Northrop F-5

F-5A/B Freedom Fighter (Azərbaycanca: Azadlıq döyüşçüsü) və F-5E/F Tiger II (Azərbaycanca: Pələng II) aşağı qiymətli və təmir baxımından asan olan inkişaf etdirilmiş təlim təyyarələridirlər. SSRİŞərq Blokundakı həmkarı Mig-21 hesab edilir. Amerika Birləşmiş Ştatları Hərbi Hava Qüvvələrindəki Top Gun üslublu döyüş təlimi məktəblərində bir təlim təyyarəsi olaraq istifadə olunur. Ucuz qiymətinə görə daha çox iqtisadiyyatı zəif olan ölkələr tərəfindən üstünlük verilmişdir. F-5 çox məqsədli bir təyyarədir və çox yüksək manevr qabiliyyətinə malikdir. Hava Müharibələri üçün Sidewinder raketləri daşıya bilər. Həm də qurudan hücumlar üçün bomba və raketlər daşıyır. F-5B adlı iki nəfərlik bir təlim versiyası, həmçinin də RF-5 adlı bir fotoreskonsans (fotokəşfiyyat) versiyası mövcuddur. F-5 bir çox ölkədə lisenziya əsasında istehsal olunur.

Northrop F-5
Hazırlayan Northrop Corporation
İstehsalçı Northrop Corporation
İlk uçuş 30 iyul 1959 (F-5A)
11 avqust 1972 (F-5E)
İstismara verilmə tarixi 1962
İstismarçılar
Buraxılış sayı 836 A/B/C
1,400+ E/F
Vahidinin qiyməti 2,1 milyon $ (Amerikan dolları) (F-5E)
Baza modeli Northrop T-38 Talon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

F5-N Düşmən Modeli

[redaktə | mənbəni redaktə et]

F-5-in digər variantları arasında F-5N adlı yeni bir variantı da mövcuddur. ABŞ Hərbi Dəniz Qüvvələri, təlim məqsədləri üçün yaxşı vəziyyətdə olan İsveçrə Hərbi Hava Qüvvələrininn xidmətdən kənar etdiyi 44 ədəd köhnə F-5E Tiger II təyyarəsini satın alaraq bəzi düşmən elementləri ilə təchiz etmiş və F-5N Tiger II formasında yeni bir növ meydana çıxarmışdır.

Amerika Hərbi Hava Qüvvələrinin İsveçrə Hərbi Hava Qüvvələri tərəfindən istifadədən çıxarılmış olan 44 ədəd F5-B Tiger II təyyarəsini satın alaraq bəzi düşmən elementləri ilə təchiz edərək təlim uçuşlarında istifadə etmək üçün hazırladığı bir növdür. Düşmən elementi olaraq, Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən istehsal edilən Mig-25 Foxbat və digər Mig elementlərindən istifadə edilmişdir. Radio danışıqlar zamanı Amerika Hərbi Hava Qüvvələri onu Mig-25 olaraq təyin edir. Türk Ulduzları da bu təyyarəni nümayiş məqsədləri üçün istifadə edir.

Tekniki xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Ekipaj: 1
  • Uzunluq: 14.35 m
  • Hündürlük: 4.10 m
  • Qanad uzunluğu: 7.85 m
  • Qanad sahəsi: 17.28 m²
  • Boş çəkisi: -
  • Yüklü çəkisi: 9.300 kg
  • Mühərrik: 2 x General Electric J-85
  • İtələmə qüvvəsi:15.5 kN
  • Maksimum sürət: 1526 km/s
  • Mənzil: 1815 km
  • Qalxa bildiyi maksimum hündürlük: 15.400 m
Türkiyə Hərbi Hava Qüvvələrinin akrobatika qrupu olan Türk ulduzlarına məxsus bir NF-5B, İngiltərədə həyata keçirəcəyi bir nümayiş üçün RAF Fairford Hava Limanından havaya qalxarkən
  • Top:
    • 2x 20 mm M39A2 Top
  • Hava-Hava tipli raketlər AAM
    • AIM-9
    • AIM-7
    • AIM-120
  • Hava-Yer tipli hücum raketləri AGM
    • AGM-65E
    • AGM-84
    • AGM-88A
    • Python-3
  • Bombalar
F-5 Freedom Fighter
    • MK-82
    • MK-84
    • GBU-24
    • GBU-49
    • GBU-52
    • GBU-58
  1. 1 2 3 World Air Forces 2014. 2014.
  2. 1 2 3 World Air Forces 2008. 2008.