadron of Iran-Made Saeqeh Fighters Joins Operations". FARS News Agency. 2011-09-10. 2011-10-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-09-15.
  12. "Iran, world, political, sport, economic news and headlines". MehrNews.com. 2013-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  13. "Iran to Unveil New Generation of Home-Made Fighter Jets Soon". Fars News. 26 August 2012. 13 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 August 2012.
  14. 1 2 Islamic Republic News Agency (IRNA) Arxiv surəti 2 oktyabr 2007 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2007-10-02 at the Wayback Machine Air Force has planned to manufacture cutting edge jet fighters (Replays to fix test-flight)
  15. "Fars News Agency :: Iran to Introduce Indigenous Fighter Jets in 2009". English.farsnews.ir. 2008-09-05. 2012-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  16. "Fars News Agency :: Iran to Introduce Indigenous Fighter Jets in 2009". English.farsnews.ir. 2008-09-05. 2012-02-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-02-07.
  17. "The Buzz :: Why Iran's Fighter-Jet Ripoff Is Just Fake News". nationalinterest.org. 2017-02-17. 2018-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-23.
  18. "Farsnews". farsnews.ir. 15 February 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2015.
  19. Gareth Jennings. "Iran reveals 'new' fighter type". janes.com. 2015-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2015.