Əlahəzrətin gəmisi Defens (ing. Her or His Majesty’s Ship Defence (1763) — Kral donamasına məxsus 74-toplu III ranq xətt gəmisi. Plimut tərsanəsində 15 dekabr 1758-ci ildə sifariş verilmiş və 31 mart 1763-cü ildə suya salınmışdır.[1]. "Defence" ingilis dilindən tərcümədə "müdafiə" mənasını verir.
“Əlahəzrətin gəmisi Defens” | |
---|---|
ing. HMS Defence | |
| |
Ölkə | Böyük Britaniya |
Mənşə ölkə | |
Təşkilat | Kral donanması |
Dövrü | XVIII əsr |
Tarixi | sentyabr 1795 |
Salınma tarixi | 31 mart 1763 |
İstismara verilmə tarixi | 1763 |
İstehsalçı | Plimut tərsanəsi |
İstehsal yeri | Plimut |
Tipi | Üçdorlu |
Sinifi | Bellona |
Növü | xətt gəmisi |
Ranqı | III |
Təyinatı | Cərgə taktikası |
İştirak etdiyi döyüşlər | Əbukir döyüşü, Trafalqar döyüşü |
Top |
Layihə (1763-cü il)
|
Dor ağacı | 3 |
Göyərtə uzunluğu | 51 |
Midel-şpanqaut | 14,25 |
Su sıxışdırması | 1603 |
Çökməsi | 6,02 |
Güc mənbəsi | Yelkən |
Vikianbarda əlaqəli mediafayllar |
1798-ci ildə Əbukir dəniz döyüşündə iştirak etmişdir.
16 dekabr 1811-ci ildə 150 ticarət gəmisindən ibarət donanma ilə Göteborq yaxınlığındakı Vinqodan HMS Victory (admiral Sumaresin flaqmanı), HMS St.George (admiral Reynoldsun flaqmanı), HMS Dreadnought, HMS Vigo, HMS Cressy, HMS Orion, HMS Hero gəmilərinin konvoyu ilə birlikdə yola düşür. Fırtına qopan zaman admiral Sumares "Hero" və digər kiçik gəmilərə, ticarət donanmasının bir hissəsi ilə geriyə — Vinqoya dönmək əmrini verir. Belt körfəzində Lollan adası yaxınlığında St.George dor ağaclarını itirdiyindən, HMS Defence və Cressy gəmilərinə dəstək üçün ona yaxın məsafədə üzmələri əmr edildi.
5 gün ərzində üç gəmi Şimal dənizində fırtına ilə çarpışmalı olur. Nəticədə 24 dekabrda St.George və Defence Rinqkyöbinq yaxınlığında Yutlandiya sahillərinə atılmış olurlar. Yarım saat ərzində HMS Defence parça-parça olur. 5 dənizçidən və 1 döyüşçüdən başqa bütün heyət batırlar.